ABŞ prezidenti Donald Trampın İrana qarşı ənənəvi hava əməliyyatlarından əlavə kiber və psixoloji hücum variantları barədə məlumat aldığı iddia edilib.


Millixəbər.az xəbər verir ki, CBS News-a anonimlik şərti ilə danışan iki Müdafiə Nazirliyi rəsmisi Trampın İranla bağlı potensial hərbi və gizli əməliyyatların ətraflı təqdimatını aldığı bildirilib. Rəsmilər hava qüvvələri və uzunmənzilli raketlərin əsas müdaxilə vasitəsi olduğunu, eyni zamanda kiberəməliyyatlar və psixoloji müharibənin də variantlar arasında olduğunu vurğulayıblar.

Məlumata görə, bu əməliyyatlar İranın komandanlıq strukturunu, rabitə şəbəkələrini və dövlət nəzarətində olan medianı hədəf ala bilər. Rəsmilər həmçinin yekun qərarın hələ verilmədiyini və diplomatik kanalların açıq qaldığını qeyd ediblər. Ağ Evin sözçüsü Karolin Livitt isə Trampın İranla bağlı diplomatiyaya üstünlük verdiyini, lakin hərbi güc variantını da müzakirə mövzusu olaraq saxladığını bildirib.

Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın kəskin devalvasiyasına qarşı başlayıb və qısa müddət ərzində ölkənin bir çox şəhərinə yayılıb.

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazların 16-cı günündə 646 nəfər həyatını itirib, onlardan 133-ü təhlükəsizlik işçisi, bir prokuror və 18 yaşdan kiçik doqquz yetkinlik yaşına çatmayan uşaqdır. Eyni zamanda 10.721 nəfərin saxlandığı bildirilib. Etirazlar zorakılıqla müşayiət olunub və 9 yanvarda ölkə miqyasında internet bağlantısı kəsilib.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər