Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli


Prezident Ilham Əliyev Bakı Enerji Həftəsinin açılışında açıqca bəyan etdi ki, “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji.” Bu ifadə öz-özlüyündə bir siyasi xəritəni ortaya qoyur: Azərbaycan enerji keçidini ƏVƏZETMƏ kimi deyil, GENİŞLƏNMƏ kimi görür.



Bu yanaşmanın Cənubi Qafqaz və Orta Asiya üçün ciddi strateji əhəmiyyəti var. Prezidentin çıxışında Azərbaycandan qaz idxal edən 16 ölkədən 12-nin Avropa ölkəsi olduğu vurğulandı; alıcı olacaq yeni Avropa ölkələri ilə isə aktiv danışıqlar davam edir.  Bu o deməkdir ki, Azərbaycan 2020-ci ildən başlayaraq Avropa enerji bazarında özünü strateji alternativ kimi mövqeləndirmişdir — bu isə yalnız regional deyil, geosiyasi bir funksiyadır.

Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir.  Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərindəki hidroelektrik potensialdan işə salınmış, həmin ərazilərdə 270 meqavat həcmində HES-lərin istifadəyə verilmiş, 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı proqnozlaşdırılır. Bərpaolunan enerjinin hər 1 qiqavatı yarım milyard kubmetr qaza qənaət imkanı yaradır ki, bu da həmin qazın ixraca yönəldilməsinə şərait açır. 

Bu məntiq çox vacibdir: bərpa olunan enerji ixrac gücünü azaltmır, əksinə artırır. Daxili istehlakı yaşıl enerjiylə təmin etmək fosil yanacaqları ixrac üçün azad edir — bu da qısamüddətli iqtisadi rasionallıq baxımından düzgün strategiyadır.

Bu gün ixrac gəlirlərini qorunması ilə enerki keçidin sürətləndirilməsi arasında tarazlıq saxlamaq Azərbaycan üçün ən vacib mövzudur. Düşünürəm ki, yaxın 5-10 ildə strateji prioritetimiz əsasən aşağıdakı üç istiqaməti eyni vaxtda əhatə esəcəkdir:

- Yaşıl hidrogen ixracı: Avropa artıq 2030-dan sonra qaz idxalını tədricən əvəz etmək üçün yaşıl hidrogenə keçidi planlaşdırır. Azərbaycan mövcud Trans-Xəzər və TANAP infrastrukturunu gələcəkdə də işlək vəziyyətdə saxlamaq üçün bu imkandan istifadə edəcəkdir
- Qarabağın yaşıl enerji mərkəzinə çevrilməsi: Siyasi həll ilə iqtisadi bərpanın sintezi kimi bu region ciddi bərpaolunan enerji potensialı daşıyır.
- Karbohidrogen gəlirlərinin qeyri-neft sektora yönləndirilməsi: Bu ölkəmizin iqtisadi siyasətinin əsasını təşkil edir.

Hesab edirəm ki, hər 3 istiqamətdə aparılan aktiv siyasət öz bəhrəsini verməkdədir.

Azərbaycan Modeli digər inkişaf etməkdə oan ölkələr nümunədir.

Azərbaycan “resurs lənəti”ndən qaçmağı bacarmış az sayda inkişaf etməkdə olan ölkədən biridir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizdə iqtisadi vəziyyəti kökündən dəyişdi: sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.  Bu model — uzunmüddətli PSA (Production Sharing Agreement) modelinə əsaslanan şəffaf çərçivə, SOCAR-ın strateji tərəfdaş rolu, Dövlət Neft Fondunun (SOFAZ) makroiqtisadi stabilizasiya funksiyası — bir çox ölkə üçün öyrənilə bilər.

Lakin təhlillər göstərir ki, bu modelin avtomatik transferi mümkün deyil. Azərbaycanın uğuru bir neçə özünəməxsus şərtin üst-üstə düşməsinin nəticəsidir:

• Güclü dövlət iradəsi və siyasi sabitlik
• Coğrafi mövqe (Şərq-Qərb dəhlizinin mərkəzindəki tranzit üstünlüyü)
• orta sayda əhali sayı fonunda yüksək neft gəliri nisbəti
• Uzun illər boyunca fəaliyyət göstərmiş Neft Fondu mexanizmi

Bir çox ölkələr enerji resurslarına sahib olsalar da, bu şərtlərin heç birini tam ödəyə bilmirlər.

Amma bununla yanaşı qeyd rtməknistərdim ki, digər ölkələr üçün ən çox tətbiq oluna bilən hissə institusional arxitekturadır: neft gəlirlərini büdcədən ayrı, müstəqil fond vasitəsilə idarə etmək, xarici investoru cəlb edən şəffaf hüquqi çərçivə qurmaq və resurs sektorundakı gəlirləri qeyri-resurs sektora sistemli şəkildə yönəltmək. Bu üç element birlikdə işlədikdə model replikasiya oluna bilir.

Beləliklə, Azərbaycanın “paralel inkişaf” konsepsiyası — yəni neft-qazdan gəlir əldə edərkən eyni zamanda bərpaolanları inkişaf etdirmək — qlobal miqyasda da getdikcə daha çox rəğbət görür.

Qısaca desək, Azərbaycan modeli seçim deyil, əlaqələndirmə prinsipi üzərindədir — və bu, enerji keçidinin ağrılı deyil, idarə olunan şəkildə baş verə biləcəyini sübut edən nadir nümunələrdən biridir.

Tahir Mirkişili
Millət vəkili, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü

Son xəbərlər

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Pərvin Kərimzadə YAP İdarə Heyətinin üzvü seçilib

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay