Bir günlük debat təliminə qatılmışdım. Haqlı olub-olmamağımız önəmli deyildi. Mövzunu arqumentlərimizlə, misallarımızla təqdim etməliydik. Çoxları üçün tamamilə absurd görünən “həqiqət”i belə müdafiə etmək boynumuzun vəzifəsi idi. Vaxtımız 3 dəqiqə və haqsız tərəf haqlı olduğunu müxtəlif uydurmaları ilə də nümayiş etdirə bilərdi. Təbii ki, auditoriyanı tutarlı fikirləri ilə inandırmalıydı.

Təsəvvür edin, nə qədər mahir olmalısan ki, “sağlam qidalanmaq” mövzusunda danışarkən əksini sübut etməyə çalışasan. Opponentim “bunun nəyini çəkişəcəyik, sağlam qidalanmaq lazımdır da” söyləyir, mənsə “onsuz da imtahan vermirik ki, özüm əleyhinə danışaram” dedim və başladıq.

İş elə yerə gəldi ki, az qala, zərərli qidalanmağın təbliğatçısı obrazında görünürdüm. Hətta sağlam həyat tərzi olan insanların misallarla “vaxtından tez” öldüyünü sübut edirdim. Qarşımdakı isə tamamilə haqlı olduğu üçün həqiqət uğrunda savaşa girmirdi sanki. Axı nəyi izah etsin? Doğrudan da bəzən bir cümlə həqiqət üçün kifayətdir. Bunun üçün geniş fəlsəfəyə, yaxud söz savaşına ehtiyac yoxdur. Sadəcə vaxt itkisidir. Opponentim sanki demək istəyirdi: “Vallah, sağlam qidalanmaq lazımdır, yalan danışırsan”. Onun zəif çıxışı və ya söz tapa bilməməsi müzakirə mövzumuz deyil. Çünki arxayındır ki, haqlı tərəfdir. Amma az qala haqsız vəziyyətə düşüb. Burada diqqət çəkmək istədiyim məqam odur ki, həqiqəti sübut etmək həmişə asan olmur. Hətta müasir dövrümüzdə həqiqətin nə olduğunu ayırd etmək müşkül məsələyə çevrilib. Məsələn, dünyanın aparıcı ölkələrinin ən öndə gedən simasının dili ilə zərərli nəsnələr “gül-çiçək” kimi təqdim oluna bilər və olunur da. Bu o deməkdir ki, mövzu müzakirəyə qapalıdır. Ağzını ayıracaqsan və “hmm, möhtəşəm söylədi” deyəcəksən. Yəni nüfuz ədaləti və həqiqəti üstələyə bilir.

Əlbəttə, çox az sayda olan toplumlar ağızdan çıxan hər kəlməni – bu, fövqəladə nüfuzlu şəxs olsa belə – “yes, sir!”, “oldu”, “möhtəşəm” və s. deyərək kimi qəbul etmirlər.

Zaman keçdikcə həqiqəti yalandan ayırmaq olduqca çətinləşir. Hazırda süni intellekt videoları və fotoları əyani şəkildə göstərir ki, bizi daha çətin dövr gözləyir. Onsuz da dünya ölkələri açıq oyuna keçiblər. Məsələn, hegemon ölkələrdən birinin səlahiyyətlisi jurnalistlərə “hadisələri obyektiv işıqlandırmaq olmaz, bu bizi haqsız göstərir” deyirsə, həqiqət axtarışında olanların işi həm qəlizləşir, həm də aydınlaşır.

Mümkündür ki, bir fərd müxtəlif cəbhələr tərəfindən açılan atəş altında olsun, dayaz baxdıqda “günah elə öləndə olur”. Dərinə getdikdə isə həqiqəti boğma cəhdləri orata çıxa bilir. Təbii ki, həmişə sözügedən düstur özünü doğrultmur. Özünü məzlum, təklənmiş, haqqı tapdanmış kimi nümayiş etdirənlər və savaşında haqlı olduğunu sübut edənlər, yaxud da buna çalışanların sayı heç də az deyil.

Filmlərdə də çox görmüşük ki, federallar ekran işi boyunca şübhəli hesab etdiyini təqib edir, amma əsl günahkar və ya cəlladlar öz cinayətlərini törətməkdə davam edir. Halbuki bütün polislərin arxasınca düşdüyü bədbəxt qəhrəman canilərin işini bitirdikdən sonra haqlı olduğu ortaya çıxır. Sonda xoşbəxt sonluq olsa da, xeyli vuruşmalı olan əsas obrazın komanda yoldaşları həyatını itiri də bilir. Yəni Hollivud filmində göstərilir ki, qəhrəman filmin əvvəlində Amerika polislərinə təslim olsaydı həm ekran işi maraqsız olacaqdı, həm də canilər elə öz kefində ömür sürəcəkdi.

Yeri gəlmişkən, hamının öz həqiqəti var. Hər kəs öz tutumuna görə, məlumat bazasına əsasən formalaşır, hətta bəzən illərlə formalaşdırdığı "yaddaş kartını format etməli" olur. Yenidən həqiqət axtarışına düşür. Ədalət hissimiz ölməyibsə, o, yolumuza işıq saçacaq, gec-tez nicat tapacağıq. Bütün dəyərlərin az qala nisbiləşdiyi bir dövrdə başa düşəcəyik ki, mütləq həqiqətlər var və dəyişməzdir.

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər