
Gündəm / İqtisadiyyat / Sosial
6.07.2026, 15:34
Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Millət vəkili Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib.
Görüş zamanı sakinlərin fərdi müraciətləri dinlənilib, onları narahat edən sosial, məşğulluq, infrastruktur və digər sahələrə dair məsələlər müzakirə olunub.
Millət vəkili hər bir müraciətə diqqətlə yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində görüləcək tədbirlər barədə vətəndaşları məlumatlandırıb. Səlahiyyət çərçivəsində həlli mümkün olan müraciətlərlə bağlı müvafiq addımların atılması, digər məsələlərin isə aidiyyəti dövlət qurumlarına çatdırılması və icrasının nəzarətdə saxlanılması qərara alınıb.
Tahir Mirkişili görüş zamanı vətəndaşlarla birbaşa ünsiyyətin, onların problem və təkliflərinin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, keçirilən müntəzəm qəbullar insanların qayğı və gözləntilərinin daha yaxından öyrənilməsinə, qaldırılan məsələlərin operativ şəkildə həllinə xidmət edir.
Sakinlər müraciətlərinə göstərilən diqqətə görə təşəkkürlərini ifadə edib, bu cür görüşlərin problemlərin həllinə və vətəndaş–deputat dialoqunun gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar.
Millixəbər.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











