
Gündəm / Sosial / Mədəniyyət
16.07.2026, 15:40
Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıtı təmsil edən deputat həmkarları ilə birlikdə Vətən uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib, onların əziz xatirəsini dərin ehtiramla yad edib.
Millixəbər.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsinə ehtiram göstərilib, məzarları önünə gül dəstələri düzülüb.
Bildirilib ki, general-mayor Polad Həşimovun və bütün şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının şərəf salnaməsinin ayrılmaz hissəsidir. Onların Vətən naminə göstərdikləri fədakarlığın xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyi və gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Millət vəkili Tahir Mirkişili şəhidlərin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib, qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
Sonda bütün şəhidlərimizin ruhuna dualar oxunub, Allahdan onlara rəhmət dilənib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










