Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır


Əli Hüseynli

Milli Məclisin deputatı


Dil hər bir xalqın tarixi yaddaşını, milli kimliyini, mənəvi dəyərlərini və mədəni irsini yaşadan ən müqəddəs sərvətlərdəndir. Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin mədəniyyətin, ədəbiyyatın, dövlətçilik ənənələrinin və milli özünüdərkin əsas daşıyıcısı olan Azərbaycan dili bu gün müstəqil dövlətimizin ən mühüm atributlarından biri kimi xüsusi qayğı ilə qorunur və inkişaf etdirilir. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də məhz ana dilimizin milli həyatımızdakı müstəsna rolunun dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz ifadəsidir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini xalqımızın milli varlığının əsası kimi qiymətləndirərək deyirdi: "Dil hər bir millətin milliliyinin əsasıdır." Bu fikir təkcə dilə verilən dəyərin ifadəsi deyil, həm də milli dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər başqa bir çıxışında qeyd edirdi: "Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik." Bu sözlər Azərbaycan dilinin zənginliyini, ahəngdarlığını və yüksək ifadə imkanlarını dolğun şəkildə xarakterizə edir.

Tarixi sınaqlardan keçən ana dilimiz

Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf etmiş, xalqımızın milli varlığını qoruyub saxlamışdır. Lakin XX əsrin ikinci yarısında, xüsusilə keçmiş SSRİ dövründə milli dillərin sıxışdırılması siyasəti gücləndirilmiş, ittifaq respublikalarında rus dilinin üstün mövqeyi təmin edilməyə çalışılmışdı. Belə mürəkkəb siyasi şəraitdə ana dilinin hüquqlarını müdafiə etmək böyük cəsarət və siyasi iradə tələb edirdi.

Məhz həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev milli maraqları qətiyyətlə müdafiə edərək Azərbaycan dilinin dövlət dili statusunun qorunması uğrunda prinsipial mövqe nümayiş etdirdi. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit olunması yalnız hüquqi deyil, həm də milli-siyasi baxımdan böyük tarixi hadisə idi. Bu addım Azərbaycan xalqının milli özünüdərkinin möhkəmləndirilməsində mühüm rol oynadı və sonrakı müstəqillik dövrünün dil siyasəti üçün möhkəm təməl yaratdı.

Dövlət dili siyasətinin hüquqi əsasları

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi prioritet istiqamətlərdən birinə çevrildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bununla Azərbaycan dili müstəqil dövlətçiliyimizin əsas atributlarından biri kimi Konstitusiya təminatı aldı.

Ana dilimizin inkişafında dönüş nöqtəsi olan mühüm sənədlərdən biri Ulu Öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanıdır. Bu sənəd dövlət dilinin bütün sahələrdə tətbiqinin genişləndirilməsi, normativ bazanın təkmilləşdirilməsi və dil siyasətinin vahid prinsiplər əsasında həyata keçirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

9 avqust 2001-ci il tarixli Prezident Fərmanı ilə 1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması da Ümummilli Liderin dil siyasətinin mühüm tərkib hissəsidir. Bu qərar latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin başa çatdırılması ilə yanaşı, ana dilimizin qorunmasına və təbliğinə göstərilən dövlət qayğısının mühüm təzahürüdür.

2002-ci il sentyabrın 30-da qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun isə Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda dövlət dilinin işlədilməsi, qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı dövlətin vəzifələri aydın şəkildə müəyyən edilmişdir.

Prezident İlham Əliyevin dil siyasəti: davamlı inkişaf və yeni çağırışlar

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafını təmin etmişdir.

2004-cü ildə latın qrafikalı nəşrlərin kütləvi şəkildə çapına başlanılması, "Azərbaycan Milli Ensiklopediyası"nın nəşri, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsinin genişləndirilməsi, 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiqi, 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair mühüm fərmanların qəbul edilməsi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.

Azərbaycan dilinin orfoqrafiya normalarının təkmilləşdirilməsi, terminologiyanın zənginləşdirilməsi, elektron resursların yaradılması və rəqəmsal mühitdə ana dilimizin mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.

Prezident İlham Əliyev dilimizin saflığının qorunmasını milli təhlükəsizlik və milli kimlik məsələsi kimi qiymətləndirərək vurğulamışdır: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır." Dövlət başçısının digər bir fikri isə bu istiqamətdə görülən işlərin əsas ideyasını ifadə edir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur."

Ana dilini qorumaq hər kəsin vətəndaşlıq borcudur

Qloballaşmanın sürətləndiyi, informasiya texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə milli dillərin qorunması daha böyük əhəmiyyət kəsb edir. Xarici sözlərin lüzumsuz işlədilməsi, sosial şəbəkələrdə dil normalarının pozulması, nitq və yazı mədəniyyətinə laqeyd münasibət Azərbaycan dilinin saflığının qorunmasını zəruri edən əsas amillərdəndir.

Ana dilinin inkişafı yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Təhsil müəssisələri, elmi təşkilatlar, media, mədəniyyət ocaqları, ailə institutu və hər bir vətəndaş Azərbaycan dilinin qorunmasına öz töhfəsini verməlidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dünyasının daşıyıcısıdır.

Ulu Öndər Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" fikri bu gün də öz dərin məzmununu qoruyur. Azərbaycan dili dövlət müstəqilliyimizin, milli birliyimizin və mənəvi bütövlüyümüzün əsas sütunlarından biridir. Bu dili qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur. Çünki Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın tarixi yaddaşı, milli qüruru və müstəqil dövlətçiliyimizin əbədi rəmzidir.

Son xəbərlər

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Bütün xəbərlər