Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - Fotolar


Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib.

Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada ölkənin müxtəlif sahələrdə uğurlarını əyani təqdim edən, qadınların dövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və səhiyyədə fəal iştirakını göstərən stendlər də yer alıb.

Konfrans qadınların rolunun gücləndirilməsi və davamlı inkişafın qlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva konfransın fəal və konstruktiv dialoq şəraitində keçəcəyinə əminliyini ifadə edib. O, təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanan təşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağını bildirib. “Övladlarımıza həyat dəyərlərini öyrədən, sülh və hörmət mədəniyyətini aşılayan qadınlardır. Onların dəstəyi humanist cəmiyyət üçün əsasdır. Hərtərəfli yardımın təmin edilməsi üçün qadın və uşaqlara dəstək mərkəzlərinin beynəlxalq şəbəkəsinin yaradılması zəruridir. Uşaqlara tibbi və psixoloji yardım, qadınlara sosial və hüquqi dəstək, operativ humanitar yardım, mobil tibbi qrupların formalaşdırılması mühüm məsələlərdəndir”, - deyə Oğulcahan Atabayeva vurğulayıb. O, həmçinin qadınların sosial, siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindən danışıb.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il üç mühüm tarixin – Birləşmiş Millətlər Təşkilatının 80, Pekin Bəyannaməsinin 30 və Türkmənistanın daimi neytrallıq statusunun beynəlxalq səviyyədə tanınmasının 30 illik yubileylərinin qeyd edildiyini bildirib.

“Türkmənistanın neytrallıq statusu ölkənin dialoq, vasitəçilik və əməkdaşlığın inkişafına istiqamətlənmiş xarici siyasətinin əsasını təşkil edir. Türkmənistanda qadınlar bu proseslərdə mühüm rol oynayırlar. Onlar ölkəni BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil edir, danışıqlara qatılır və çoxtərəfli dialoqun genişlənməsinə töhfə verirlər. Qadınlar, eyni zamanda, parlamentdə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, sosial müdafiə və səhiyyə məsələlərində fəal iştirak edirlər”, - deyə baş direktor diqqətə çatdırıb.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ölkələrində qadın hüquqlarının müdafiə edildiyini diqqətə çatdıraraq deyib ki, qızlar və qadınlar üçün pulsuz magistr proqramları, dünyanın aparıcı universitetlərində təhsil almaq təqaüdlər təsis olunub. Hazırda xaricdə dövlət vəsaiti ilə təhsil alan tələbələrin 35 faizi qadınlardır. Biz, həmçinin qadın sahibkarlar üçün keyfiyyətli maliyyələşdirmə, mentorluq və dünya təcrübəsinə çıxış imkanı verən unikal sürətləndirici proqram yaratmışıq”, - deyə o bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında qeyd edib ki, qadınların liderliyi, biliyi və təcrübəsi cəmiyyətin davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, o cümlədən beynəlxalq layihələri barədə məlumat verib. “Fond bir sıra ölkələrdə, eləcə də Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlandda məktəblərin tikintisi və yenidən qurulması layihələri həyata keçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturunun yenidən qurulması, eləcə də Keniya və Ruandada informasiya texnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icra edilib”. O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakı layihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyini vurğulayıb. Qadınların müasir cəmiyyətdə xüsusi yer tutmalarından məmnunluğunu ifadə edən Fondun vitse-prezidenti onların ailə dəyərlərini və mədəni ənənələrin qoruyucusu olduqlarını deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil, səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatə etdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalq layihələrin həyata keçirildiyini söyləyib. O, çıxışı zamanı ortaq dəyər olan Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalması probleminə də toxunaraq deyib:

“Xəzərin səviyyəsinin azalması nərə balığı, qızıl balıq və suitilər kimi dəniz canlılarının həyatına ciddi təsir göstərir. Xəzər sularının çirklənməsi onların vəziyyətini ağırlaşdırmaqda davam edir. Bu, birlikdə mübarizə aparmalı olduğumuz qlobal problemdir və mən dənizimizi xilas edə biləcəyimizə inanıram”.

Digər çıxışçılar qadınların cəmiyyətdəki rolundan danışaraq, onların mədəni dəyərlərin, adət-ənənələrin və əxlaq qaydalarının əsas daşıyıcısı və qoruyucusu olduqlarını bildiriblər. Davamlı inkişafa nail olmaq üçün qadın potensialının siyasi və iqtisadi həyata maksimum cəlb edilməsinin vacibliyini vurğulayan çıxışçılar belə konfransların çoxtərəfli dialoq üçün mühüm platforma olduğunu diqqətə çatdırıblar. Qadınların potensialının tam reallaşmasına mane olan problemlərin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın möhkəmləndirilməsi zəruriliyi qeyd olunub.

Konfrans işini panel iclaslarla davam etdirib.





Son xəbərlər

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

Bütün xəbərlər