
Gündəm / İqtisadiyyat / Sosial / Cəmiyyət
10.09.2026, 16:21
AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

Azərbaycan Qadın Sahibkarları İnkişaf Assosiasiyasının (AQSİA) üzvləri qadın sahibkarlıq subyektlərinin fəaliyyəti ilə yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə AYLA Plastik MMC müəssisəsini ziyarət ediblər.
Səfər çərçivəsində müəssisənin təsisçisi və eyni zamanda AQSİA İdarə Heyətinin üzvü Lətifə Əhmədova şirkətin fəaliyyəti, istehsal prosesi, iş prinsipləri və hazırlanan məhsullar barədə iştirakçılara ətraflı məlumat verib.
AQSİA üzvləri müəssisənin istehsalat sahəsini ziyarət edərək istehsal prosesinin müxtəlif mərhələlərini əyani şəkildə izləyib, görülən işlərlə yerində tanış olublar. Görüş iştirakçıların müəssisənin fəaliyyət istiqamətləri və istehsal imkanları barədə daha geniş təsəvvür əldə etməsinə şərait yaradıb.
Görüş zamanı qadın sahibkarlar arasında təcrübə və bilik mübadiləsinin əhəmiyyəti, uğurlu biznes nümunələrinin paylaşılması və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
AQSİA qadın sahibkarların bir araya gəlməsinə, onların təcrübə və biliklərini bölüşməsinə, eləcə də bir-birinin uğurlu biznes hekayələrindən ilham almasına xüsusi önəm veririk. Bu istiqamətdə təşkil olunan müəssisə ziyarətləri qadın sahibkarlar arasında əlaqələrin gücləndirilməsinə, yeni əməkdaşlıqların formalaşmasına və qadın sahibkarlığının inkişafına mühüm töhfə verir.
Səfərin sonunda AQSİA üzvləri səmimi qəbula, qonaqpərvərliyə və öz dəyərli təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Lətifə Əhmədovaya təşəkkürlərini bildiriblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














