Pakistanda 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi, bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutunun təşkilatçılığı ilə Pakistan Milli Kitabxanasında “Azərbaycan-Pakistan qardaşlığı: Hüzn və Qara Yanvar şəhidlərinin anım günü” mövzusunda dəyirmi masa təşkil olunub.

Millixəbər.az xəbər verir ki, səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomatların, beyin mərkəzlərinin və universitetlərin rəhbər şəxslərinin, alimlərin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Səfir Xəzər Fərhadov bildirib ki, Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə keçmiş SSRİ tərəfindən 36 il əvvəl dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Müasir tariximizin dərin kədər, eyni zamanda, böyük qürur tarixi olan 20 Yanvar hadisələrinin tarixindən danışan diplomat diqqətə çatdırıb ki, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədilib. Nəticədə 150 mülki şəxs qətlə yetirilib, 744 nəfər ağır yaralanıb, 4 nəfər itkin düşüb.

X.Fərhadov dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin amansız qətliamın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığını söyləyib. Xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi də Ümummilli Liderin hakimiyyətə qayıtmasından sonra təmin edilib.

Səfir X.Fərhadov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri nəticəsində işğala son qoymasından, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsindən də söz açıb.

İki qardaş ölkə arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, həmçinin qeyd edib ki, Pakistanın bütün dövrlərdə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə nümayiş etdirdiyi prinsipial mövqe, ölkəmizə göstərilən birmənalı siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərimizin əsl təzahürüdür.

Digər məruzəçilər 20 Yanvar hadisələrinin Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb etdiyini, qadın və uşaqlar da daxil olmaqla günahsız insanların qətlə yetirildiyi qətliamın Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, müstəqillik yolunda şanlı tarixin yazılmasına səbəb olduğunu bildiriblər.


Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər