
Gündəm / Siyasət / Cəmiyyət
1.03.2026, 17:20
Məsud Pezeşkian: İran Xameneinin öldürülməsinin intiqamını özünün vəzifəsi və qanuni hüququ kimi görür

İran yüksək vəzifəli dövlət nümayəndələrinin və Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin öldürülməsinin intiqamını özünün vəzifəsi və qanuni hüququ kimi görür.
Millixəbər.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın başsağlığında bildirilib.
“İran İslam Respublikası ədalət axtarışını bu tarixi cinayəti törədənlərdən, əmr edənlərdən qisas almağı öz vəzifəsi və qanuni hüququ hesab edir və bütün gücünü bu böyük məsuliyyəti, öhdəliyi yerinə yetirməyə sərf edəcək”, - deyə prezident başsağlığında bildirilir. (AZƏRTAC)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













