Rizvan Nəbiyev: 31 Mart soyqırımı azərbaycanlılara qarşı törədilmiş misilsiz zorakılıqdır


1918–1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qırğınlar təkcə xalqımızın və regionun deyil, ümumilikdə dünya tarixinin ən faciəli və sistemli zorakılıq nümunələrindən biridir”.

Millixəbər.az xəbər verir ki, bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, 1917-ci ildə Rusiyada bolşevik inqilabından sonra yaranmış siyasi və hərbi xaotik şəraitdə silahlanan erməni silahlı dəstələri azərbaycanlı mülki əhaliyə qarşı genişmiqyaslı hücumlar həyata keçirib:

“Geniş coğrafi ərazini – İrəvan, Gümrü, Naxçıvan, Zəngəzur, Qarabağ, Bakı, Şamaxı, Quba, Lənkəran və digər bölgələri əhatə edən amansız qətliamın məqsədi etnik mənsubiyyətinə görə azərbaycanlıları məhv etmək olmuşdur. Bu siyasətin siyasi-ideoloji əsasını isə tarixi ərazilərimizdə erməni dövləti yaratmaq niyyəti təşkil edirdi.

Faktlar göstərir ki, təkcə İrəvan quberniyasında 1918-ci ilin əvvəllərindən mart ayına qədər 199 kənd dağıdılıb, təxminən 135 min azərbaycanlı qətlə yetirilib. Zəngəzur qəzasında 115 kənd dağıdılıb, 10 mindən çox azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 min nəfər qaçqın düşüb. Qarabağın dağlıq hissəsində 150-yə yaxın kənd məhv edilib. Şamaxı qəzasında müxtəlif mənbələrə görə 7 mindən 16 minə qədər mülki şəxs qətlə yetirilmiş, on minlərlə insan isə didərgin salınmışdır.

Almaniyanın Ziqen Universitetinin professoru, siyasi elmlər doktoru Rüdiqer Kipkenin 2020-ci ildə Berlində ingilis və alman dillərində nəşr olunmuş “Azərbaycan xalqına qarşı misilsiz etnik zorakılıq. Dünya yan baxmaqdadır” adlı kitabında qeyd olunur ki, “bu günə qədər Qərbdə hadisələr yalnız erməni baxış bucağından təsvir edilirdi, Kipkenin nəşri isə Azərbaycan xalqının yaşadığı məşəqqətlərin araşdırılmasına həsr olunub.

Professor Kipke bildirir ki, silahlı qarşıdurmanı seçən bolşeviklər və onlarla eyni mövqedə olan ermənilər azərbaycanlılarla açıq savaş aparıblar. Alman alimin “Azərbaycan” qəzetinin 1918-ci il sayından gətirdiyi sitatlar göstərir ki, “Bakıda bolşeviklər azərbaycanlılara qarşı bir millət olaraq savaş açmış, adi terror insanların başını almışdı… ‘Fantaziya’ hamamında müsəlmanlar diri-diri qaynar suya atılmış, ‘Malinovski’ teatrı isə yüzlərlə müsəlmanın işgəncələrə məruz qaldığı həbsxanaya çevrilmişdi. Evlərə ağ bayraq taxılması onları dağıntıdan xilas edə bilməmiş, küçələr alov dənizinə qərq edilmişdi. İslam dini tələb etsə də, küçələrdə həyat təhlükəli olduğundan günlərlə dəfn edilməmiş meyitlərin qoxusu şəhəri bürümüşdü. Çoxsaylı Quran nüsxələri yandırılmış, ibadətxanalar yerlə yeksan edilmişdi. 1918-ci il hadisələri zamanı Bakıda 30 min azərbaycanlı öldürülmüş, minlərlə insan yaralanmışdı.

Bu faktlar göstərir ki, zorakılıq aktları lokal deyil, geniş coğrafiyanı əhatə edən və sistemli xarakter daşıyan siyasət olmuşdur. Bəzi erməni müəllifləri, o cümlədən tarixçi Yervand Lalayan da öz əsərlərində etiraf xarakterli qeydlər aparmışdır. Eyni zamanda, 2007-ci ildə Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin real və maddi sübutu kimi xüsusi əhəmiyyət daşıyır. Qubada Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Soyqırım Kompleksi bu hadisələrin sistemli tədqiqi, beynəlxalq ictimaiyyətə çatdırılması və gələcək nəsillər üçün kollektiv yaddaşın qorunması məqsədinə xidmət edir.

Hüquqi baxımdan, mülki əhalinin kütləvi şəkildə məhv edilməsi, kəndlərin sistemli dağıdılması və əhalinin zorla köçürülməsi bu gün soyqırımı və insanlığa qarşı cinayətlər kimi qiymətləndirilir. Buna görə də Azərbaycan dövləti bu hadisələrə rəsmi siyasi-hüquqi qiymət vermişdir. 1998-ci il fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan olunmuş, Prezident İlham Əliyevin 2018-ci il sərəncamı ilə bu faciənin 100 illiyi dövlət səviyyəsində yad edilmişdir".

Son xəbərlər

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

Bütün xəbərlər