Torpaqlarımız işğal altında olan zaman dünya erməniləri və ölkəmizə qarşı düşmən mövqe tutan dövlətlərin nəzarətində olan KİV-lər daim Azərbaycan əleyhinə qərəzli, böhtan xarakterli informasiyalar tirajlayırdılar. Bu "təbliğat maşınları" Azərbaycana qarşı informasiya savaşı aparırdılar. Bütün bu qərəzli fikirləri Prezident cənab İlham Əliyev yerli və xarici telekanallara verdiyi müsahibələrində alt-üst edirdi. Xüsusilə, Vətən müharibəsi dövründə ölkə başçımız demək olar ki, hər gün dünyanın nəhəng televiziya kanallarına müsahibələr verirdi və Azərbaycanın üzləşdiyi haqsızlıqlar barədə, eləcə də bizim ədaləti, haqqı müdafiə etmək üçün mübarizə apardığımızı vurğulayırdı. Bəzən Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən televiziya kanalları da Bakıya gəlib İlham Əliyevdən müsahibə alırdılar və təxribatçı, dünya ictimaiyyətini yanlış istiqamətə yönəltməyə çalışan suallar ünvanlayırdılar. Prezidentimizin qətiyyətli cavabları Azərbaycan dövlətinin haqlı olduğunu isbat etməklə yanaşı onların öz ölkələrində baş verən qanunsuzluqlar və eybəcərliklər barədə faktlar göstərərək təxribatçı jurnalistləri mat vəziyyətinə salırdı. Artıq dünya ictimaiyyəti Prezident cənab İlham Əliyevin informasiya sahəsində də böyük lider olduğunun şahidi olurdu.

Bu gün də ölkə daxilindəki radikallar, xarici düşmənlər Azərbaycan dövlətinin həyata keçirdiyi sülhyaratma siyasətinə başqa don geyindirməyə çalışırlar. Ölkə başçımızın Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsində regionla bağlı, eləcə də dünyada baş verən geosiyasi proseslər barədə kifayət qədər mühüm siyasi mesajlar səsləndirdi. Cənab İlham Əliyevin söylədiyi bütün fikirlərin konkret məqsəd və təyinatı var, baş verən bütün hadisələrə zamanında münasibət bildirir, eləcə də verdiyi mesajların səbəbi və təyinatı aydın olur. "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsində də ölkə başçımızın söylədiyi fikirlər barədə televiziya kanallarında siyasi şərhçilər, analitiklər şərhlər verir, fikir söyləyirlər. Buna baxmayaraq nəzarətsiz sosial şəbəkələrdə radikallar verilən mesajları təhrif edir, ictimaiyyətin fikirlərini yanlış istiqamətə yönəltməyə çalışırlar. Əli Kərimli və xaricdəki "siyasi mühacirlər" öz adətlərinə uyğun yenə siyasi avantüra və manipulyasiyadan əl çəkmirlər. Özlərini "güclü siyasətçi", "ağıllı siyasi analitiklər" adlandıran bu siyasət düşüklərinin amalı xaricdəki ağalarının itaətində durmaq, vətənə, dövlətə qarşı düşmənçilik etməkdir. Özlərini "vətənpərvər" adlandıran bu məxluqlar xalqın emosional duyğularından istifadə etmək niyyəti güdürlər. Onlar xalqımızı qisas əhval ruhiyyəsinə kökləməyə çalışırlar. Əslində onları nə xalq, nə də dövlət maraqlandırmır. Məqsədləri ölkəmizdə qarşıdurma yaratmaq, həmrəyliyimizi pozmaqdır. Xainlərin bu əməllərinin, təxribatlarının uğursuz nəticələnməsinin dəfələrlə şahidi olmuşuq.

Prezidentimiz bütün çıxışlarında olduğu kimi bu dəfəki müsahibəsində də Azərbaycan dövlətinin hər zaman sülhün tərəfdarı olduğunu, bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğuladı. Müsahibəsində qisas almaq fikirlərini söyləyən avantüristlərə də ölkə başçımız öz mesajını çatdırdı. Azərbaycan dövləti xalqımıza qarşı törədilmiş bütün cinayətlərin cavabını döyüş meydanında verdi. Qətlə yetirilmiş bütün insanlarımızın, şəhid olmuş hərbiçilərimizin qanı yerdə qalmadı. Əminəm ki, xaricdəki düşmənlər də ölkə başçımızın mesajlarından özlərinə dərs götürəcəklər. Avropada və digər bölgələrdə milli zəmində baş verən hadisələr göstərdi ki, bu dövlətlərin özlərində.böyük narazılıqlar hökm sürür. Azərbaycan isə hər zaman olduğu kimi bu gün də toleranlığa və multikulturalizmə verdiyi dəyərlər ilə bütün dünyaya örnəkdir.


Kamilə Əliyeva,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər