Vahid Tağıyev təhsildə liderlərin formalaşması problemindən DANIŞIB


Təhsilin idarə olunması digər sahələrdən köklü şəkildə fərqlənir. Çünki burada söhbət təkcə proseslərdən və göstəricilərdən yox, insan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan gedir. Bu isə rəhbərlik edən şəxsdən sırf inzibati bacarıqlardan daha artıq - liderlik keyfiyyətləri tələb edir.

Bu yazıda məqsədim liderlik anlayışını nəzəri müstəvidə təhlil etmək deyil. Sadəcə uzun illərin müşahidəsi əsasında son illərdə təhsildə liderlərin və liderlik mühitinin niyə formalaşmadığına, bunun hansı sistem problemlərindən qaynaqlandığına diqqət çəkməkdir.

İnsan lider olaraq doğulur, yoxsa sonradan formalaşır? Bu sualın cəmiyyətdə birmənalı cavabı yoxdur. Ancaq bir həqiqət aydındır: müasir dövrdə rəhbər vəzifədə olan şəxs yalnız normativ sənədləri bilən icraçı yox, məsuliyyət daşıyan, qərar verən, ilhamlandıran və arxasınca kollektiv apara bilən lider olmalıdır.
Təəssüf ki, bilik və təlimatları mənimsəmək hələ lider olmaq demək deyil. Liderlik xarakter, şəxsiyyət, daxili məsuliyyət hissi, vicdan və cəsarətlə birbaşa bağlıdır. Bir neçə yeni termin öyrənməklə, təqdimat dili ilə danışmaqla lider yetişmir. Liderlik həm də xarizmatik şəxsiyyət məsələsidir.

Bu gün Azərbaycan təhsilində akademik biliyi kifayət qədər yüksək olan kadrlar çoxdur. Ancaq, xüsusilə idarəetmədə obyektivliyi, qətiyyəti, ictimaiyyət qarşısında məsuliyyəti üzərinə götürmək bacarığı ilə seçilən, problemləri açıq deyən, həll yollarını inandırıcı göstərən, təhsil ictimaiyyətində söz və nüfuz sahibi olan liderlərin sayı çox azdır. Daha çox narahatlıq doğuran məqam odur ki, belə şəxslər nəinki cəmiyyət tərəfindən, hətta təhsil mühitində də kifayət qədər görünmür və tanınmır. Son illərdə isə belə liderlərin demək olar ki, formalaşmadığını müşahidə edirik. Halbuki əvvəlki dövrlərdə rayonlarda, şəhərlərdə sayılıb, seçilən şəxslər, belə nümunələr var idi. Onlar öz nüfuzları ilə təhsilə hörmət gətirir, ziyalı mövqeyini gücləndirir və cəmiyyət üçün mənəvi dayaq rolunu oynayırdılar. İndi niyə bu mühit yoxdur?

Uzun illər sistemin içində çalışmış biri kimi deyə bilərəm ki, hazırkı idarəetmə mühitində məktəb rəhbərləri və region strukturlarında çalışan aparıcı kadrlar təhsildə keyfiyyət uğrunda yaradıcı fəaliyyət göstərməkdən çox, əsasən özlərini qorumaq psixologiyası ilə yaşayırlar. Kiçik texniki səhv, gecikmiş hesabat, formallıqdan kənar addım cəza qorxusu yaradır. Tələbkarlıq və intizam zəruridir, lakin daimi inamsızlıq və qorxu mühiti tamam başqa nəticələrə səbəb olur.
Təhsilin idarə olunmasının bütün pillələrində qarşılıqlı inamın olması, təşəbbüs göstərməyə və məsuliyyəti üzərinə götürməyə şərait yaradılması, həlledici məqamlarda aidiyyəti şəxslərin mövqeyinin öyrənilməsi aparıcı kadrların formalaşaraq nüfuzlu liderlərə çevrilməsi üçün vacibdir.

Şəxsiyyətə, əsaslandırılmış mövqeyə və real nəticəyə dəyər verilməyən, “daha üstün vəzifədəyəm, deməli, ən doğrunu mən bilirəm” yanaşmasının hökm sürdüyü mühitdə azad fikir, yaradıcılıq, yeni ideya və liderlik təşəbbüsü formalaşa bilməz. Belə şəraitdə rəhbər vəzifədə olanlar idarə edən yox, icra edən, tədricən isə itaət edən fiqura çevrilir.
Kadr seçimi və təyinat meyarlarının qeyri-müəyyənliyi də problemi daha da dərinləşdirir. Şəffaf və düzgün meyarlar əvəzinə, dar dairədə formalaşan yanaşmalar üstünlük təşkil edir. Nəticədə akademik biliyi olsa da, təşəbbüs göstərməyən, kollektivi müdafiə etməyə çəkinən, uğurlu müəllimi irəli çəkməyə cəsarət etməyən, daha çox bir-birinə oxşayan rəhbərlər meydana çıxır. Belə rəhbərlər liderə çevrilə və kollektivi məqsədə doğru apara bilmir.

Halbuki liderin əsas vəzifəsi qorxutmaq yox, ilham verməkdir. Lider etimad yaratmalı, uğura görə təşəkkür etməyi bacarmalı, şəxsləri və kollektivi motivasiya etməlidir. Qorxu üzərində qurulan komanda yox, özünə inanan və dəyər görən kollektiv daha sürətli və keyfiyyətli nəticə verir.
Vəzifəyə şəxsi maraqlar üçün gələnlər gec-tez qorxuya, yaltaqlığa və ya qəddarlığa məhkum olurlar. Vəzifə yalnız işlədiyin sahəyə fayda verdiyin halda dəyər qazanır. Doğru olan vəzifəni tutmaq deyil, ona layiq olmaqdır.

Nəticə olaraq bu gün təhsil sistemində liderlərin görünməməsi narahatlıq doğurur. Əsas problem isə liderliyin sistemli şəkildə formalaşmasına imkan verən sağlam, açıq və etimada əsaslanan mühitin olmamasıdır. Bu mühit yaradılmadan təhsildən real dəyişiklik və inkişaf gözləmək çətinləşir.

Vahid Tağıyev
Təcrübəli, peşəkar təhsil işçisi.

Son xəbərlər

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

Bütün xəbərlər