Azərbaycan 30 yanvar 1992-ci ildə o zaman Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirə adlandırılan bu təşkilata üzv qəbul olunub. Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu guya vasitəçilik edirdi. Tərəflər arasında atəşkəsin əldə edilməsindən sonra ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk Konfransı həmsədrlərinin təyin edilməsi tapşırıldı. ATƏM-in Minsk konfransı Minsk qrupunun köməyi ilə mövcud atəşkəsin davam etdirilməsi və sülh sazişinin imzalanması üçün müvafiq tədbirlər görülməsi istiqamətində səylərini artırmağı tövsiyə edirdi.

İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinə dair öhdəliklərini təsdiq etdilər. Lakin bu qətnamələri sonda Azərbaycan öz gücü hesabına icra etdi. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanın torpaqlarının işğal olunmasına baxmayaraq, ölkəmiz kənar dövlətlərin diqtə etdiyi şərtlərlə heç vaxt razılaşmayıb.

1996-cı ilin dekabrında Lissabonda keçirilən ATƏT üzvü ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə üç mühüm sənəd qəbul olunmalı idi. Lakin zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddə Ermənistan tərəfin etirazına səbəb oldu. Ermənistan həmin maddəyə veto qoydu. Azərbaycan Prezidenti Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bildirdi. Aparılmış danışıqlar Azərbaycan Prezidentini mövqeyini dəyişməyə vadar edə bilmədi və ölkəmiz konsensus verməmək hüququndan istifadə edərək sammitin bütün sənədlərinə veto qoydu. Bu isə Lissabon sammitinin nəticəsiz başa çatması demək idi. 20-ci maddə Dağlıq Qarabağ münaqişəsinin üç prinsip əsasında həll edilməsinin mümkünlüyünü göstərirdi: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində öz müqəddəratını təyinetmə hüququ əsasında muxtariyyət və özünüidarə statusunun verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması sözügedən prinsiplər ATƏT-in Minsk qrupunun 1996-cı ilin noyabr ayında Helsinkidə keçirilmiş iclasında münaqişənin həlli formulu kimi qəbul olunmuşdu.

Bütün maneələrə və çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev sona qədər öz prinsiplərinə sadiq qaldı və bir çox dövlət başçıları ilə keçirilmiş görüşlərində də mövqeyini kifayət qədər ciddi arqumentlərlə əsaslandırdı.

Ulu Öndər Heydər Əliyev 2002-ci ilin martın 7-də Prezident sarayında ATƏT-in sədri, Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Jaymi Qama başda olmaqla bu təşkilatın nümayəndə heyətini qəbul edərkən demişdi: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT tərəfdən xüsusi yaradılmış Minsk qrupunun bu yaxınlarda 10 ili tamam olacaqdır. Bu müddətdə, Minsk qrupu, Minsk qrupunun həmsədrləri münaqişənin həll olunmasında səylər qoyublar, ancaq təəssüf ki, məsələnin həllinə nail olunmayıb. Biz ATƏT-i və xüsusən onun Minsk qrupunun həmsədrlərini son illər çox tənqid edirik və buna əsas da var. Çünki Azərbaycan xalqı ölkəmiz üçün bu ağır problemin həllində ATƏT-ə, onun Minsk qrupuna və xüsusən də həmsədrlərə böyük ümidlər bəsləyir. Biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu işdə müsbət rol oynaya bilərlər. Cənab sədr, mən xahiş edirəm ki, ATƏT-in sədri kimi siz bütün imkanlarınızdan istifadə edəsiniz ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə nail ola bilək”.

İllərlə davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan həmişə müstəqil xarici siyasət yürütməyə çalışıb və bu yolda xarici təzyiqlərə, hətta ağır itkilərə məruz qalıb. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarətdir ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni, ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir.

2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu, eyni zamanda onu göstərdi ki, Azərbaycan kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalanmağı üstün tutur.

Azərbaycan işğal faktını hərbi-siyasi yolla aradan qaldırmaqla, əslində Minsk Qrupunun təklif olunan formatda fəaliyyətinə ehtiyacın qalmadığını göstərdi. Çünki münaqişə faktiki olaraq çoxdan bitib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Revanşist ermənilərin bu kimi platformalardan “təzyiq vasitəsi” kimi istifadə etməsi, sülh niyyətlərinə şübhə yaradırdı. Sülh təkcə diplomatik bəyanatlarda yox, həm də əməldə öz əksini tapmalı idi. Ermənistan yaxşı anlayır ki, onun gələcək inkişafı qonşuları ilə münasibətlərinin normallaşmasından asılıdır. Təkcə coğrafi deyil, həm də iqtisadi gerçəkliklər göstərir ki, Ermənistan ticarət əlaqələrini genişləndirmək və regional layihələrə qoşulmaq üçün sülh sazişi imzalamağa məcburdur. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.

8 avqust tarixində tarixi Vaşinqton görüşündə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqləndi. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Minsk qrupunun ləğvi Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir, növbəti xarici siyasət uğurumuzdur. Dövlət başçımızın prinsipial və qətiyyətli mövqeyi Minsk qrupunun da fəaliyyətinə birdəfəlik son qoydu.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Son xəbərlər

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

WUF: ŞƏHƏR İQTİSADİYYATI-Deputatdan MARAQLI TƏHLİL

Dilqəm Quliyev:"Şəhərsalmada İdman Akademiyasının fəaliyyəti”

"Laçının azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsidir”

Dilqəm Quliyev: Azərbaycanda Şəhərsalmanın Tarixi

Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib

Sumqayıt Dövlət Universitetində millət vəkili Tahir Mirkişili ilə tələbələrin görüşü keçirilib

Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

Avropa üçün seçim anı: Ya tərəfdaşlıq, ya dərinləşən böhran

“Neftdən günəşə: dünya iqtisadiyyatında yeni enerji erası başlayır”

Dllərin ən gözəli - Ana dilim

Yeni dünyada dövlətin iqtisadiyyatda rolu: bazardan tərəfdaşlığa keçid

Azərbaycan - Qazaxıstan idman əlaqələri

Professor Dilqəm Quliyev: Qərbi Azərbaycan idmançıları Olimpiya oyunlarında

Səxavət Tağlar Nərgiz Hüseynovanı TƏBRİK EDİB

İSRAİL və AVROPAYA QAZ İXRACI: resurs, marşrut və rəqabət

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

AVROPA BİRLİYİNDƏ İQTİSADİ SAHƏDƏ NƏ BAŞ VERİR?

Rizvan Nəbiyev: 31 Mart soyqırımı azərbaycanlılara qarşı törədilmiş misilsiz zorakılıqdır

Bütün xəbərlər