Dövlətlərin beynəlxalq təşkilatlarla əməkdaşlığı strateji əhəmiyyətə malikdir. Bu, milli və qlobal məqsədlərə nail olmaq üçün uzunmüddətli, qarşılıqlı faydalı əlaqələr yaratmaq imkanı yaradır. Azərbaycan da təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda sülhün və təhlükəsizliyin təmin edilməsində, qlobal gündəliyin formalaşdırılmasında, müxtəlif ölkələrlə əməkdaşlığın gücləndirilməsində, eləcə də qlobal problemlərin həllində fəal iştirak edir. Ölkəmizin beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyi Azərbaycana marağı artırmaqdadır. Şanxay Əməkdaşlıq Təşkilatı da Azərbaycanla əməkdaşlığı faydalı hesab edir. Təşkilata üzv ölkələrin Azərbaycana etimadı və rəğbəti var. Təbii ki, bu münasibətlər qarşılıqlıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən ŞƏT çərçivəsində əməkdaşlıq bütün tərəfdaşlar üçün əhəmiyyətlidir. Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşıdır.

Rəsmi Bakı bu tərəfdaşlığı sözügedən beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişi hesab edir. Beynəlxalq təşkilatda dialoq tərəfdaşının əhəmiyyəti qlobal problemlərin həllinə kömək etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək, qəbul edilən qərarların legitimliyini təmin etmək və çoxtərəfli diplomatiyanı təşviq etməkdən ibarətdir. Yəni, dialoq tərəfdaşı prosesin iştirakçısı olmaqla yanaşı, həm də beynəlxalq təşkilatların və onların fəaliyyətinin səmərəliliyinin, legitimliyinin və davamlılığının artmasına töhfə verir. Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı kimi təmsilçiliyi də bu mənada vacib əhəmiyyət kəsb edir.

Çinin Tiencin şəhərində keçirilən “ŞƏT+” formatında iclasda çıxışı zamanı da cənab Prezident qeyd etdi ki, məhz ötən il Astanada keçirilmiş sammit çərçivəsində Bakı ilə Pekin strateji tərəfdaşlıq qurdu. “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.” Çin Şanxay Sammitinə ev sahibliyi edən ölkə kimi Şanxay Əməkdaşlıq Təşkilatının gündəliyinin formalaşmasında əsas rol oynayır. Pekin təşkilata Asiya, Avropa və Afrikanı birləşdirməyi hədəfləyən “Bir Kəmər və Yol” Təşəbbüsünün tamamlayıcısı kimi baxır. Azərbaycan da bu layihənin ilk dəstəkçilərindəndir.

Belə ki, çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevrilmək perspektivləri var. Bütün parametrlər üzrə Azərbaycanın ŞƏT-ə üzvü olmaq potensialı böyükdür. Pekin də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib və bunu “Şanxay ruhu”na uyğun hesab edib. Lakin Hindistanın bu prosesdə davamlı qərəzini müşahidə edirik. Belə ki, Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb. Bu, təbii ki, çoxtərəfli diplomatiyaya ziddir. Çünki ŞƏT-in əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi istiqamətində səylərin göstərilməsindən ibarətdir. Amma Hindistan bu qərəzli yanaşma ilə ŞƏT-in prinsiplərini də pozdu. Prezident İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşdə bu məsələyə toxundu, Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi. Bununla belə, rəsmi Bakı İslamabadla qardaşlıq münasibətlərini hər şeydən üstün sayır və Yeni Dehlinin bu ucuz siyasəti heç bir halda Azərbaycanın strateji kursunu dəyişmir. Bu gün Azərbaycan ŞƏT-ə üzv olmasa belə, bu təşkilat çərçivəsində çox faydalı əməkdaşlıqlar qura bilib. Azərbaycan Prezidenti 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub. Dünyanın böyük əhalisinə və iqtisadi potensialına malik olan təşkilatla əməkdaşlıq Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam cavab verir.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Son xəbərlər

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Bütün xəbərlər