Soltan Məmmədov: Dağ-mədən sənayesinin inkişafı regionların iqtisadi fəallığını artıracaq


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin sənaye siyasətində mühüm istiqamətlərdən birinə diqqəti yenidən ön plana çıxarıb. Dağ-mədən və metallurgiya sahəsinin inkişafına dair yeni yanaşmalar Azərbaycanın zəngin təbii resurslarından daha səmərəli istifadə, sənaye istehsalının genişləndirilməsi və iqtisadi potensialın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan hədəflər növbəti illərdə bu sahənin inkişaf perspektivlərini müəyyənləşdirməklə yanaşı, ölkənin sənaye imkanlarının daha da gücləndirilməsi üçün yeni mərhələnin əsasını formalaşdırır.

Millixeber.az xəbər verir ki.ə, Milli Məclisin deputatı Soltan Məmmədov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi və yeni Dövlət Proqramının təqdim olunması ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye potensialının gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılan növbəti mühüm addımdır".

Deputat bildirib ki, Dövlət Başçısının müşavirədə irəli sürdüyü yanaşmalar bir daha göstərdi ki, Azərbaycanın iqtisadi inkişaf siyasətində əsas məqsədlərindən biri milli resurslardan daha səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələrinin inkişafını təmin etməkdir: “Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Yeni Dövlət Proqramı yalnız hasilatın artırılmasını deyil, hasil olunan xammalın zənginləşdirilməsini, emalını və hazır məhsula çevrilməsini əhatə edən bütöv istehsal zəncirinin formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma Azərbaycanın təbii ehtiyatlarının dövriyyəyə daha geniş cəlb edilməsinə, sənayedə əlavə dəyərin yüksəldilməsinə və ölkənin ixrac imkanlarının artmasına töhfə verəcək. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına mühüm təkan verəcək. Yeni istehsal müəssisələrinin yaradılması, logistika və xidmət sahələrinin genişlənməsi, yerli podratçı və təchizatçı şirkətlər üçün imkanların artması, ixtisaslı kadrlara tələbatın yüksəlməsi regionlarda iqtisadi fəallığın və məşğulluğun artmasına şərait yaradacaq.”

S. Məmmədov bildirib ki, mühüm məqamlardan biri də ondan ibarətdir ki, yeni sənaye imkanlarının formalaşdırılması işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı ilə də sıx şəkildə əlaqəlidir: “Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi, mövcud yataqların potensialının qiymətləndirilməsi və onların iqtisadi dövriyyəyə cəlb edilməsi həmin ərazilərin dayanıqlı inkişafı baxımından yeni imkanlar açacaq. Dövlət Proqramının digər mühüm xüsusiyyəti onun yalnız 2030-cu ilə qədər olan dövr üçün deyil, sonrakı mərhələlər üçün də sənaye inkişafının perspektivlərini müəyyənləşdirməsidir".

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər