Şahin Seyidzadə: Müstəqillik və dövlət suverenliyi xalqımızın ən qiymətli sərvətidir


20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

Azərbaycan xalqı tarix boyu azadlıq və istiqlal arzusu ilə yaşamış, milli müstəqilliyini bərpa etmək üçün böyük sınaqlardan keçmişdir. Bu yolda çoxsaylı çətinliklər, itkilər və təzyiqlərlə üzləşsə də, xalqımız öz iradəsindən dönməmiş, milli dövlətçilik idealına sadiq qalmışdır. Azərbaycanın dövlət suverenliyi sadəcə siyasi bir hadisə deyil, xalqımızın əsrlər boyu davam edən azadlıq mübarizəsinin məntiqi nəticəsidir. Tarixin müxtəlif mərhələlərində Azərbaycan ərazisi işğallara, parçalanmalara, yadellilərin hökmranlığına məruz qalmış, xalqımız milli kimliyini qorumaq uğrunda mübarizə aparmışdır. Lakin bütün bunlara baxmayaraq, müstəqillik ideyası heç vaxt sönməmişdir. Müstəqilliyin ilk illəri asan olmamışdır. Hərbi təcavüz, daxili siyasi böhran, iqtisadi tənəzzül ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin qorunması, milli birliyin təmin olunması və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində həlledici addımlar atmışdır. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olmuş, hüquqi dövlət quruculuğu prosesi başlanmış, iqtisadi və sosial islahatların əsası qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması, xarici siyasətdə balanslaşdırılmış kursun müəyyənləşdirilməsi və regionda nüfuzlu dövlətə çevrilməsi üçün möhkəm zəmin yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müasir və güclü dövlətə çevrilmişdir. Dövlət başçısının həyata keçirdiyi siyasət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsinə, eyni zamanda Azərbaycanın dünya miqyasında söz sahibinə çevrilməsinə yönəlmişdir. Azərbaycanın iqtisadi inkişafı, enerji siyasəti, beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar dövlət suverenliyinin praktiki təminatıdır. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə müstəqilliyimizin və dövlətçilik ideallarımızın möhkəm dayağı olmuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi ilə dövlət suverenliyimiz tam bərpa olunmuş, Azərbaycan xalqı öz tarixində yeni şanlı səhifə açmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə inkişafı təmin olunmuşdur. Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənmiş, regionda söz sahibi olan lider dövlətə çevrilmişdir. İqtisadiyyatda şaxələndirmə, enerji təhlükəsizliyinə töhfələr, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Azərbaycanın strateji mövqeyini daha da gücləndirmişdir. Müstəqillik və dövlət suverenliyi xalqımızın ən qiymətli sərvətidir. Bu sərvətin qorunması, gələcək nəsillərə ötürülməsi isə hər bir Azərbaycan vətəndaşının borcudur. Bu gün ölkəmizin müstəqilliyi möhkəm hüquqi, siyasi, iqtisadi və hərbi dayaqlara söykənir. Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmini Vətən müharibəsi günlərində bir daha nümayiş etdirdi. Dövlət-Xalq birliyi ölkəmizin bütün uğurlarının əsasını təşkil edir. Bu birlik müstəqilliyimizin və suverenliyimizin əbədi olacağının ən etibarlı təminatıdır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olan bir gündür. Bu gün dövlətçiliyimizin möhkəmlənməsini, milli müstəqillik uğrunda mübarizəmizin səmərəli nəticəsini simvolizə edir. Azərbaycan xalqı böyük fədakarlıqlar hesabına qazandığı müstəqilliyi əzmlə qoruyur və gələcək nəsillərə ötürməkdə qərarlıdır. Müstəqil Azərbaycan bu gün regionda və dünyada söz sahibi olan, milli maraqlarını qətiyyətlə müdafiə edən, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınan bir dövlətdir. Xalqımız haqlı olaraq qürurla deyir: Azərbaycan dövlətçiliyi əbədi, müstəqilliyimiz dönməzdir!

Son xəbərlər

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Tahir Mirkişili: Aqrar sektorun sənaye ilə inteqrasiyası üçün dəyər zənciri qurulmalıdır

Azərbaycanın bugünkü gücü uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Bütün xəbərlər