Azərbaycanda vətəndaş müraciətlərinə baxılması sahəsində mümkün islahatlar müzakirə edilib


“Konstitusiya” Araşdırmalar Fondunun təşəbbüsü illə “Vətəndaş müraciətlərinə baxılması: Azərbaycan təcrübəsinin inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda konfrans keçirilib


21 sentyabr 2026-cı il tarixdə “İBİS” Mehmanxanasının konfrans zalında “Konstitusiya” Araşdırmalar Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində yekun Tədqiqat Hesabatının təqdimatına həsr olunmuş konfrans keçirilib.
Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, publik hüquqi şəxslərin məsul şəxsləri, QHT və media nümayəndələri iştirak ediblər. Tədbirə Azərbaycan Respublikası Milli Məclisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”), Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Aparatı, Dövlət İmtahan Mərkəzi, Dövlət Gömrük Komitəsi, Dövlət Məşğulluq Agentliyi, TƏBİB, həmçinin Nərimanov, Binəqədi, Yasamal və Sabunçu Rayon İcra Hakimiyyətlərinin nümayəndələri qatılıblar.

Konfransı giriş sözü ilə açan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, layihənin rəhbəri Əliməmməd Nuriyev dövlət idarəçiliyinin səmərəliliyi və ictimai etimadın gücləndirilməsində vətəndaş müraciətlərinə baxılması mexanizmlərinin mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Qanun vətəndaşların hüquqlarının reallaşdırılmasında təməl rol oynayır, rəqəmsallaşma və süni intellektin inkişafı isə bu sahədə yeni çağırışlar ortaya qoyur.
Rəqəmsallaşmanın, kommunikasiya texnologiyalarının və süni intellekt alətlərinin sürətli inkişafı fonunda bu mexanizmlərin müasir çağırışlara uyğunlaşdırılmasının zəruriliyini qeyd edən Ə. Nuriyev layihənin əsas məqsədinin vətəndaşların müraciət hüququnun daha səmərəli reallaşdırılmasına və institusional sistemin beynəlxalq standartlara uyğunlaşdırılmasına dəstək vermək olduğunu bildirib.
O qeyd edib ki, tədqiqat prosesində həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri üzrə hərtərəfli və obyektiv metodologiyadan istifadə olunmuşdur. Metodologiya mövcud praktikanın, beynəlxalq təcrübənin təhlilini, rəqəmsal infrastrukturun monitorinqini, birbaşa dövlət qurumlarına ünvanlanmış sorğuları və fokus qrup müzakirələrini əhatə etmişdir. Seçilmiş 49 dövlət qurumuna (mərkəzi və yerli icra hakimiyyəti orqanları, regional bölmələr, publik hüquqi şəxslər) 19 spesifik sualdan ibarət vahid sorğu anketi göndərilmişdir. Təhlilə rəsmi cavab təqdim etmiş qurumların məlumatları əsasında 2025-ci ildə ümumilikdə 1,289,912 vətəndaş müraciəti qeydə alınmışdır. Eyni zamanda, dövlət qurumlarının praktiki fəaliyyətini və daxili çətinliklərini öyrənmək məqsədilə genişmiqyaslı keyfiyyət tədqiqatları həyata keçirilmişdir. 18 fərqli dövlət təsisatını təmsil edən 33 məsul əməkdaş prosesə cəlb edilmiş, 3 fokus qrup müzakirəsi və sahəvi spesifikası yüksək olan qurumların vəzifəli şəxsləri ilə 10 dərinləşdirilmiş müsahibə təşkil edilmişdir.
Ə.Nuriyev bu mühüm tədqiqatın və layihənin həyata keçirilməsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.

Tədbirdə layihənin eksperti Zaur İbrahimli “Vətəndaş müraciətlərinə baxılması vəziyyətinin monitorinqi: Nəticələr və tövsiyələr” tədqiqat hesabatının əsas tapıntılarını təqdim edib. Bildirilib ki, hesabat ilində tədqiqata cəlb edilmiş qurumlar üzrə ümumilikdə 1,289,912 müraciət qeydə alınmışdır. Tədqiqat zamanı qanunvericilik bazası, institusional idarəetmə və beynəlxalq təcrübə (Türkiyənin CİMER, Qazaxıstanın e-Otinish, Gürcüstan və Litva modelləri) dərindən müqayisəli şəkildə təhlil olunub.
Tədqiqat hesabatının əsas tapıntılarını təqdim edən ekspert Zaur İbrahimli qeyd edib ki, aşkar edilmiş çatışmazlıqların və idarəetmədə yaranan əlavə bürokratik yükün aradan qaldırılması məqsədilə müraciətlərin ilkin mərhələdə süni intellekt və semantik analiz əsasında düzgün istiqamətləndirilməsini təmin edən vahid rəqəmsal hovuz sisteminin qurulması, regionlardakı yerli icra hakimiyyətlərində iş yükünə uyğun olaraq ştat vahidlərinin tənzimlənməsi, həmçinin gündəlik həyatda kütləvi istifadə olunan rəqəmsal tətbiqlərin (məsələn, WhatsApp) qanunvericilikdə rəsmi kargüzarlıq aləti kimi təsbit edilməsi, həssas əhali qrupları üçün fərqli qəbul saatlarının müəyyənləşdirilməsi, təkrar müraciətlərlə əlaqədar çətinliklər, məsuliyyətsizliyə qarşı inzibati tənbehlərin gücləndirilməsi və illik hesabatların açıqlanmasının icbari edilməsi kimi islahat təklifləri irəli sürülmüşdür.

Konfransda, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin qeydiyyatı və arxivləşdirilməsi sektorunun müdiri Təbriz Abdulmənəfov çıxış edərək qurumda vətəndaş müraciətlərinin idarə olunmasında süni intellekt və rəqəmsal innovasiyaların tətbiqi, elektron xidmətlər və avtomatlaşdırılmış dərkənar mexanizmləri barədə təqdimatla çıxış edib.

Tədqiqat hesabatında qeyd edilən təkliflərə və mövcud çətinliklərə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, vətəndaş müraciətlərinin sayının ildən-ilə artması məsələyə fərqli yanaşma sərgilənməsini zəruri edir. Onun sözlərinə görə, daha geniş miqyasda islahatlar aparılmalı, səlahiyyətlər bölgüsünə yenidən nəzər salınmalı, idarəetmə islahatları davam etdirilməlidir. Preventiv yanaşma əsas götürülməli və müraciətlərin təhlili əsasında qabaqlayıcı addımlar atılmalı, zəruri olan istiqamətlər üzrə islahatlar aparılmalıdır.

Təqdimatlardan sonra dövlət qurumları və QHT nümayəndələri arasında açıq müzakirələr aparılıb, qanunvericilik bazasının optimallaşdırılması, müraciət portallarının inteqrasiyası və təkrar müraciətlərin tənzimlənməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib. Yekunda Əliməmməd Nuriyev səsləndirilən təkliflərin aidiyyəti dövlət qurumlara təqdim olunacağı bildirilib.
O, qeyd edib ki, Tədqiqat hesabatının ilkin variantı “Konstitusiya” Araşdırmalar Fondun saytında yerləşdirilib və maraq göstərən şəxslər öz təklif və qeydlərini yaza bilərlər.



Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər