
Gündəm / İqtisadiyyat / Bölgə
29.07.2026, 20:58
ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər. Əslində bol rusizi ilə tanınan Ordubad Azərbaycanın incisidir.
Amma bu ifadənin bir iqtisadi mənbəyi var. Bu məna Səfəvi şahı 1-ci Şah Abbasın 1603-cü ildə imzaladığı, cəmi 5 sətirdən ibarət olan və Ordubad Cümə məscidinin Şərq qapısının üstündəki daş kitabədə həkk edilmiş fərmanındadır.
Həmən Fərmanla Ordubad qəsəbəsinin bütün əhalisi sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracat, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhat və vücuhatdan (tədricən) azad edilib, onlar Azərbaycan boniçəsindən çıxarılıb və divan itlaqatından xaric ediliblər.
Beləliklə, ərazimizdə o dövrün ilk “Azad İqtisadi Zona”sı olan Ordubad Azərbaycanın sonrakı tarıxındə də aktiv rol oynamışdır. Vergi imtiyazından yararlanmaq üçün də, Ordubadlılar həmişə o məşhur ifadədədən istifadə ediblər.
Bir vergi güzəşti bir regionin taleyini belə dəyişib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














