Turə Qasımova: Ulu öndər Heydər Əliyevin Qarabağ arzularını Prezident İlham Əliyev ÇİN ETDİ


Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik".
İlham ƏLİYEV,
10 may 2023-cü il


2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən unudulmaz Ulu öndər  Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir.



Ümummil Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük inam və qürurla söylədiklərindən hər birimiz aydın şəkildə görürük ki, Azərbaycan xalqı milli hədəflərinə doğru qət etdiyi birqərinəlik çətin, sınaq və məsuliyyətlərlə dolu uzun yolu Zəfər zirvəsinə yetirib. Üçrəngli, ay-ulduzlu bayrağını Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrində, Şuşada, Xocalıda, Xankəndidə, Ağdamda, Laçında, Cəbrayılda, Füzulidə dalğalandıraraq milli mücadiləsini məntiqi sonluğuna çatdırıb. 
Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyada misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrilib. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur. O torpaqlarda doğulan körpələrin hayqırtıları bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarışı verir. 
Bütün bunlar isə Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şərqi Zəngəzur arzularının çin olduğu müqəddəs məqamdır. 

Bu gün fərəhlə deyə bilərik ki, dahi Heydər Əliyev siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsnə yüksəltdi, dünyanın sayılıb-seçilən ölkəsinə çevirdi. Xüsusilə ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi, Silahlı Qüvvələrimizin arsenalı müasir silah və sursatlarla, hərbi texnika ilə zənginləşdirildi, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi önəm verildi. Eyni zamanda gənclərimizin vətənpərvər ruhda böyüməsi milli məqsəd kimi qarşıya qoyuldu.   
Çünki onilliklər boyu davam edən sülh danışıqları dalana dirənmişdi və problemin sülh yolu ilə çözülməyəcəyi Ermənistanın xarici havadarlarına güvənərək ölkəmizə qarşı hərbi təxribatlarını intensivləşdirməsinin fonunda da aydın görünürdü. 
2016-cı ilin aprelində rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfinin növbəti təxribatından sonra Lələtəpə yüksəkliyini azad edərək tezliklə işğal altndakı torpaqlarımızın hamısının azad olunacağına böyük inam yaratdı. Cocuq Mərcanlıya qayıdış köçü həyata keçirildi. 



2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun çıxdığı haqq yürüşü cəmi 44 günə Zəfərlə nəticələndi, bayrağımız vətən qibləmiz Şuşada dalğalandırıldı.
Parlaq zəfərlə bitən Vətən müharibəsindən dərhal sonra isə 30 il ərzində erməni barbarlarının daşı daş üstündə qoymadığı yurd yerlərimizdə tikinti-quruculuq işlərinə başlanıldı, bu yerlərdə həyat yenidən məcrasına qayıtdı. İndi müasir infrastrukturun qurulduğu, "ağıllı kənd və şəhərlər"imizin salındığı Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi möhtəşəm məkana çevrilib.
İşğaldan azad edilən torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq azad edilən ərazilərə yollanaraq görülən işlərlə yerindəcə tanış olur, yeni-yeni açılışlar edir, bünövrələr qoyur. Artıq Tərtərin Talış, Laçının Zabux, Zəngilanın Ağalı kəndləri, eləcə də Füzuli və Laçın şəhərlərinə Böyük qayıdış karvanları ilə öz sakinləri dönərək xoşbəxt yaşamağa başlayıblar. 

Turə Qasımova: Yeni Azərbaycan Partiyasının üzvü, təcrübəli pedaqoq

Son xəbərlər

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

Bütün xəbərlər