Avropa İttifaqı Ermənistana göndərəcəyi yeni missiyasının mandatını təsdiqləyib. Bu dəfə heyət çox da mülki səciyyəli deyil, əsasən hərbi xarakterlidir.

Bu, o deməkdir ki, Avropanın hərbi missiyası gəlib Zəngəzura, İranla sərhədə yerləşəcək. Bunun dövlət olaraq bizə o qədər də isti-soyuğu yoxdur, çünki avropalı hərbi missionerlər Zəngəzur bölgəsində Ermənistan-Azərbaycan sərhədində monitorinq aparacaq, hərbi vəziyyətə nəzarət edəcək və biz öz işimizi bilirik, buna hazırıq.

Bu missiya daha çox bölgənin jandarmı rolunu oynayan, Ermənistanda özünə cənub bastionu quraraq hərbi baza saxlayan Rusiyanı, bir də düşmən saydığı ölkələrinin hərbi-kəşfiyyat birliklərinin onun sərhədlərinə yaxınlaşmasına patoloji xofla yanaşan İranı narahat etməlidir.
Avropanın Ermənistana göndərdiyi yeni missiyaya Rusiyanın qıcıqla yanaşması az-çox müşahidə edilsə də, İrandan səs çıxmır. Prinsipcə, bu saat rəsmi Tehran bəyanatı bəyanata calamalıydı, Ermənistanla sərhəddə hərbi təlim keçirməliydi, rəsmi İrəvanı bölgəyə İrana düşmən dövlətlərin kəşfiyyat qruplarını gətirməkdə suçlamalıydı və son olaraq onu bu addımdan çəkindirmək üçün hərbi müdaxilə barədə eyham etməliydi.

Böyük aldanış – İranın düşmənlərinin müttəfiqi olan Ermənistan Avropaya qucaq açdı


İran belə addımlar atdımı? Atmadı. Atacaqmı? Çətin. Tehran fakt qarşısında qalmış, dilindən bəlaya, tələyə düşmüş kimi görünür. Çünki bu dövlətin Ermənistanla qardaşlıq büsatı qurmasının, əhd-peyman bağlamasının həftəsi tamam olmayıb. O isti mehrləşmənin ardından birdən-birə münasibətlərin soyuması çox pis görünərdi.

Bəs İran Ermənistanın Avropa ilə daha doğma qardaşlar olduğunu əvvəldən bilmirdimi? Belə görünür ki, Tehranda bu qədərini bilmirmişlər.

Ancaq bu, çoxdan bəllidir ki, özünü xristian dünyasının əzabkeş və ərköyün vələdi kimi aparan ermənilər öz gələcəklərini bölgədəki heç bir dövlətə - nə Türkiyəyə, nə Rusiyaya, nə də İrana bağlamaq fikrində deyillər. Onlar hələ azı 4 il öncədən könüllərini Avropaya veriblər və var qüvvələri ilə özlərini “qoca qitə”yə calamaq istəyirlər. “Erməni mədəniyyəti Avropa mədəniyyətinin tərkib hissəsidr” kimi fikirlər boş yerdən çıxmayıb.



Belə anlaşılır ki, rəsmi İrəvanın İranla yaxınlaşması lap əvvəldən Qərb ölkələrinin planına daxil olub. Əgər onlar Ermənistanın qarşısında “İrandan uzaq olmaq” öhdəliyi qoysaydılar, Paşinyan və komandası İranla bu qədər yaxınlaşmazdı.

Ancaq dövşanı arabayla tutan avropalılar indi bir gülləylə iki dovşan vurdular, həm şiə məzhəbinə etiqad edən İranla eyni dini-məzhəbi bölüşən Azərbaycanın münasibətlərini son dərəcə korladılar, Azərbaycanı İranın dəstəyindən məhrum etdilər (prinsipcə, İran işğaldan azad edilmiş Qarabağın bərpasında aktiv iştirak edən iki dövlətdən biri olmalıydı), həm İranı regionda bir az da təklədilər (bu prosesdə Tehran Azərbaycanla yanaşı Türkiyənin də “dislayk”ını qazandı), həm də özləri ermənilərin əliylə İranın qulağının dibinə gəldilər. Avropanın İranla sərhədə göndərəcəyi yarımhərbi missiyanın işinin təkcə Azərbaycanla məhuhlaşacağını düşünmək sadəlövhlük olarıd.

Məsələnin kökü budur: ABŞ-ın liderliyi ilə İrana düşmən kəsilmiş Avropa ölkələrinin 44 ildir sürdürdüyü bu düşmənçilik heç zaman arxa plana keçirilməyib. ABŞ və Avropa bu ölkədəki bizneslərinin, investisiyalarının milliləşdirilməsini, İran dövlətinin sərəncamına keçməsini, bu ölkədən qovulmalarını heç cür bağışlaya bilmirlər. 1979-cu ilə qədər İran Avropa və ABŞ üçün qızıl yumurtlayan toyuq, bal süzülən pətək, yağ-qaymaq verən kombinat idi. İslam inqilabı buna son qoydu, onlar da İrana barmaq tuşlayıb düşmən elan etdilər.

Bundan başqa, İranın nüvə silahı əldə etməyə can atması, bu yolla müsəlman dünyasının liderinə çevrilmək, yaxın ölkələrə islam inqilabı ixrac edərək, yeni-yeni şiə dövlətləri yaratmaq istəməsi planları da həm ABŞ-ı, həm də Avropanın aparıcı ölkələrini əndişələndirir. Ona görə də onlar hansı yolla olursa-olsun, bu dövləti zəiflətmək, cilovda saxlamaq istəyirlər. Müşahidələr göstərir ki, ABŞ-ın və Avropanın İranla bağlı əsas məqsədi onu parçalamaq, ərazisində bir neçə müstəqil dövlət yaratmaq deyil, onlar İranı 1979-cu ildən əvvəlki kimi görmək istəyirlər – dünyəvi, sözəbaxan, Avropanın iradəsi ilə hesablaşan, sərvətini onlarla bölüşən, eyni zamanda monolit və təhlükəsiz (nüvə silahı olmayan).



ABŞ və Avropanın İrana münasibətindən danışarkən bir detalı da xatırlamaq lazım gəlir. 10-15 il öncə istər ABŞ Dövlət Departamentinin və Pentaqonun, istərsə də Avropanın hərbi-siyasi dairələrinin missionerləri az qala hər həftə Bakıya gəlir, Azərbaycanda İrana qarşı iş görmək üçün dayaq, zəmin əldə etməyə çalışır, ölkəmizdən plasdarm kimi istifadə etmək üçün dövlət rəhbərlərini dilə tuturdular. Ancaq onların bütün səfərləri, tovlamaları nəticəsiz qaldı, Azərbaycan anti-İran avantürasına qoşulmadı. Buna cavab olaraq Qərb dairələri Azərbaycana qarşı kompromat müharibəsinə başladılar, amma o da gözlənilən effekti vermədi.

Görünür, belə incə detalları İranda bilmirdilər və çox vaxt olduğu kimi Ermənistanla münasibət məsələsində də emosional siyasətə üstünlük verdilər, dolğun və hərtərəfli informasiyalarla işləmədilər. Nəticə ortadadır. İrana düşmən olan Avropa dövlətlərinin bölgədəki 1 nömrəli müttəfiqi sayılan Ermənistan Tehranın ocağının başındadır və öz sərhədləri daxilində avropalılara müşahidə məntəqələri qurmaq rüsxəti verib.

İndi görək, Azərbaycanın ərazisində, Zəngilan rayonunda yaradılması nəzərdə tutulan camış fermasını “sionistlərin oylağı” kimi qələmə verib hay-küy salan mollalar Qafanda, Mehridə dolaşan avropalıları necə qarşılayacaq? Gözləyək.

musavat.com

Son xəbərlər

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Bütün xəbərlər