ATƏT-in Minsk Qrupunun ləğvi: Labüd bir nəticə


Qarabağ münaqişəsi təəssüflər olsun ki, Azərbaycan üçün uzun illər boyunca həm siyasi, həm də humanitar böhran yaratdı. Məlum olduğu kimi, bu konfliktin həlli üçün beynəlxalq səviyyədə vasitəçilik edən qurumlardan biri olaraq ATƏT-in Minsk qrupu yaradıldı. Lakin təcrübə göstərdi ki, Minsk Qrupu faktiki olaraq konfliktin həllinə real töhfə verməyib, Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə ciddi şəkildə səmərəsiz qalıb. Bu səbəbdən qrupun bu günlərdə ləğvi Azərbaycan üçün labüd və zəruri nəticə hesab oluna bilər.

Millixəbər.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.

Deputat bildirib ki, 1992-ci ildə ATƏT tərəfindən yaradılan və ABŞ, Rusiya və Fransa kimi üç əsas üzvdən ibarət olan bu qrupun məqsədi Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, danışıqlar platforması yaratmaq və regionda sabitliyi təmin etmək idi. Lakin uzun illər boyu Minsk Qrupu, öz missiyasında daha çox səmərəsizliyi ilə diqqət çəkdi. Belə ki, görüşlər, bəyanatlar və münaqişənin həllinə dair planlar çox vaxt formal xarakter daşıyır, praktik nəticələr vermirdi. Minsk Qrupu illərlə fəaliyyət göstərsə də, Azərbaycanın haqlı mövqeyi heç vaxt qrup üçün prioriteti olmadı. Bir çox hallarda bəyanatlar və təkliflər Ermənistan tərəfini daha çox qorudu, Azərbaycan tərəfinin haqlı tələbləri nəzərə alınmadı.

Onun sözlərinə görə, qrupun fəaliyyəti illərlə davam edən danışıqlar, bəyanatlar və “sülh təşəbbüsləri” ilə xarakterizə olunurdu. Lakin bu təşəbbüslər konfliktin həllinə real təsir göstərmir, davamlı sülhün təmin edilməsində praktik nəticə vermirdi. Minsk Qrupunun üzv ölkələri – ABŞ, Rusiya və Fransa – öz regional və beynəlxalq maraqlarını Azərbaycanın və Ermənistanın haqlı mövqelərindən üstün tuturdu. Bu da qrupun Azərbaycanın maraqlarını qorumaq imkanını ciddi şəkildə məhdudlaşdırırdı.

“Qrupun uzun illər fəaliyyətinə baxmayaraq, Qarabağ münaqişəsində həll edilə biləcək konkret məsələlər həll olunmadı, status-kvo dəyişmədi. Bu, qrupun effektiv vasitəçilik missiyasını əhəmiyyətsiz etdi.

2020-ci ilin ikinci Qarabağ müharibəsi Minsk Qrupunun mövcud strukturunun və fəaliyyət prinsipinin artıq Azərbaycan üçün faydasız olduğunu göstərdi. Müharibənin nəticələri açıq şəkildə göstərdi ki, qrup münaqişənin həllində konstruktiv rol oynamayıb, Azərbaycan tərəfinin haqlı mövqeyini müdafiə etməyib. Bu mərhələdə Azərbaycanın strateji maraqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün yeni, effektiv vasitəçilik mexanizmlərinə ehtiyac yaranıb.

Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycan üçün yeni diplomatik strategiyaların formalaşmasına səbəb olub. Azərbaycan beynəlxalq platformalarda öz mövqeyini daha sərbəst və güclü şəkildə irəli sürməyə başlayıb. Regionda sülh və sabitlik üçün effektiv və real nəticələr verən vasitəçilik mexanizmləri ön plana çıxıb. Azərbaycan üçün strateji prioritetlər – ərazi bütövlüyü, suverenlik və milli maraqlar – diplomatik fəaliyyətin mərkəzinə çevrilib.

Bir daha qeyd etməliyik ki, ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycan üçün labüd və zəruri bir nəticədir. Minsk Qrupunun ləğvi birmənalı olaraq həm strateji, həm də diplomatik baxımdan Azərbaycanın gələcək maraqlarına xidmət edən zəruri addım kimi qiymətləndirilməlidir”,- deyə deputat qeyd edib.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər