Azərbaycanda həkimlərin sayı azalıb: Ən çox bu mütəxəssislər çatışmır


Azərbaycanda həkimlərin ümumi sayı 2026-cı ilin əvvəlinə 34 776 nəfər təşkil edib. Bu, 2025-ci ilin əvvəli ilə müqayisədə 1/3% azdır. Həmin dövrdə ölkədə 35 233 həkim fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ən kəskin azalma psixiatr və pediatrların sayında qeydə alınıb. Belə ki, psixiatrların sayı 12% azalaraq 400-dən 352-yə, pediatrların sayı isə 10/8% azalaraq 3 670-dən 3 274-ə düşüb.

Terapevtlərin sayı 6/9% azalaraq 8 910-dan 8 294-ə, cərrahların sayı 4/8% azalaraq 3 722-dən 3 543-ə enib. Nevropatoloqların sayı 3.5% azalaraq 1 002-dən 967-yə, ginekoloqların sayı isə 2.4% azalaraq 1 968-dən 1 920-yə düşüb.

Müqayisə olunan ixtisaslar arasında yalnız oftalmoloqların sayında artım qeydə alınıb. Onların sayı bir il ərzində 3.4% artaraq 968-dən 1 001-ə çatıb.

Bəs bəzi sahələr üzrə həkimlərin sayı niyə azalır?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, statistikaya əsasən, Azərbaycanda həkimlərin sayı 1991-2021-ci illər arasında 14% azalıb.



Azərbaycanda həkimlərin sayı azalıb: Ən çox bu mütəxəssislər çatışmır - FOTO

Onun sözlərinə görə, 2021-2025-ci illərdə isə bu göstərici 8.8% artıb:

"Əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 2021-ci ildə 31.7-dən 2025-ci ildə 34.5-ə yüksəlib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta göstəricisi hər 10 000 nəfərə 39 həkimdir. Azərbaycanın göstəriciləri təxminən ideal hesab olunan bu göstərici ilə üst-üstə düşür.

Lakin bəzi ixtisaslar üzrə çatışmazlıq aydın hiss olunur. Son 5 ildə terapevt, cərrah, ginekoloq və pediatrların sayı artıb. Əksinə, narkoloq, psixiatr və vərəm üzrə mütəxəssislərin çatışmazlığı aydın hiss olunur.

Azalmanın təbii səbəbləri bu ixtisaslar üzrə həkimlərin işlədiyi çətin kontingent, risklər, iş yükü və maaş kimi amillərdir.

Bu sahələrdə çalışmaq gənc tibb kadrlarına cəlbedici görünmür. Həkimlərin sayının azalması qlobal tendensiyadır. Həkim peşəsinin sosial nüfuzunun yüksək olmasına baxmayaraq, bu peşənin uzun hazırlıq müddəti, yüksək məsuliyyəti, iş yükü və dəyişən iş-həyat balansı gözləntiləri onun bəzi gənclər üçün əvvəlki qədər cəlbedici olmamasına gətirib çıxarıb.

Bu tendensiya Avropada da aydın hiss olunur. Avropa Komissiyasının səhiyyə işçi qüvvəsinə dair materiallarında həkimlərin iş şəraiti, kadr çatışmazlığı və işçi qüvvəsinin yükü mühüm məsələlər kimi göstərilir.

Almaniyada fəaliyyət göstərən həkimlərin 23.4%-i 60 yaşdan yuxarıdır. Ölkədə həkim çatışmazlığını xaricdən gələn həkimlər kompensasiya edir. Burada ümumilikdə xarici vətəndaşlığı olan həkimlərin sayı 71 480-ə çatıb.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər