İranın hərbi-siyasi təxribatı: nankorluq və siyasi riyakarlıq nümunəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər regionda baş verən son hadisələrin mahiyyətini və ciddiliyini bir daha ortaya qoyub. İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum son dərəcə təhlükəli və qəbuledilməz addım kimi dəyərləndirilir. Mülki obyektlərin – Naxçıvan Beynəlxalq Hava Limanının, onun terminal binasının, məktəbin və digər infrastrukturların hədəfə alınması açıq şəkildə terror aktı xarakteri daşıyır və bu hadisə qətiyyətlə pislənilməlidir. Belə bir hücum regional sabitliyə ciddi təhdiddir.

Millixəbər.az xəbər verir ki, Milli Məclisin deputatı Bədəl Bədəlov deyib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam olaraq İran İslam Respublikasının üzərinə düşür. Dövlət sərhədlərini pozaraq pilotsuz uçuş aparatları ilə mülki infrastruktura zərbələr endirmək beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

İran Silahlı Qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması həm də molla rejiminin nankorluğunun və riyakarlığının növbəti təzahürüdür. Xüsusilə nəzərə almaq lazımdır ki, son hadisələr zamanı Azərbaycan tərəfi humanist mövqe nümayiş etdirərək İran xalqına və dövlətinə qarşı hər zaman hörmət və anlayış göstərib. İranın Ali Liderinin vəfatı ilə bağlı Prezident İlham Əliyev tərəfindən dərhal başsağlığı verilməsi, diplomatik nümayəndəliyin ziyarət edilməsi bunun bariz nümunəsidir. Belə bir humanist və səmimi münasibətin fonunda mülki infrastruktura qarşı reallaşdırılan hücum nankorluq və siyasi məsuliyyətsizliyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında vurğuladığı kimi, dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq: “Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.

Mülki obyektlərə dron hücumunun təşkil edilməsi həm də acizlik və qorxaqlıq əlamətidir. Bu kimi addımlar mülki əhalinin həyatını təhlükə altına atır və regionda gərginliyin daha da artmasına heablanıb. Bütün bunlar isə sivil beynəlxalq münasibətlər prinsiplərinin əksinə olmaqla yanaşı, regionda sabitliyin qorunmasına yönəlmiş bütün səylərə qarşı təhlükəli bir davranışdır.

Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalan, regionda sabitlik və əməkdaşlıq siyasətini dəstəkləyən dövlət kimi çıxış edib. Heç vaxt Azərbaycan ərazisindən hər hansı qonşu dövlətə qarşı təhlükə yaranmasına imkan verilməyib. Dövlətimiz yalnız öz suverenliyinin və ərazi bütövlüyünün qorunmasına yönəlmiş siyasət həyata keçirib. Bu baxımdan İran tərəfinin irəli sürdüyü əsassız ittihamlar və təbliğat kampaniyaları heç bir faktla əsaslanmır və yalnız siyasi manipulyasiya xarakteri daşıyır.

Eyni zamanda, Azərbaycan çətin anlarda humanitar yanaşma nümayiş etdirən dövlət kimi tanınır. Son hadisələr zamanı İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsi məsələsində yardım göstərilməsi bu xeyirxah missiyanı bir daha təsdiqləyir. Azərbaycan tərəfi həmin yardımı humanitar prinsiplərə əsaslanaraq həyata keçirmişdir. Belə bir yanaşma dövlətimizin beynəlxalq münasibətlərdə riyakar siyasət yürütmədiyini, əksinə humanist və məsuliyyətli mövqe nümayiş etdirdiyini sübut edir.

Bütün bu müsbət addımların fonunda İran tərəfindən dinc sakinlərimizin təhlükəsizliyinə yönəlmiş təhdidlər beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməli və bu kimi hadisələrin təkrarlanmaması üçün məsul tərəf dərhal izahat verməlidir. İran tərəfi qısa müddət ərzində baş vermiş hadisə ilə bağlı aydın mövqe bildirməli, üzr istəməli və məsul şəxslərin cəzalandırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir.

Digər tərəfdən, uzun illərdir İran ərazisində yaşayan azərbaycanlıların hüquqlarının məhdudlaşdırılması, milli kimliyinə və mədəniyyətinə qarşı təzyiqlər göstərilməsi də narahatlıq doğuran məsələlərdən biridir. Azərbaycanlı fəalların təqib olunması, ana dilində təhsilin məhdudlaşdırılması və ictimai fəaliyyətlərinə görə cəzalandırılmaları həmin qərəzli siyasətin tərkib hissəsidir. Bu reallıq regionda yaşayan soydaşlarımızın hüquqlarının qorunması məsələsini beynəlxalq səviyyədə də gündəmə gətirir.

Tarix göstərir ki, Azərbaycana qarşı düşmən mövqeyi tutan və təcavüzkar siyasət yürüdən qüvvələr hər zaman peşman olublar. Dövlətimiz öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün kifayət qədər güclü potensiala malikdir. Azərbaycanın müdafiə və təhlükəsizlik strukturları istənilən təhdidə adekvat cavab vermək iqtidarındadır. Buna görə də Naxçıvana qarşı həyata keçirilən bu hücum cavabsız qalmayacaq və dövlət öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Nəticə etibarilə, Azərbaycan tərəfi diplomatik və hüquqi müstəvidə bütün zəruri addımları atacaq, eyni zamanda dövlətin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli mövqe nümayiş etdirəcəkdir. Regionda sabitliyin və sülhün qorunması isə yalnız qarşılıqlı hörmət, məsuliyyət və beynəlxalq hüquq normalarına riayət edilməsi ilə mümkün ola bilər.

Son xəbərlər

İranın hərbi-siyasi təxribatı: nankorluq və siyasi riyakarlıq nümunəsi

Azərbaycanın təhlükəsizliyinə qarşı yönəlmiş addımlar cavabsız qalmayacaq

QADINLAR qədim dünyanın iqtisadiyyatını necə dəyişdiriblər?

Türk Ağsaqqallari İctimai Birliyinin nümayəndələri professor İbadulla Ağayevin kafedrasında qonaq olublar

Ombudsman Naxçıvana atılan dron hücumları ilə bağlı bəyanat yaydı

İtaliya Baş nazirinin müavini: İranın Azərbaycana hücumu qəbuledilməzdir

İtaliya rəsmisindən Naxçıvana dron hücumuna sərt reaksiya

İsrailin xarici işlər naziri Naxçıvana dron hücumlarını pisləyib

İranın Naxçıvana dron hücumu regionda sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaradır

Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir

Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir

Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ

Azərbaycan və İraq XİN rəhbərləri regiondakı gərginliyi müzakirə etdilər

Papa XIV Leo ABŞ və İsrailin İrana hücumuna münasibət bildirdi

Məsud Pezeşkian: İran Xameneinin öldürülməsinin intiqamını özünün vəzifəsi və qanuni hüququ kimi görür

Ceyhun Bayramov Ayətullah Xameneinin ölümü ilə bağlı iranlı həmkarına başsağlığı verib

Xocalı soyqırımı heç vaxt unudulmayacaq

Prezident: Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin

İqtisadi Şuranın iclası keçirilib

Prezident İlham Əliyev Ərdoğana zəng etdi

Təranə Paşayeva: elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir

Xocalı faciəsi: informasiya cəmiyyətində tarixi həqiqətlərin bərpası və suverenliyin təntənəsi

Xocalı faciəsi: hüquqi məsuliyyət, ərazi bütövlüyünün təmin olunması və doğma yurda dönüş

Xocalı həqiqətləri və tarixi zəfər

Ali Baş Komandan İlham Əliyev 32 ildən sonra Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı

Tahir Mirkişili: YAP əsas siyasi qüvvə kimi fəaliyyətini uğurla davam etdirir

"Dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir”

Sülh Şurasının əsas məqsədi qlobal sülhün təmin edilməsidir

Bundesliqa: “Bavariya” öz meydanında “Ayntraxt Frankfurt”a qalib gəlib

Sülhə maraqlı olmayan dairələr yeni reallıqla barışmaq istəmirlər

"Rəqəmsal dövlət maliyyəsi” sistemi ilə bağlı qanunlara dəyişikliklər parlamentdə təsdiqlənib

Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq münasibətlərdə mühüm önəm kəsb edir

Azərbaycan sabitliyin, əməkdaşlığın və sülhün təşviqində mühüm rolu olan etibarlı tərəfdaş kimi çıxış edir ŞƏRH

Bütün xəbərlər