Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub


Ramazan ayı münasibətilə Benilüks Azərbaycanlıları Konqresi, Dayaq – Vətən Müharibəsi əlilərinə və Şəhid ailələrinə dəstək Təşkilatı və Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasınin təşkilatçılığı, İydə Parfumeriya mağazalar şəbəkəsinin tərəfdaşlığı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin informasiya dəstəyi ilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri Suraxanı Rayonu İcra Hakimiyyətin Başçısı Adil Əliyev, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Koordinatoru Elsevər Məmmədov,
Millət vəkilləri Əziz Ələkbərli, Hikmət Babaoğlu, Razi Nurullayev, Nigar Məmmədova, Rizvan Nəbiyev, Vüqar İsgəndərov, Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşarı, Qərbi Azərbaycan İcmasının sədr müavini, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Dayaq Təşkilatının rəhbərliyi Qalib Əliyev və Məcid Məmmədov, Müasir İntenet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, Şəhid ailəri, qazilərə hər zaman diqqət və qayğısı ilə seçilən İydə Parfumeriya mağazalar şəbəkəsinin rəhbəri Ülvi Xəlilbəyli, Azərbaycan Milli QHT Forumunun idarə heyyətinin sədri Ramil İsgəndərli, şəhid anası Arzu Məmmədova, Vətən müharibəsi qazisi Ramin Şirinov, Şəhid ailələri, Qazilər, Azərbaycanın Milli Qəhrəmanları
və tanınmış ictimaiyyət nümayəndələri fəal iştirak edərək çıxış ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti haqqında təqdimat videosu nümayiş etdirilib. "BAK"-ın sədri, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov çıxış edərək xaricdə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsi, diaspora fəaliyyətinin gücləndirilməsi və şəhid ailələri ilə qazilərə göstərilən diqqətin vacibliyini vurğulayıb.
Eyni zamanda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və Niderland Krallığında fəaliyyət göstərən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin xaricdə yaşayayan Azərbaycanlılara göstərdikləri dəstək və qayğı barədə tədbir iştirakçılarına geniş məlumat verildi.

İftar vaxtından sonra tədbir proqramı çərçivəsində çıxışlar davam edib. “Dayaq” Təşkilatının rəhbərliyi tərəfindən vətən uğrunda sağlamlığını itirmiş qazilərə və şəhid ailələrinə göstərilən dəstəyin əhəmiyyətindən bəhs olunub.

Çıxışlarda o da qeyd olunub ki, Azərbaycan diasporunun inkişafı və dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əsas müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Vurğulanıb ki, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsini, onların təşkilatlanmasını və Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda qətiyyətlə müdafiə olunmasını daim diqqət mərkəzində saxlayır.

Tədbir zamanı Azərbaycan həqiqətlərinin Avropada təbliğində Benilüks Azərbaycanlıları Konqresi ilə göstərdikləri səmərəli əməkdaşlıq münasibətlərinə görə
Suraxanı Rayonu İcra Hakimiyyətin Başçısı Adil Əliyev, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov Benilüks Azərbaycanlıları Konqresinin medalı ilə təltif ediliblər.

Təltif olunan şəxslər çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər və diaspora təşkilatları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Tədbirin bədii hissəsində muğam ifaçısı Yusif Cəfərbəylinin ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib və Ramazan ayının mənəvi dəyərlərini əks etdirən görüş səmimi mühitdə davam edib. İftar süfrəsi həmrəyliyin, milli birlik və qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.











Son xəbərlər

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Bütün xəbərlər