Cəmisi bir neçə həftə öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “böyük siyasi-diplomatik qələbə” kimi qabartmağa çalışdığı “nailiyyət” də öz əhəmiyyətini tamamilə itirdi... Əvvəlcə Fransanı Cənubi Qafqazdan kənarlaşdıran rəsmi Bakı bu dəfə büdcəsini blokladığı ATƏT-in Ermənistana göndərilən “müşahidə missiyası”ndan imtina etməsinə də nail oldu...
Ermənistan son davranışları ilə Cənubi Qafqazda təklənmiş vəziyyətə düşməyə başlayıb. Xüsusilə də, rəsmi İrəvan dekabrın 7-də keçirilməsi planlaşdırılan növbəti Brüssel görüşünü pozmaqla, kifayət qədər ciddi geopolitik səhvə yol vermiş oldu. Hər halda, rəsmi İrəvan Ermənistanı sülhə aparıb, blokadadan çıxara biləcək önəmli bir beynəlxalq platformanı itirmək təhlükəsi qarşısında qaldı.

Bunun əvəzindəsə, demək olar ki, rəsmi İrəvanın siyasi-diplomatik aktivinə hər hansı əlavə dividentlər yazılmadı. Çünki Fransa prezidenti Emmanuel Makron Brüssel prosesinin iştirakçısı deyildi. Və Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşündə iştirak etmək üçün Fransa prezidentinin də qatılmasını əsas şərt kimi irəli sürməsi rəsmi İrəvanı sülh prosesini pozan tərəf durumuna saldı.

Halbuki erməni baş nazir də bilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlət başçısı E.Makronun bundan sonra Cənubi Qafqazdakı sülh prosesində iştirak edə bilməyəcəyini elə əvvəlcədən bəyanlamışdı. Brüssel prosesinə vasitəçilik edən Avropa Birliyi də bu reallıqdan xəbərdar olduğundan rəsmi Bakıya qarşı hər hansı irad bildirmək şansına sahib deyildi. Və bu, əslində, Brüssel görüşünü pozmaq niyyəti güdən rəsmi İrəvan üçün nailiyyət deyil, daha çox məğlubiyyət xarakteri daşıyan ciddi səhv sayıla bilər.

Məsələ ondadır ki, rəsmi İrəvanın günahı ucbatından yaxın bir neçə ay ərzində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması artıq o qədər də inandırıcı görünmür. Bunun əvəzindəsə, regionda hərbi-siyasi gərginlik tədricən yüksəlməkdə davam edir. Hər halda, sülh danışıqlarının alternativinin hərbi qarşıdurma olduğunu anlamaq o qədər də çətin deyil.

Ancaq Ermənistanın “Makron qalmaqalı” sayəsində öz hədəflərinə çata bildiyini düşünməyə əsas verə biləcək hər hansı məqam da diqqəti çəkmir. Belə ki, rəsmi İrəvan sülh prosesini pozmaqla və yaxud da ləngitməklə, hələ də Ermənistanın xarici himayədarlarının Cənubi Qafqazdakı situasiyaya müdaxilə edə biləcəklərinə, vəziyyəti daha fərqli istiqamətdə dəyişəcəklərinə ümid bəsləyir. Halbuki son dövrlərdə baş verən hadisələr Paşinyan hakimiyyətinin bu ümidlərinin doğrulma ehtimalının olmadığını təsdiqləyir.

Digər tərəfdən, Rusiya da Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı deyil. Ona görə də, Kreml Rusiyanın regional mövqelərini qoruyub, saxlaya bilməsi üçün Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginliyin qalması istiqamətində əlindən gələn hər şeyi edir. Yəni, Rusiya da Cənubi Qafqazdakı sülh prosesi qarşısında əsas əngəlləyici faktorlardan biri rolunu oynayır.

Ancaq Paşinyan hakimiyyəti istənilən halda, Azərbaycanla sülh sazişini imzalamağa məcbur qalacaq. Çünki Ermənistanın beynəlxalq himayədarları artıq Cənubi Qafqazdakı geopolitik proseslərə təsir göstərmək imkanında deyillər. Ermənistanın “böyük bacısı” Fransa bu məsələdə iflasa uğramış vəziyyətə düşüb. Fransanın açıq ermənipərəst mövqeyi hazırda elə Ermənistanın əleyhinə yönəlməyə başlayıb.

Çünki əvvəllər rəsmi Paris öz ermənipərəst mövqeyini nisbətən pərdələməklə, ən azından Minsk Qrupunun həmsədri kimi Cənubi Qafqazdakı geopolitik proseslərdə iştirak edə bilirdi. Son vaxtlarsa rəsmi Paris özünü ifşa etdiyindən Fransa Azərbaycan tərəfindən regional sülh prosesindən kənarlaşdırılıb. Yəni, daha heç vaxt Fransa Azərbaycan və Ermənistan arasındakı sülh prosesində danışıqlar masası arxasında ola bilməyəcək. Və bu, o deməkdir ki, Ermənistan Fransanın "böyük bacı" dəstəyindən artıq məhrum edilib.

Məsələ ondadır ki, rəsmi İrəvanın ümid bəslədiyi ATƏT-ın Minsk Qrupu da daha yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova Minsk Qrupunun dəfn olunduğunu açıq mətnlə rəsmən bəyan edib. İndi Ermənistanın rəsmi dairələri bundan sonra ABŞ, Rusiya və Fransanın Cənubi Qafqaza göndərdiyi “siyasi-diplomatik emissarları” hansı əsasla Minsk Qrupunun təmsilçisi kimi təqdim edəcəyi də maraq doğurur.

Nəhayət, cəmisi bir neçə həftə öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “böyük siyasi-diplomatik qələbə” kimi qabartmağa çalışdığı “nailiyyət” də öz əhəmiyyətini tamamilə itirib. Belə ki, ATƏT tərəfdən Ermənistana göndərildiyi iddia edilən "müşahidə missiyası" da iflasa uğradıldı. Üstəlik, Azərbaycan bunu edərkən, elə bir ciddi çətinliklə də üzləşmədi.

Rəsmi Bakı ATƏT-in "müşahidə missiyası"nın Ermənistana riayət olunması vacib hüquqi prosedurlar üzrə qərar qəbul edilmədən göndərildiyini arqumentləşdirdi. Ardınca isə Azərbaycan öz səlahiyyətlərindən istifadə edərək, ATƏT-ın qanunsuz davranışına cavab kimi, bu qurumun 2023-cü il üçün büdcəsini blokladı. Nəticədə ATƏT-ın fəaliyyəti iflic vəziyyətinə düşmək təhlükəsi ilə üzləşdi. İndi ATƏT artıq rəsmən bəyan edib ki, Ermənistana göndərilmiş "müşahidə missiyası"nın bu quruma heç bir aidiyyatı yoxdur.

Belə vəziyyətdə Ermənistan üçün Azərbaycanın təklif etdiyi beş prinsip çərçivəsində sülh sazişi imzalamaqdan başqa çıxış yolu qalmır. Bundan sonra rəsmi İrəvan yalnız Azərbaycanın hazırladığı sülh sazişinin mətni ilə barışmalı olacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla mövqelərin hələ bir-birindən uzaq olduğunu bildirməsi də artıq ciddi əhəmiyyət daşımır. Çünki Azərbaycan ordusu həmin mövqeləri bir-birinə yaxınlaşdırmağa qadirdir. Və istənilən vaxt bunu qısa müddətdə edə bilər.(Yeni Müsavat)

Son xəbərlər

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

IV Şuşa Qlobal Media Forumu: Sülh, həqiqət və məsuliyyətli medianın mesajları

Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

"Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adlı tədbir keçirildi

26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir

Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin məzunları ilə Tahir Mirkişilinin görüş keçirilib

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

Milli Qurtuluş Günü: Müasir Azərbaycan dövlətçiliyinin və böyük zəfərin başlanğıc nöqtəsi

Müstəqilliyimizin və inkişafımızın sarsılmaz təməli: 15 İyun – Milli Qurtuluş Günü!

Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi, siyasi və iqtisadi intibahının başlanğıc nöqtəsidir

İlqar Ağabəyov: Milli Qurtuluş Günü: Dövlətçilik tariximizin şanlı səhifəsidir

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Bütün xəbərlər