Qlobal neft bazarlarında baş verən hadisələrin Azərbaycana iqtisadi təsirləri necə ola bilər?


İranda və regionda davam edən müharibə diqqəti həm də onun iqtisadi təsirinə, xüsusilə də neft qiymətlərinə təsirinə yönəlməkdədir. Müharibənin uzanması neftin və qazın qiymətini durmadan artırmaqdadır.

Xüsusilə də, Hörmüz boğazında yaranan təhlükə neft bazarına ciddi təsir edir. Hörmüz boğazı dünya enerji sisteminin ən strateji nöqtələrindən biridir. Dünyada gündəlik ixrac olunan neftin təxminən 20 faizi (20-21mln barrel) məhz bu boğazdan keçir. Bu səbəbdən regionda baş verən geosiyasi-hərbi gərginlik və ya bu marşrutun bağlanması qlobal enerji bazarında dərhal ciddi qiymət artımı ilə nəticələnməkdədir. Neftin bir barelinin bazar qiymətinin artıq 89 dolları, may ayı üçün isə fyuçers qiymətlərinin 116 dolları keçməsi buna sübutdur. Eyni zamanda, təbii qaz qiymətlərində də artım müşahidə olunur.

Dünya bazarına neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün bu məsələ xüsusi maraq doğurur. Çünki ölkəmiz öz neftini Bakı–Tbilisi–Ceyhan və digər marşrutlarla dünya bazarına çıxarır və ixracımız Hörmüz boğazından asılı deyil. Bu isə o deməkdir ki, qlobal bazarda qiymət artımı baş verəndə, Azərbaycan fiziki ixrac marşrutlarında problem yaşamadan daha yüksək qiymətdən satış imkanı əldə edə bilir.

Rəqəmlərə baxsaq: 2025-ci ildə Azərbaycan təxminən 23 milyon ton (təxminən 169 milyon barel) neft və kondensat ixrac edib. Dövlət büdcəsində isə neftin baza qiyməti bir barel üçün 65 dollar səviyyəsində götürülüb. Qlobal bazarda qiymətin bu səviyyədən orta və uzun müddətdə əhəmiyyətli dərəcədə yuxarı olması ölkəmizin ixrac gəlirlərini və büdcə imkanlarını xeyli artıracaqdır.

Sadə hesablamaya görə:

1) Neftin bir barelinin orta qiymətinin 100 dollar olması ixrac gəlirimizi təxminən 5–6 milyard dollar artıra bilər.

2) Qiymətin 120 dollar olması ixrac gəlirimizi təxminən 8–9 milyard dollar artıra bilər.

3) Qiymətin 150 dolllta çatması ixrac gəlirimizi təxminən 12–14 milyard dollar artıra bilər.

Bu hesablamalar qiymətin qısa müddətli deyil, uzunmüddətli dövrdə bu həddlərdə qalması ssenarisi üçündür. Qısa müddətli sıçrayışlarda gəlir artımı cüzi olacaqdır.

Belə bir vəziyyət həm Azərbaycanın ticarət balansını, valyuta ehtiyatlarını və büdcə gəlirlərini gücləndirə bilər. Maliyyə Nazirlyinin 2025-ci il büdcə paketində təqdim etdiyi hesablamalara görə neftin bir barelinin 10 dollar artması dövlət büdcəsi gəlirlərini təxminən 400 milyon manat artıra bilər. Hazırda dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı neftin qiyməti 65 dollar həddində götürülüb. Bu o deməkdir ki, neftin qiymətinin 100 və 120 dollar həddində olması dövlət büdcəsi gəlirlərini müvafiq olaraq 1.4 mlrd və 2.2 mlrd manat artıra bilər.

Lakin bir məsələni nəzərə almaq lazımdır ki, bu cür qiymət artımı regional və ya qlobal gərginlik fonunda baş verir. Bu isə dünya iqtisadiyyatında inflyasiya, tələbin azalması və iqtisadi qeyri-müəyyənlik kimi riskləri də artırır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın idxalının 50%-nə yaxını regional müharibənin əhatə etdiyi ölkələrdən gəlir. Baş verən hadisələrin inflyasiyanı gücləndirəcəyi, idxal qiymətlərini isə artıracağı şübhəsizdir.

Bir sözlə, İran ətrafında baş verən müharibə qısa və orta müddətdə Azərbaycan üçün neft gəlirləri baxımından böyük imkan yarada bilər. Amma bu, təbii iqtisadi üstünlük deyil; daha çox regional müharibə riskindən doğan gəlirdir. Ona görə də belə hallarda ən rasional yanaşma əldə olunan əlavə gəlirləri strateji ehtiyatların artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bu, neft qiymətlərinin dəyişkənliyindən (hətta bir müddət sonra kəskin düşməsindən) asılılığı azaltmaq baxımından uzunmüddətli sabitlik yaradır. Bu strategiya həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafı siyasəti ilə uzlaşır.

Başqa sözlə, İran ətrafında baş verən müharibə qlobal enerji bazarında ciddi dalğalanma yaratsa da, Azərbaycan üçün bu vəziyyət müəyyən dövr üçün fiskal üstünlüyə çevrilə bilər.

Son xəbərlər

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

IV Şuşa Qlobal Media Forumu: Sülh, həqiqət və məsuliyyətli medianın mesajları

Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

"Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adlı tədbir keçirildi

26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir

Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin məzunları ilə Tahir Mirkişilinin görüş keçirilib

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

Milli Qurtuluş Günü: Müasir Azərbaycan dövlətçiliyinin və böyük zəfərin başlanğıc nöqtəsi

Müstəqilliyimizin və inkişafımızın sarsılmaz təməli: 15 İyun – Milli Qurtuluş Günü!

Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi, siyasi və iqtisadi intibahının başlanğıc nöqtəsidir

İlqar Ağabəyov: Milli Qurtuluş Günü: Dövlətçilik tariximizin şanlı səhifəsidir

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Bütün xəbərlər