İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi


Zaur İbrahimli,
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri


Özlərini bloger, siyasi fəal kimi təqdim edən mühacirlərlə əlaqədar müzakirələr kölgədə qalan daha vacib bir sual üzərində düşünməyə vadar etdi. Bu şəxslər iqtidara, yoxsa dövlətə qarşı çıxırlar?

Son günlər özlərini bloger, siyasi fəal kimi təqdim edən xaricdə yaşayan azərbaycanlı mühacirlər, onların fəaliyyəti növbəti dəfə əsas müzakirə mövzularından birinə çevirilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə “Azad söz” Youtube kanalını yaradan Tural Sadıqlının Berlin dialoqu bu məsələ ilə əlaqədar kölgədə qalan, həmçinin üstündən sükutla keçilən həqiqətləri gün işığına çıxardı. İndiki vəziyyətdə görmək istəməyənlər belə etiraf etdilər ki, sən demə, özlərini müdirk, baş bilən, biləndər bloger, siyasi fəal kimi sırmağa çalışanlar, əslində savadsız, dayaz şəxslərdi. Onların abırını, arxasında gizləndikləri ekran örtürmüş, ilk birbaşa polemikada şüşə kimi çilik-çilik oldular. Hay-küylə, trol sürüsü, zombi dəstəsi ilə yaradılan imic, reputasiya sabun köpüyü çıxdı. Atlarımız gözəl deyib, “kələk ilə gələn, külək ilə gedər”. Zamanında bu həqiqətlər səslənəndə “iqtidar mənsubların iddialarıdır” - deyilirdi. İndi isə öz dairələrinə aid şəxslər bunu açıq deyir. Yəni, Günəşi palçıqla suvamaq mümkün deyil.

İndi yaranmış vəziyyət elə kələk mövzusunun da ətraflı müzakirəsi üçün əlverişlidir. Fransa, Almaniyada kimlər ki, bu cür “dahi” bloger, siyasətin əlifbasını belə öyrənməyə cəhd etməyən bu klaviatura fəallarının fəaliyyətinə şərait yaradırlarsa, elə özlərinə kələk gəlirlər. Azərbaycan ictimaiyyəti üçün bu mövzu ilə əlaqədar bütün məsələlər aydındır. Bu cür fəaliyyəti ölkələrində dəstəkləyən rəsmilər elə öz dövlətlərinə kələk gəlirlər, mahiyyətləri boşluq olan şəxslərə cangüdənlər, maliyyə ayırmaqla, mühafizə emtəklə öz vergi ödəyicilərinə kələk gəlirlər. Bu şəxslər sabah böyük məmnuniyyətlə elə Fransa və Almaniyanı da sata bilərlər. Hansı “dahi” şəxslər bu dar-dayaz ağıla malik şəxslərin fəaliyyətinə dəstək verirlərsə, elə özləri burunlarının uclarından uzağı görmürlər. Lakin, düşünürəm ki, Berlində baş verənlər ibrətlik olacaq və onlar boş quyuya su tökdüklərini anlayacaqlar. Azərbaycan cəmiyyəti üçün bu şəxslər yumor, ironiya obyektinə və xəyanət rəmzinə çeviriliblər. Etiraf etmək, asan olmur, xüsusən böyük miqdarda enerji, resurs xərclənən layihələr uğur gətirməyəndə. Bununla belə, Avropada hələ də ifrat praqmatizm hakimdir və gec də olsa anlayacaqlar ki, bu şəxslərlə işləmək sayından asılı olmayaraq ədədi sıfıra vurmaqdır. Nəticə istənilən halda sıfır olacaq.

Özlərini bloger, siyasi fəal kimi təqdim edən mühacirlərlə əlaqədar müzakirələr kölgədə qalan daha vacib bir sual üzərində düşünməyə vadar etdi. Bu şəxslər iqtidara, yoxsa dövlətə qarşı çıxırlar? “Azərbaycan Bayrağını görəndə kədərlənirəm”, “Qarabağda Artsax Respublikası var”, - deyənlər, iqtidara müxaliflik edirlər, yoxsa Azərbaycan dövlətinə? Düşünürəm ki, cavab geniş izah tələb etmir və hətta məktəblilər belə, düşünmədən cavab verərlər - Azərbaycan dövlətinə.

Ölkəmizin II Qarabağ Müharibəsində tarixi zəfəri, Azərbaycanın qələbəsini həzm edə bilməyənlər, sanki bu qələbəyə qarşı müxaliflik edirlər. Bu qələbənin yaratdığı reallığı qəbul edə bilmirlər, çünki, bu reallıq onların ekrandan söylədiklərini tam təkzib edir. Bu onlar bu Qələbəni özlərinin MƏĞLUBİYYƏTİ kimi görürülər. Ən faciəli məqam məhz budur…Fransa, Almaniya, rəsmi Brüssel artıq bu reallığı qəbul edir, bu şəxslər indi heç sövdələşmə predmeti də deyil…

Son xəbərlər

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Bütün xəbərlər