Əli Əsədov: "Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır"


Dekabrın 12-də Aşqabadda "Beynəlxalq sülh və etimad ili (2025)", Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum işə başlayıb.

Millixəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumun plenar iclasında iştirak edib.

İclasda çıxış edən Ə.Əsədov vurğulayıb ki, Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır.

Azərbaycanın neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəklədiyi və "Beynəlxalq sülh və etimad ili - 2025" qətnaməsinə həmmüəllif qismində qoşulduğu bildirilib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü də yüksək qiymətləndirir və universitetin işində fəal iştirak etməyə hazırdır.

Bildirilib ki, Azərbaycan və Türkmənistan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının fəal üzvləridir və hər iki ölkə hərəkatın dialoq və həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycan-Türkmənistan əlaqələrinə toxunan Baş nazir iki ölkə arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Dövlətlərarası münasibətlərin son illərdə dinamik inkişaf yolu keçdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, iki ölkə liderləri arasında son dövrdə baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərdə yeni səhifə açıb, onları strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldib.

Bu kontekstdə cari ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfərinin önəmi xüsusi qeyd edilib. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında keçirilən yüksəksəviyyəli görüşün regional əməkdaşlığın genişləndirilməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyi bildirilib.

Həmçinin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinin, səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərini ziyarət etməsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Füzulidə təməli qoyulan məscidin inşası ilə bağlı təşəbbüsə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə olunub.

Ə.Əsədov Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər barədə də bəhs edib.

Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qəbul edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
(Oxu.Az)




Son xəbərlər

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

Bütün xəbərlər