Avropa üçün seçim anı: Ya tərəfdaşlıq, ya dərinləşən böhran


Qlobal geosiyasi sistemin transformasiyası fonunda Avropa İttifaqı ciddi struktur böhranı ilə üz-üzədir. ABŞ, Rusiya və Çin kimi güc mərkəzlərinin paralel təzyiqi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji və təhlükəsizlik şokları, eləcə də Yaxın Şərqdə artan qeyri-sabitlik Avropanın strateji dayanıqlığını zəiflədir. Bu gün Avropa əvvəlki kimi qlobal prosesləri yönləndirən aktor deyil, əksinə, çox zaman hadisələrə reaksiya verən tərəfə çevrilib. İqtisadi artımın zəifləməsi, enerji resurslarının şaxələndirilməsi problemləri və təhlükəsizlik boşluqları bu mənzərəni daha da ağırlaşdırır”.

Millixəbər az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Millət vəkili qeyd edib ki, belə bir şəraitdə Avropa üçün əsas məsələ yeni dayaq nöqtələri tapmaqdır: “Məhz burada Cənubi Qafqaz və Mərkəzi Asiya geosiyasi və geoiqtisadi baxımdan kritik əhəmiyyət qazanır. Bu regionlar Avropa üçün həm enerji mənbələri, həm tranzit imkanları, həm də yeni bazarlar deməkdir. Lakin bu potensialın reallaşdırılması yalnız bir ölkə üzərindən mümkündür ki, bu da ancaq Azərbaycandır.
Azərbaycan son illərdə yalnız regional deyil, qlobal miqyasda oyun qaydalarını dəyişən aktora çevrilib. 2020-ci ildən sonra formalaşan yeni geosiyasi reallıqlar Bakının təşəbbüsləri və siyasi iradəsi nəticəsində yaranıb. Bu reallıq təkcə təhlükəsizlik müstəvisində deyil, həm də iqtisadi və nəqliyyat sahələrində özünü göstərir. Azərbaycanın yaratdığı sabitlik və təhlükəsizlik mühiti olmadan regionda heç bir beynəlxalq layihənin reallaşması mümkün olmazdı.
Bu kontekstdə Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Bu dəhliz artıq alternativ yox, əsas marşrut kimi qəbul edilir. Rusiya üzərindən keçən şimal marşrutunun riskləri və İran istiqamətindəki qeyri-müəyyənlik fonunda Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz, sürətli və siyasi baxımdan dayanıqlı xəttə çevrilib. Bu isə o deməkdir ki, Bakı qlobal ticarət zəncirinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycansız bu sistemin işləməsi real deyil”.
T. Mirkişili əlavə edib ki, bu strateji reallıq Avropanın aparıcı siyasi fiqurları tərəfindən də getdikcə daha açıq şəkildə etiraf olunur: “Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, Avropa Komissiyası səviyyəsində Azərbaycanla münasibətlərin strateji xarakter daşıdığı artıq qəbul edilir. Onun vurğuladığı kimi, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır və bu tərəfdaşlıq enerji ilə yanaşı, rəqəmsal transformasiya, təhlükəsizlik və nəqliyyat kimi sahələri də əhatə edir.
İlham Əliyev isə bu əməkdaşlığın konkret nəticələrini ortaya qoyaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu faktlarla əsaslandırır. Azərbaycan qazının artıq Avropanın daha geniş coğrafiyasına – o cümlədən Almaniya və Avstriyaya çatdırılması göstərir ki, Bakı etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini möhkəmləndirib. Bu isə Avropa üçün yalnız iqtisadi deyil, həm də siyasi təhlükəsizlik məsələsidir.

Eyni tendensiya Ciorgia Meloninin Bakıya səfərində də açıq şəkildə özünü göstərdi. Onun “enerji və bağlantılar eyni medalın iki üzüdür” fikri əslində Avropanın yeni strateji yanaşmasının konturlarını müəyyənləşdirir. Meloni Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu gücləndirməsinin vacibliyini vurğulayaraq, Roma ilə Bakı arasında əməkdaşlığın yalnız ikitərəfli deyil, daha geniş Avrasiya məkanını əhatə etdiyini bildirdi.
Bu yanaşma onu göstərir ki, Avropada artıq praqmatik düşüncə güclənməkdədir. Lakin problem ondadır ki, bu praqmatik yanaşma bütün Avropa institutları üçün xarakterik deyil. Avropa Parlamenti və AŞPA kimi qurumların Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe bu strateji əməkdaşlığa ziddiyyət yaradır. Bu isə Avropanın daxilində siyasi parçalanmanın və koordinasiya problemlərinin göstəricisidir.
Əslində bu ziddiyyət Avropanın əsas strateji səhvini ortaya qoyur. Belə ki, geosiyasi reallıqları qəbul etmək əvəzinə, ideoloji və selektiv yanaşmalarla hərəkət etmək bu günkü gündə qoca qitə üçün təkcə yanlış hərəkət deyil, eyni zamnda maraqlarına da uyğun olmayan siyasət yürütməklə özlərini dalana sürükləyirlər. Halbuki mövcud vəziyyətdə Avropa üçün ən rasional yol Azərbaycanla münasibətləri daha da dərinləşdirməkdir. Çünki Azərbaycan yalnız enerji təminatçısı deyil, həm də regional sabitliyin təminatçısı və qlobal logistika sisteminin əsas halqasıdır.

Bununla yanaşı, Bakı regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi əlaqələrin qurulması yeni regional təhlükəsizlik modelinin formalaşmasına xidmət edir. Bu isə Avropanın maraqları ilə tam üst-üstə düşür.
Nəticə etibarilə, qlobal böhran şəraitində Avropa üçün çıxış yolu uzaqda deyil, bu, artıq formalaşmış reallıqların içindədir. Bu reallığın mərkəzində isə Azərbaycan dayanır. Bakı bu gün yalnız coğrafi məkan deyil, həm də enerji, təhlükəsizlik və nəqliyyatın kəsişdiyi strateji platformadır.

Avropa üçün seçim sadədir, amma eyni zamanda taleyüklüdür: ya Azərbaycanla bərabərhüquqlu və praqmatik əməkdaşlıq quraraq yeni geosiyasi reallıqdan faydalanmaq, ya da bu reallığı görməzlikdən gələrək daha dərin böhranlarla üzləşmək. Mövcud dinamika isə göstərir ki, gec-tez bu seçim qaçılmaz olacaq”.

Son xəbərlər

Azərbaycanda vətəndaş müraciətlərinə baxılması sahəsində mümkün islahatlar müzakirə edilib

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Bütün xəbərlər