
Gündəm / Təhsil
27.01.2026, 15:20
Qış tətili başladı: Məktəblərdə dərslərə fasilə verildi

Məktəblərdə qış tətili başladı
Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.
Millixəbər.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.
Tətil məktəbəhazırlıq qruplarına da şamil olunur.
Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-dir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












