Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Tahir Abbasov - Fransa ənənəvi olaraq Ermənistanı dəstəkələyən ölkələr arasında hər zaman adı birinci çəkilənlərdən olub. Əlbəttə ki, bunu şərtləndirən əsas amillərdən biri erməni diasporu təşkilatlarının Fransada daha mütəşəkkil olmasıdırsa, digər bir amil də Ermənistan hökumətinin hər zaman bu və ya digər xarici qüvvələrin himayəsini axtarması və bu himayənin müqabilində istənilən əvəzi verməyə daim hazır olmasıdır. Bununla belə, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra verilən bəyanat artıq Fransanın da obyektiv mövqelərdən çıxış etməyə və ədalətli qərarlar verməyə hazır olduğuna dair bir əminlik yaratmışdı. Fransa Prezidentinin saytının yaydığı bu bəyanatda vurğulanmışdı ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Həmçinin Fransa Prezidentinin Azərbaycanın maraqlarını təmin edən sülh sazişi layihəsini dəstəkləməsi də bu ölkənin Cənubi Qafqazda gedən proseslərə indiyədək sərgilədiyi qərəzli baxış bucağını nəhayət dəyişmək əzmində olduğu təəssüratı yaratmışdı. Lakin Fransanın bu səmimiyyəti cəmi bir həftə davam etdi. Praqa görüşündən bir həftə sonra isə Makron sanki unutmaq və hətta unutdurmaq üzrə olduğu bir faktı, Minsk Qrupunun həmsədri olmasına rəğmən Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi barədə indiyədək bir kəlmə də olsun söz deməyən bir ölkənin prezidenti olduğunu yenidən xatırladı. Bəlkə də bunu ona seçki kampaniyalarını maliyyələşdirən erməni lobbisi xatırlatdı. İstənilən halda, Fransa Prezidenti qısa müddət ərzində öz yanaşmalarında kəskin mövqe dəyişiklikləri etdi və artıq onun bəyanatlarında yenidən “məzlum” erməni xalqına hücumlar edən “aqressiv” Azərbaycan obrazları yer almağa başladı. Təbii ki, bu yanaşma Azərbaycan-Ermənistan münasibətıərinin nizamlanması prosesində Fransanın artıq bundan sonra iştirakını qeyri-mümkün edir.

Həm də nəzərə almaq lazımdır ki, Makronun təhqiramiz, yalan və təxribat xarakterli bəyanatlarla çıxışı Fransanın ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətin heç də nə ilk, nə də yeganə təzahürü deyil. Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə verdiyi yalan bəyanatlar, Fransa Senatı və aşağı palatasının hələ İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etməsi, Parisdə Azərbaycan səfirliyinə edilən ardıcıl basqınlar Fransa hökumətinin açıq-aşkar ermənipərəst mövqeyini yetərincə ifşa edir. Bütün bunlar azmış kimi, üstəlik noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə də hazırlanır.

Lakin Azərbaycan bu gün artıq nə hərbi, nə də diplomatik cəbhədə hər hansı bir hücumu cavabsız buraxacaq durumda deyil. Ölkə Prezidenti İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxışı bütün bu təxribat xarakterli çıxış və bəyanatlara ən layiqli cavab oldu. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur və ölkəmiz bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmür. Bu bəyanat Azərbaycan xalqının iradəsinin ən yüksək formada ifadəsidir və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin növbəti bariz təzahürüdür.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər