Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı heç bir hüquqa və insanlığa sığmayan cinayət hərəkəti rus şovinizm siyasətinin tərkib hissəsidir.

Millixəbər.az bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Bakı ilə Moskva arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin qurulması ilə bağlı sənədlər imzalanmasına baxmayaraq, Rusiya tərəfi son bir ildə bu sənədlərin tam əksinə olaraq ikitərəfli əlaqələrin pozulması istiqamətində Azərbaycana qarşı davamlı olaraq çox ciddi təxribatçı addımlar atmaqdadır: “1997-ci ildən indiyədək Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 4 sənəd imzalanıb. Sonuncu dəfə 22 fevral 2022-ci ildə Moskvada Rusiya və Azərbaycan prezidentlərinin imzaladıqları 43 bənddən ibarət “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Həmin sənədlərdə bir çox məsələ, o cümlədən iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə sadiqlikləri, siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyi öz əksini tapırdı. Bununla yanaşı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli fəaliyyətin inkişaf etdirilməsi də prioritet vəzifə kimi qarşıya qoyulub. Lakin Rusiya tərəfi Yekatrenburqda azərbaycanlılara qarşı heş bir hüquqa və insanlığa sığmayan hərətkərləri ilə 2022-ci ildə imzalanan sənədin bütün müddəalarının üstündən xətt şəkmiş oldu. Bununla da Rusiya nəinki beynəlxalq hüququ, eyni zamanda ölkə qanunverciliyini lazım gəldiyi anda ayaqlar altına atmasını beynəxalq birliyə nümayiş etdirdi. Bu Rusiyanın yürütdüyü siyasətin mahiyyətini beynəlxalq aləmə nümayiş etdirdi. FTX əməkdaşlarının azərbaycanlılara və miqrantlara qarşı bu cür vəhşiliyi Rusiyanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurmuş oldu”, - o qeyd edib.

Deputat əlavə edib ki, Rusiyanın Azərbaycana qarşı təxribatlarının arxasında dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq, islamofobiya dayanır: “Əsas məqam isə Azərbaycanın dünya birliyində sürətlə yüksələn reytinqidir. Görünür, bu gün Rusiyanın bir sıra şovinist və ermənipərəst rəsmləri bunu qəbul edə bilmirlər. Ona görə də davamlı olaraq Azərbaycana qarşı Rusiyanın dövlət mətbuat orqanlarında son dövrlər aparılan intensiv təbliğat, bu ölkənin etnik və dini ayrı-seçkilik xarakterli bir sıra addımları, həmçinin ötən ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya hava məkanında vurulmasına görə lazımi tədbirlərin görülməməsi, Milli Məclisin deputatının qanunsuz olaraq hava limanında saxlanılaraq geri qaytarılması, ölkəmizə qarşı qərəzli hibrid informasiya hücumlarının təşkil edilməsi və digər bütün bu hərəkətlər dövlət siyasətinin tərkib hissəsi olması qənaətini yaradır. Çünki hadisədən bir neçə gün keçməsinə baxmayaraq hələ də dövlət rəhbərliyi səviyyəsində bu dəhşətli cinayət hadisəsinə ciddi reaksiya verilməyib.

Bu səbəbdən də Rusiya tərəfindən yol verilən və ikitərəfli münasibətlərə, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə zidd olan bu addımları sərt şəkildə qınayır və Yekaterinburq şəhərində törədilmiş qətl və zorakılıq əməllərində iştirak etmiş bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik”, - deputat vurğulayıb.

Deputat onu da qeyd edib ki, bu cür təzyiq metodları ilə Azərbaycanı tutduğu yoldan döndərmək mümkün deyil: “Əksinə, Rusiyanın üzləşdiyi mövcud qlobal geosiyasi proseslər, sanksiyalar, təzyiqlər fonunda Azərbaycana qarşı təxribatçı cəhdlərindən nəticə etibarilə itirən tərəf özü olacaq. Miqrantlara qarşı ümumbəşəri dəyərlərdən uzaq münasibət bəsləməsi, Rusiyanın beynəlxalq aləmdəki yaxşı olmayan imicinə daha öldürücü zərbə vurmuş olacaq. Bu Rusiyanın beynəxalq aləmdəki təcridinin daha da dərinləşməsinə yol açır. Rusiya bu şovinist siyasətindən əl çəkməzsə, o zaman daxildən ciddi problemlərlə üzləşə bilər”.

Son xəbərlər

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Bütün xəbərlər