Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir


Son günlər dini dəyərlərin təhqir olunması ilə bağlı baş verən hadisələr cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələr bir daha göstərdi ki, milli-mənəvi dəyərlər, insan hüquqları, söz azadlığı və tolerantlıq anlayışları bir-birindən ayrı deyil. Əksinə, onlar sağlam və sabit cəmiyyətin əsas dayaqlarıdır. Bu anlayışlardan hər hansı birinin yanlış başa düşülməsi həm ictimai münasibətlərə, həm də mənəvi dəyərlərə zərər verə bilər.

Azərbaycan tarix boyu müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkələrdən biri olub. Məscidlərin, kilsələrin və sinaqoqların eyni cəmiyyətdə fəaliyyət göstərməsi, müxtəlif dini icmaların qarşılıqlı hörmət mühitində yaşaması Azərbaycanın tolerantlıq ənənəsinin mühüm göstəricisidir. Bu dəyərlər əsrlər boyu xalqımızın mənəvi dünyasının ayrılmaz hissəsini təşkil edib.

Tolerantlıq heç də milli-mənəvi dəyərlərdən uzaqlaşmaq və ya müqəddəs hesab olunan anlayışların təhqir edilməsinə göz yummaq demək deyil. Tolerantlıq, ilk növbədə, fərqli düşünən insanın hüququna və ləyaqətinə hörmət etməkdir. Lakin tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir. Azadlıq məsuliyyətlə tamamlandıqda cəmiyyət üçün dəyərə çevrilir.

İnsanların geyim seçimi, həyat tərzi və şəxsi qərarları da hüquq və azadlıqlar çərçivəsində qiymətləndirilməlidir. Başörtüsü taxan qadın da, başını örtməyən qadın da, fərqli geyim tərzinə malik insan da cəmiyyətin üzvüdür və hörmətə layiqdir. Heç kim inancına görə təhqir olunmamalıdır. Eyni zamanda, heç kim geyiminə, görünüşünə və şəxsi seçiminə görə alçaldılmamalıdır. Hörmət birtərəfli deyil, qarşılıqlı olmalıdır.

Milli-mənəvi dəyərlərin qorunması təkcə mənəvi məsələ deyil, həm də hüquqi məsuliyyətdir. Azərbaycan Respublikasının Konstitusiyası bu məsələyə aydın hüquqi çərçivə müəyyən edir. Konstitusiyanın 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Dövlət müxtəlif dini inanclara hörmətlə yanaşılmasını təmin edir və heç bir dinə qarşı ayrı-seçkiliyə yol verilmir.

Konstitusiyanın 46-cı maddəsində insanın şərəf və ləyaqətinin dövlət tərəfindən qorunduğu qeyd olunur və heç bir halın şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməyəcəyi vurğulanır. 47-ci maddə fikir və söz azadlığını təmin etsə də, irqi, milli, dini və sosial nifrət və düşmənçilik yaradan təbliğatı yolverilməz hesab edir. 48-ci maddə isə hər kəsin vicdan və dini etiqad azadlığını təmin edir.

Bu hüquqi prinsiplər Azərbaycanın tolerantlıq modelinin əsasını təşkil edir. Dövlət insanların dini inanclarını qoruduğu kimi, fərqli həyat tərzinə və şəxsi seçimlərə sahib insanların da hüquqlarını təmin edir. Çünki hüquq və ədalət bütün vətəndaşlara eyni yanaşma tələb edir.

Bu yanaşma səmavi dinlərin əsas çağırışları ilə də səsləşir. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın. Ola bilər ki, onlar bunlardan daha xeyirli olsunlar... Bir-birinizi təhqir etməyin və pis ləqəblərlə çağırmayın.” (Hucurat, 49:11). Başqa bir ayədə isə “Sizin dininiz sizə, mənim dinim mənə” (Kafirun, 109:6) buyurularaq fərqli inanclara hörmət göstərilməsi vurğulanır.

Eyni həqiqət İncilin də əsas mesajlarından biridir. Həzrət İsa buyurur: “Qonşunu özün kimi sev” (Matta, 22:39). Digər ayədə isə deyilir: “İnsanların sizə necə davranmasını istəyirsinizsə, siz də onlara elə davranın” (Luka, 6:31). Bu yanaşma insanlara hörmətlə yanaşmağın, qarşılıqlı anlaşmanın və ləyaqət prinsipinin bütün cəmiyyətlər üçün universal dəyər olduğunu göstərir.

Bu gün əsas məsələ milli-mənəvi dəyərlərlə insan hüquqları arasında qarşıdurma yaratmaq deyil, onların bir-birini tamamladığını anlamaqdır. Milli dəyərləri qorumaq başqalarının hüquqlarını məhdudlaşdırmaq demək deyil. Eyni zamanda azadlıq anlayışı da başqasının inancını, dəyərini və ləyaqətini təhqir etmək hüququ vermir.

Azərbaycan cəmiyyətinin gücü məhz müxtəlifliyi qarşılıqlı hörmət çərçivəsində qorumağındadır. Biz fərqli düşünə, fərqli geyinə və fərqli inanclara sahib ola bilərik. Lakin dəyişməz prinsip ondan ibarətdir ki, heç bir insanın inancı, ləyaqəti və şəxsi seçimi təhqir obyektinə çevrilməməlidir.

Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan anlayışlar deyil. Onlar cəmiyyətimizin bu gününü möhkəmləndirən və gələcəyini müəyyən edən mənəvi dayaqlardır. Bu dəyərləri qorumaq isə qarşılıqlı hörmət, məsuliyyət və insan ləyaqətinə ehtiramdan başlayır.


Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Son xəbərlər

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

IV Şuşa Qlobal Media Forumu: Sülh, həqiqət və məsuliyyətli medianın mesajları

Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

"Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adlı tədbir keçirildi

26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir

Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin məzunları ilə Tahir Mirkişilinin görüş keçirilib

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

Bütün xəbərlər