TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

Bu günlərdə açıqlanan PİSA-2025 hesabatında Azərbaycanda şagirdlərin Süni İntellektdən (Sİ) istifadəsi ilə bağlı maraqlı rəqəmlər açıqlanıb. Xüsusi diqqət çəkən rəqəmlərdən biri ölkəmizdə şagirdlərin (hesabata düşən) 48%-nin öyrənmə prossesində Sİ-dən istifadə etməsidir. Bu, OECD orta göstəricisindən (46%) yüksəkdir. Süni İntellekdən heç vaxt istifadə etmədiyini bildirən şagirdlərin payı Azərbaycanda cəmi 8%, OECD üzrə isə 14% təşkil edib.




Marqlıdır ki, Azərbaycanda artıq 83.6% bazar payına malik ChatGPT cəmi 3 il əvvəl dünyada meydana çıxsa da, Süni İntellekt modelləri artıq gündəlik həyata, xüsusilə də tədris prossesinə möhkəm şəkildə daxil olublar.

Dünyada aparılan sorğular aydın bir mənzərəni ortaya qoyur:

Beynəlxalq Rəqəmsal Təhsil Şurasının (DEC, Sinqapur) hesabatına görə dünyada bakalavr, magistr və doktorantura tələbələrinin artıq 86%-i kurs işləri üçün süni intellekt vasitələrindən istifadə edirlər - Sİ-dən daha çox ideyalar üzərində düşünmək, konsepsiyaları izah etmək, oxunan materialları ümumiləşdirmək və ya imtahanlara hazırlaşmaq üçün istifadə edirlər.

Eyni zamanda, Ali Təhsil Siyasəti İnstitutunun (HEPİ, Britaniya) bakalavr tələbələri arasında apardığı sorğu göstərib ki, tələbələrin 92%-i tapşırıqların həllində, 58%-i çətin anlayışları aydınlaşdırmaq, 48%-i isə məqalələri ümumiləşdirmək üçün Süni İntellektdən istifadə edirlər.

Bu artıq reallıqdır ki, şagirdlər, tələbələr təhsildə aktiv şəkildə süni intellektdən istifadə edirlər. Bəs bütün bunlar onların öyrənməsinə necə təsir edir? Cavab, tələbələrin süni intellektdən istifadə edib-etməməsindən daha çox, onların bundan necə istifadə etmələrindən asılı olacaqdır…

Bunu aydınlaşdıraq:

Nə zaman Süni intellekt təhsil prossesini poza bilər?

Təhsil vasitələrini özündə birləşdirən beynəlxalq ICAP çərçivəsi öyrənənlərin tədrisdə iştirakını dörd səviyyəyə bölür:

İnteraktiv, Konstruktiv, Aktiv və Passiv.

Daha yüksək səviyyələr (interaktiv və konstruktiv) ən güclü mənimsəməni təmin edir, çünki onlar öyrənənlərdən sual və cavab verməyi, ideyalar yaratmağı, kommunikasiya qurmağı və konsepsiyalarla işləməyi tələb edir. Bunun əksinə olaraq, passiv iştirak (məsələn, sadəcə dərsi dinləmək) daha zəif mənimsəməyə gətirib çıxarır.

Süni intellekt bu 2 yüksək səviyyəli (interaktiv və konstruktiv) prosesləri əvəz etdikdə öyrənməni təhlükə altına qoyur. Əgər öyrənənlər tapşırığın düşünmə tərəfini (izahlar hazırlamaq və ya arqumentlər formalaşdırmaq) Sİ-ə həvalə etsələr, konstruktiv və ya interaktiv iştirakdan daha passiv səviyyəyə keçə bilərlər. Hesab edilir ki, zamanla bu isə sahə biliklərinin inkişafını zəiflədə bilər və öyrənənlərin süni intellekt tərəfindən yaradılan izahatın qərəzli, səthi və ya qeyri-dəqiq olduğunu anlamasını çətinləşdirə bilər.

Bu yaxınlarda Britaniyada aparılan bir maraqlı təcrübə bu riskləri təsdiqləyib. Təxminən 1000 orta məktəbdə riyaziyyat şagirdləri arasında aparılan bir araşdırma göstərib ki, Süni İntellekti söndürəndə, GPT-dən istifadə etməklə əvvəllər yaxşı nəticə göstərən şagirdlər heç vaxt süni intellekt istifadə etməyən şagirdlərdən 17% aşağı bal toplayıblar. Bu, süni intellektdən həddindən artıq asılılığın yadda saxlamağa mane olduğunu göstərir. Daha maraqlısı odur ki, bu mənfi təsirləri Süni İntellekdən doğru istifadə etməklə əsasən aradan qaldırmaq mümkün olub ki, bu da problemin süni intellektdən istifadənin özündə deyil, öyrənməni dəstəkləmək və ya əvəz etmək üçün istifadə olunub-olunmamasında olduğunu göstərir.

Süni intellekt öyrənməni nə vaxt gücləndirə bilər?

Tədqiqatlar göstərir ki, öyrənənlər süni intellektdən konstruktiv şəkildə istifadə etdikdə öyrənmə yaxşılaşa bilər. Süni intellekt istifadə etməyən öyrənənlərlə müqayisədə süni intellektlə işləyənlər həm arqumentasiya, həm də tənqidi düşüncədə əhəmiyyətli irəliləyişlər nümayiş etdirə bilirlər. Belə hallarda, öyrənənlər işlərini süni intellektə təhvil vermirlər. Bunun əvəzinə, onlar Sİ-lə qarşılıqlı əlaqədə olur, onu tənqid edir və ondan öz mühakimələrini daha da təkmilləşdirmək üçün istifadə edirlər. Bu halda Süni intellekt xəyalpərəst kimi deyil, daha çox düşünən tərəfdaş kimi davranır.

Şagirdlər öyrənməni qurban vermədən Süni İntellektdən necə istifadə edə bilərlər?

Əgər süni intellektdən zəif istifadə öyrənmə səviyyəsinin azalmasına gətirib çıxarırsa, şagirdlər düşünmə səylərini qorumaqla Sİ-dən istifadə edə bilərlər. Şagirdlər üçün ən vacib sual : Süni intellekt mənim əvəzimdən mi öyrənir, yoxsa mənim öyrənməyimə kömək edir? - olmalıdır.

Süni İntellektin geniş yayıldığı dövrdə müəllimlər üçün bəzi tövsiyyələr də mövcuddur.

Süni intellektdən öyrənməyə dəstəkləyici formada istifadə etməyi öyrətmək üçün şagirdlərinizi aşağıdakıları etməyə təşviq edin:

1. Şagirdlərə Süni İntellektdən istifadə etməyi qadağa etməyin.

2. İlk cəhdləri onların etməsinə imkan yaradın

Süni intellektlə ünsiyyətdən əvvəl onların verəcəkləri suallara özləri tərəfindən təxmini cavab, plan və ya izahat hazırlamasını təmin edin. Bu, şagirdlərin müqayisə edə, tənqid edə və yenidən işlədə biləcəkləri bir materiala sahib olmalarını təmin edəcəkdir.

3. Süni intellektdən şagirdlərin düşüncələrini dəyişdirmək üçün deyil, onları yeni fikirlər irəli sürməyə təşfiq etmək üçün istifadə edin

Məsələn, şagirdlər Süni İntellektə aşağıdakı sualları verə bilərlər:

- Cavablarımda hansı arqumentlərim çatışmır?
- Cavablarımdakı zəif cəhətləri göstər.
- Mənə alternativ cavablar ver və onları müqayisə etməyimə kömək et… və s..

4. Şagirdlərin etdiklərini açıq şəkildə müzakirə edin

Şagirdlərdən süni intellektlə söhbətlərini göstərməyi, süni intellektin cavablarını öz sözləri ilə ümumiləşdirmələrini və ya nə ilə razılaşdıqlarını və nə ilə razılaşmadıqlarını izah etmələrini istəyin.

5. Rolları dəqiq izah edin

Şagirdlərə öyrədin ki, ideya yaratmaq, məna yaratmaq, sual vermək və mühakimə yürütmək onların işidir, Süni İntellektin işi isə cavablar hazırlamaq, nümunələr, perspektivlər və rəylər təqdim etmək ola bilər.

Beləliklə, Süni intellekt artıq şagirdlərin, tələbələrin akademik həyatının mərkəzi hissəsidir. İnanıram ki, Süni intellektdən istifadəni ICAP çərçivəsinin daha yüksək səviyyələrinə (interaktiv və konstruktiv) uyğunlaşdırmaqla və öyrənənlərin düşünmə prossesinə cəlb olunmalarını təmin etməklə, Süni İntellektin tədris prossesində mühüm tərəfdaşa çevrilməsini təmin edə bilərik. Bu həm də günümüzün tələbidir.

P.S. Hörmətli Elm və Təhsil nazirinin Süni İntellektin tədrisdə istifadəsinin tənzimlənməsinin vacibliyi ilə bağlı fikirlərini dəstəkləyirəm. PİSA 2025 hesabatında rəqəmsallaşma sahəsində göstərilən mühüm irəliləyişlər bu tənzimləməni daha da aktual edir.

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər