
İqtisadiyyat
28.02.2023, 11:09
Azərbaycanda 913 min manatlıq cekpot uduldu
Azərbaycanda 913 072 manatlıq cekpot udulub.
Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC-nin təşkil etdiyi “4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub.
Həftədə 4 dəfə keçirilən “4+4” oyununun növbəti tirajında cekpot məbləği 500 000 manat olacaq. Cekpot qazanmaq üçün A və B sıraları üzrə 1-dən 20-yədək olan rəqəmlərin (4+4) biletdəki variantda üst-üstə düşməsi yetərlidir.
Qeyd edək ki, tirajlı lotereyalar hər gün 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” Youtube kanalında canlı yayımda keçirilir.
Son xəbərlər
Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Dünya
14.05.2025
ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
Cəmiyyət
14.05.2025
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay