Rəsmi İrəvanın Azərbaycanın geopolitik iradəsinə qarşı duruş gətirmək şansının olmadığını Ermənistan cəmiyyətində də anlayanlar mövcuddur, çünki ABŞ və Qərb hazırda Azərbaycanla tərəfdaşlığa daha çox həvəslidir... Rəsmi Bakı öz geopolitik, geostrateji və geoiqtisadi manevrləri ilə Ermənistanın ətrafını sürətlə boşaldır, onu müttəfiq tapmaq şanslarından məhrum buraxır, belə vəziyyətdə Paşinyan hakimiyyətinin təxribat vərdişlərinə nəzarəti itirməsi Ermənistanın sonunu gətirə bilər...

Ermənistan beynəlxalq məkanda himayədar axtarışından imtina etmək niyyətindən uzaq görünür. Rəsmi İrəvan israrla hərbi təxribat törətməkdə davam edir. Paşinyan hakimiyyəti hələ də ümid bəsləyir ki, Ermənistanın hərbi təxribatları Azərbaycana qarşı siyasi təztiqlərin gücləndirilməsinə yeni imkanlar aça bilər.

Halbuki, son vaxtlar baş verən hadisələr, Qərb siyasi dairələrinin Cənubi Qafqazla bağlı açıqlamalarının məzmunu rəsmi İrəvanın absurd ümidlərinin qarşılıq tapmadığını göstərir. ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Lononun Ağ Evin Laçin yolu ilə bağlı Azərbaycanın təhlükəsizlik maraqlarını anladığını bəyan etmişdi. Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi Toyvo Klaar isə Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyinin beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğulamışdı.
Təbii ki, bu iki önəmli məqam rəsmi İrəvanın Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasına nail olmaq niyyətlərinin iflasa məhkum olduğunu təsdiqləyir. Yəni, nə ABŞ, nə də Avropa Birliyi Ermənistan ucbatından Azərbaycanla faydalı tərəfdaşlıq münasibətlərini riskə atmağa qətiyyən həvəsli deyillər. Ona görə də, Paşinyan hakimiyyəti məntiqli və praqmatik düşünərək, siyasət yürütmək qabiliyyətinə olsaydı, bütün bu beynəlxalq manipulyasiyaları bir kənara buraxıb, Azərbaycanla yekun sülh sazişini imzalamağa can atmalıydı.

ABŞ və Qərb Ermənistana qarant durmur: Bakının manevrləri İrəvanda şok effekti yaradır


Ancaq hələlik rəsmi İrəvanın davranışlarında məntiq və praqmatizm əlamətləri müşahidə olunmur. Əksinə, Paşinyan hakimiyyəti uğursuzluğa məhkum olduğu əvvəlcədən şübhə doğurmayan avantürist manevrlərini davam etdirir. Belə ki, rəsmi İrəvan Azərbaycanın Qarabağ regionuna beynəlxalq faktaraşdırıcı missiya göndərilməsinə nail olmaq üçün bütün məkrli planlarını işə salıb.

Son günlər Ermənistanın Azərbaycanla sərhəd bölgəsində, eləcə də, Qarabağ regionundakı silahlı erməni terror dəstələrinin törətdiyi hərbi təxribatların əsas məqsədi artıq aydınlaşmağa başlayıb. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistan XİN-ə Azərbaycanın Qarabağ bölgəsində olan ermənilərin təhlükəsizliyini təmin etmək üçün BMT müşahidəçilərinin göndərilməsi ilə bağlı danışıqlar aparmağı tapşırıb. Yəni, rəsmi İrəvan bütün bu təxribatları törətməklə, həmin mövzunun BMT-nin gündəminə gətirilməsi üçün bəhanə qazana biləcəyinə hələ də ümid bəsləyir.

Digər tərəfdən, erməni baş nazir Rusiyanı da bu məkrli və absurd planına ortaq etməyə can atır. Hər halda, Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını iddia edən baş nazir Nikol Paşinyanın Kremlə son müraciəti bütün “qırmızı cizgiləri” aşır. O, bildirib ki, Rusiya sülhməramlıları Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin əsas qarantıdır: “Ancaq Rusiya sülhməramlıları hansısa obyektiv səbəbdən öz qarant funksiyalarını icra edə bilmirlərsə, Kreml bu barədə BMT-yə məlumat verməlidir və onlar əvəzlənməlidir”.

Ermənistan baş naziri Rusiyanı həm dolayısı ilə ittiham edir, həm də sülhməramlıların BMT təmsilçiləri ilə əvəzlənməsinə razılaşdırmağa çalışır. Halbuki Kremlin bu erməni avantürasına dəstək verəcəyi qətiyyən inandırıcı deyil. Çünki Kreml rus sülhməramlıların regionda mövcudluğuna Rusiyanın Cənubi Qafqazda əsas istinad faktorlarından biri kimi yanaşır. Hətta Rusiyanın nüfuzlu “Komersant” nəşri baş nazir Nikol Paşinyana sərt cavab da verib: “10 noyabrda imzalanmış üçtərəfli anlaşmada Rusiya sülhməramlı qüvvələrinin ermənilər üçün təhlükəsizlik qarantı olması barədə heç bir maddə yoxdur”.



Belə anlaşılır ki, Rusiya erməni baş nazirin avantüralarına əhəmiyyət vermək niyyətindən çox-çox uzaqdır. Digər tərəfdən, Paşinyan hakimiyyətinin “BMT planı” utopik “erməni arzuları” kateqoriyasına aiddir. Çünki Azərbaycanın Qarabağ regionuna BMT təmsilçilərinin göndərilməsi üçün rəsmi Bakının razılığını almaq qaçılmazdır. Rəsmi Bakı isə Qarabağ regionu ilə bağlı bütün mövzuların Azərbaycanın daxili işi olduğunu artıq birmənalı şəkildə bəyan edib. Və bunu indidən sonra heç kim fərqli istiqamətdə dəyişə bilməz.

Bütün bunlar o deməkdir ki, hazırda rəsmi İrəvan Ermənistana aid olmayan işlərlə məşğuldur. Paşinyan hakimiyyəti hansı məkrli planları qursa da, Ermənistanın hərbi-siyasi təxribatlarının real nəticə verməsi sadəcə, mümkün deyil. Üstəlik, rəsmi İrəvan belə qeyri-real planlar qurmaq cəhdləri ilə Ermənistanın düşdüyü situasiyanı daha da ağırlaşdırmaqdan başqa heç nəyə nail olmur. Və Ermənistanın xilas üçün malik olduğu zamanın sürətlə tükənməsini təmin edir.

Məsələ ondadır ki, müasir dünyada Ermənistanın avantüraları ucbatından Cənubi Qafqazdakı geopolitik və geoiqtisadi maraqlarını qurban verə biləcək hansısa dövlətin mövcudluğunu təsəvvür ermək də çox çətindir. İndiyə qədər belə bir səhvə yol vermiş Fransanın düşdüyü durum da indi digər dövlətlər üçün ciddi örnək rolunu oynayır. Hər halda, Qərb ölkələri hazırda rəsmi Bakının ermənpərəst mövqeyinə görə Fransanı Cənubi Qafqazda cərəyan edən bütün proseslərdən kənarlaşdırmasını istər-istəməz nəzərə almalı olacaqlar.

Əslində, bu reallığı Ermənistanın siyasi dairələrində anlayanlar da olmamış deyil. Ermənistan Demokratik Alternativ Partiyasının lideri, politoloq Suren Surenyants Qərb ölkələrinin rəsmi İrəvanın absurd çağırışlarına verdikləri reaksiyanı gündəmə gətirib. Onun sözlərinə görə, Qərb ölkələri açıq şəkildə bəyan edirlər ki, Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır deyillər: “Heç bir ölkə Türkiyə və Azərbaycana qarşı çıxıb, Ermənistanın müttəfiqi olmaq istəmir”.



Erməni siyasətçi-politoloq hesab edir ki, Qərb ölkələri bu məsələdə Ermənistanla çox səmimi davranırlar: “Onlar Ermənistanın təhlükəsizlik təminatçısı rolunu öz üzərlərinə götürməyə hazır olmadıqlarını söyləmək fürsətini əldən vermirlər. “Qarabağ münaqişəsi” və Ermənistan-Türkiyə münasibətləri həll edilməyincə Rusiyadan tutmuş ABŞ-a qədər hansısa ölkənin Ermənistanla qeyd-şərtsiz müttəfiqi olacağına inanmaq sadəlövhlükdür. Çünki Azərbaycan və Türkiyə yalnız Rusiya deyil, Qərb üçün də önəmlidir”.

Erməni politoloqun fikrincə, Avropa Birliyi və ya ABŞ-ın enerji sektorunda strateji tərəfdaşa – Azərbaycana, eləcə də NATO daxilindəki müttəfiqinə - Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini təsəvvür etmək çox çətindir. Onun sözlərinə görə, Qərb ölkələri bunu qətiyyən gizlətmirlər, onların strateji məqsədlərinin Rusiya və İranın regionda təsirini məhdudlaşdırmaqdan ibarət olduğunu açıq şəkildə vurğulayırlar. Və bu reallığın Paşinyan hakimiyyəti tərəfindən hələ də qəbul edilməməsi istər-istəməz təəccüb doğurur.

Göründüyü kimi, rəsmi İrəvanın Azərbaycanın geopolitik iradəsinə qarşı duruş gətirmək şansının olmadığını Ermənistan cəmiyyətində də anlayanlar mövcuddur və bu, şok effekti yaradır. ABŞ və Qərb hazırda Azərbaycanla tərəfdaşlığa daha çox həvəslidir. Rəsmi Bakı öz geopolitik, geostrateji və geoiqtisadi manevrləri ilə Ermənistanın ətrafını sürətlə boşaldır, onu müttəfiq tapmaq şanslarından məhrum buraxır. Belə vəziyyətdə Paşinyan hakimiyyətinin təxribat vərdişlərinə nəzarəti itirməsi Ermənistanın sonunu gətirə bilər.(musavat.com)

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər