Ermənistanın düşdüyü vəziyyət “dünya nəhənglərinin ziddiyyətləri altında qalma” durumu kimi xarakterizə edilir, rəsmi İrəvan Rusiya ilə münasibətləri korlasa da, “müdafiə çətiri”nin altına sığınmağa can atdığı ABŞ və Qərbin geopolitik maraqlarında yer almağı da bacarmayıb... Ona görə də, Paşinyan hakimiyyəti indi Azərbaycanla anlaşmağa və yekun sülh sazişini imzalanmağa hər zaman olduğundan daha çox möhtacdır, əks halda, Ermənistan üçün yeganə alternativ növbəti kapitulyasiya aktı ola bilər...

Ermənistan üçün ağır günlər artıq başlayıb. Ancaq bu, qətiyyən son deyil. Əksinə, daha ağır, hətta fəlakət vəd edən mərhələ hələ irəlidədir. Üstəlik, bu reallığı Ermənistan cəmiyyətində və siyasi dairələrində də anlamağa başlayıblar. Və indi rəsmi İrəvan yaxınlaşan daha böyük təhlükəyə hazırlaşmağa çalışır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinə yaxın mənbələrdən Ermənistan mətbuatına sızan məlumatlar erməni toplumu üçün yumşaq desək, xoşagəlməz məzmun daşıyır. Həmin məlumatlara görə, Ermənistan hakimiyyətinin kluarlarında yaxınlaşan daha dağıdıcı müharibə ehtimalı barədə danışmağa başlayıblar. Hətta bu barədə hakimiyyət dairələrində açıq şəkildə müzakirələrin aparıldığı da bildirilir.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti daxilində olan mənbə Ermənistan mətbuatına yeni savaşın sürətlə yaxınlaşdığını bildirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan 2023-cü ilin sonuna qədər Azərbaycanla anlaşmağa və yekun sülh sazişinin imzalanmasına can atır. Əks halda, rəsmi İrəvan 2024-cü ilin Ermənistan üçün yeni müharibənin başlanmasıyla start götürə biləcəyindən ciddi şəkildə narahatdır.

Digər tərəfdən, ABŞ-da bəzi kəşfiyyat qurumlarının illik hesabatları da Ermənistan üçün yaxınlaşan real təhlükəni qabardır. Belə ki, həmin hesabatlarda Azərbaycan-Ermənistan münasibətlərinin indiki məzmununun Cənubi Qafqazda növbəti savaşın baş vermə ehtimalını ciddiyə almaq üçün tamamilə yetərli olduğu vurğulanır. Sadəcə, amerikalı kəşfiyyat analitiklərinin proqnozlarına görə, regionda yeni savaşın davam etmə müddədi və əhatə dairəsi məhdud ola bilər.

Təbii ki, belə vəziyyətdə rəsmi İrəvan Ermənistanı yalnız xarici faktorların və beynəlxalq himayədarların dəstəyi ilə müdafiə etməyi düşünmək məcburiyyətindədir. Hər halda, Ermənistanı yeni savaş təhlükəsinə doğru sürükləyən məhz Paşinyan hakimiyyətinin avantürist təxribatlarıdır. Və savaşdan yayınmaq variantları barədə düşünmək də rəsmi İrəvanın üzərinə düşür.

Ancaq Paşinyan hakimiyyətinin ümid bəsləyəcəyi variantlar o qədər də çox deyil. Ermənistan ordusu darmadağın edilib, nəinki yaxın illərdə, hətta onilliklərdə belə, onu bərpa etmək real hədəf təsiri bağışlamır. Rəsmi İrəvanın Hindistandan və ya İrandan almağa çalışdığı silahların Ermənistanın hərbi təhlükəsizliyinə təminat verə biləcəyi inandırıcı görünmür. Çünki həmin silahlar Azərbaycan ordusunun sahib olduğu müasir hərbi texnolgiyalara ciddi şəkildə uduzur. Və buna əlavə olaraq, Ermənistanın müasir standartlara uyğun yeni ordu quruculuğu üçün maliyyə-iqtisadi resurslarının olmadığı ciddi problem kimi ortaya çıxır.

Digər tərəfdən, Ermənistanın xarici himayədarlara olan ümidləri də reallığa əsaslanmır. Belə ki, Paşinyan hakimiyyəti Ermənistanın hərbi müttəfiqi Rusiya ilə münasibətləri ciddi şəkildə korlayıb. Eyni zamanda, Kreml Cənubi Qafqazda müxtəlif təxribatlarda maraqlı olsa da, NATO ölkəsi olan Türkiyənin hərbi müttəfiqi Azərbaycanla silahlı toqquşmalara girməyə maraqlı deyil. İndi Rusiya üçün rəsmi Bakı ilə ziddiyyətlər deyil, Azərbaycanla iqtisadi tərəfdaşlıq daha sərfəlidir.

Nəhayət, ABŞ və Avropa Birliyi də Ermənistan ucbatından Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərin korlanmasına həvəsli deyil. Hər halda, rəsmi Bakının Avropa Birliyi üçün enerji təhlükəsizliyi üzrə olduqca vacib və etibarlı tərəfdaş statusu qazanması həlledici faktorların sırasına daxildir. Üstəlik, ABŞ və Qərb Cənubi Qafqazda bütün problemlərin sürətlə, sülh danışıqları ilə tez bir zamanda həllində maraqlıdır. Və bu baxımdan, Ağ Evin Ermənistana Azərbaycanla anlaşmanın, sülh sazişinin imzalanmasının vacibliyini qabardan mesajlar verməsi də qətiyyən boşuna deyil.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanı “geopolitik labirintə” salıb. İndi elə bir vəziyyət yaranıb ki, Ermənistan təkbaşına heç bir silahlı toqquşmadan salamat çıxmaq şansına sahib deyil. Eyni zamanda, istənilən hərbi toqquşma Ermənistanın elə savaş meydanında təklənməsinə də yol aça bilər. Hər halda, rəsmi İrəvanın uzun müddətdən bəri geopolitik maraqları ilə intensiv şəkildə oynamağa çalışdığı dünya nəhənglərinin - ABŞ, Avropa Birliyi və Rusiyanın regional hədəflərinin kəskin şəkildə toqquşması Paşinyan hakimiyyətini onların dəstəyindən məhrum buraxır.

Bu baxımdan, hesab etmək olar ki, növbəti savaşda Ermənistanın təkbaşına və müdafiə alətlərindən məhrum qalma ehtimalı kifayət qədər inandırıcı görünür. Erməni politoloq Suren Sarkisyan Ermənistanın düşdüyü bu çıxılmaz vəziyyəti “dünya nəhənglərinin ziddiyyətlərinin altında qalma” durumu kimi xarakterizə edir. Onun fikrincə, rəsmi İrəvan son illərdə Rusiya ilə münasibətləri korlasa da, “müdafiə çətiri”nin altına sığınmağa can atdığı ABŞ və Qərbin geopolitik maraqlarında yer almağı da bacarmayıb. Yəni, Rusiyadan qaçan Ermənistan hərbi müttəfiq alternativi yaratmağa nail olmayıb.

Deməli, belə vəziyyətdə Ermənistanın yalnız bir alternativi qalmış olur. Belə ki, indi rəsmi İrəvan Azərbaycanla anlaşmağa və yekun sülh sazişini imzalanmağa hər zaman olduğundan daha çox möhtacdır. Çünki yekun sülh sazişinin də yeganə alternativi Ermənistanın növbəti dəfə savaş meydanında biabirçı məğlubiyyətindən sonra imzalanması qaçılmaz olacaq yeni kapitulyasiya aktı ola bilər. (Yeni Müsavat)

Son xəbərlər

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

Bütün xəbərlər