Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar


Elm və Təhsil Nazirliyi Kimya İnstitutu aparılan elmi tədqiqatların sənayedə tətbiqini genişləndirmək istiqamətində konkret addımlar atır.

Millixəbər.az xəbər verir ki, institutdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasında yaşıl kimya prinsiplərinə əsaslanan alunitin yeni emal texnologiyası hazırlanıb, laboratoriya şəraitində yaradılmış pilot qurğuda uğurla sınaqdan keçirilib. Hazırda texnologiyanın istehsalata tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə “Azəralüminium” MMC ilə əməkdaşlıq və danışıqlar davam etdirilir.

Kimya İnstitutunun qarşıdakı dövr üçün əsas hədəfi bərpaolunan enerji və yaşıl hidrogen texnologiyaları sahəsində beynəlxalq səviyyədə rəqabətqabiliyyətli elmi nəticələrin əldə edilməsi və onların praktik tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə yüksək səmərəliliyə malik elektrokatalizatorların və fotoelektrod materiallarının hazırlanması, Günəş enerjisindən istifadə etməklə hidrogen istehsalı üçün yeni texnologiyaların işlənməsi, habelə enerji çevrilməsi və saxlanması üçün innovativ materialların yaradılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Bununla yanaşı, institutda laboratoriyalar müasir elmi çağırışlara uyğun şəkildə formalaşdırılıb. Kompozit materiallar və korroziyadan mühafizə laboratoriyasında müdafiə sənayesi üçün innovativ həllərin hazırlanması istiqamətində tədqiqatlar aparılır. Burada polad məmulatlar üçün istiyə və deformasiyaya davamlı qoruyucu örtüklər hazırlanıb və bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq imkanları mövcuddur.

Perspektivli materiallar əsasında ekoloji cəhətdən təmiz, iqtisadi baxımdan səmərəli və uzunömürlü enerji sistemlərinin hazırlanması, laboratoriya tədqiqatlarının pilot tətbiqlərə keçirilməsi, beynəlxalq elmi layihələrdə iştirakın və sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi də institutun strateji hədəfləri sırasındadır.

Tədqiqatlar, həmçinin kimyəvi tullantılar və qaz emissiyalarının utilizasiyası üçün səmərəli katalitik sistemlərin hazırlanması, eləcə də korroziyaya davamlı nanokompozit materialların elektrokimyəvi üsulla alınması istiqamətlərini əhatə edir. Eyni zamanda, yaşıl korroziya inhibitorlarının və çoxfunksiyalı ekoloji sürtkülərin hazırlanması, Qarabağ və Şərqi Zəngəzurun dərman bitkiləri əsasında təbii və yeni nəsil sintetik enzim-izoenzim inhibitorlarının yaradılması, onların patoloji proseslərə qarşı eksperimental modellərdə effektivliyinin öyrənilməsi nəzərdə tutulur.

Bu istiqamətlər üzrə aparılan tədqiqatların qısa müddətdə tətbiqyönlü elmi nəticələrin əldə olunmasına və innovativ texnologiyaların inkişafına töhfə verəcəyi gözlənilir.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

Bütün xəbərlər