Fuad Məmmədov: QHT-lərin potensialı artırılmalı, onların təşəbbüskarlığı və intellektual səviyyəsi dəstəklənməlidir


Azərbaycan dili Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir. Azərbaycan dili xalqımızın milli kimliyinin, milli-mədəni varlığının təməlində dayanır. Biz dilimizi nə qədər təkmilləşdirsək və inkişaf etdirsək, onun kamilliyi və gözəlliyi bir o qədər dərindən dərk ediləcək.

Millixəbər.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov söyləyib.

O, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasından sonra Azərbaycanda yeni bir dövrün başladığını bildirib: “Bu dövr Azərbaycan xalqının ruhi, mənəvi və mədəni inkişafı dövrüdür. Bu inkişafın təmin olunması üçün hər bir azərbaycanlı dövlətlə birgə çalışmalı, milli mədəniyyətimizin daha da yüksəlməsinə töhfə verməlidir. Bu yanaşmanın əsasında Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. O daim vurğulayırdı ki, Azərbaycan mədəniyyəti xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Çünki ruhi, əqli və mənəvi mədəniyyəti inkişaf etməmiş xalqın gələcəyi ola bilməz. Ulu Öndər qeyd edirdi ki, xalq dünyada öz ziyalıları, elmi və mədəniyyəti ilə tanınır. Mədəniyyətin təməli isə elmdən başlayır”.

F.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə mərhələli şəkildə yeni sosial-mədəni inkişaf strategiyası həyata keçirilir. Bu strategiyanın əsas prioritetləri mövcuddur. Onların başında dil dayanır. Bununla yanaşı, intellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti də mühüm yer tutur. Məhz bu amillər dövlətimizin qüdrətinin daha da artmasına, xalqımızın həyat keyfiyyətinin yüksəlməsinə xidmət edəcək. Digər mühüm məsələ isə əqli və mənəvi mədəniyyətin hərtərəfli inkişafıdır. Bunun üçün icbari kulturoloji təhsilin və maarifləndirmənin gücləndirilməsi vacibdir. Qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin potensialı artırılmalı, onların təşəbbüskarlığı və intellektual səviyyəsi dəstəklənməlidir.

“İnsan kapitalının nüvəsi yüksək mədəniyyətə malik Azərbaycan vətəndaşıdır — bilikli, bacarıqlı, mənəvi dəyərlərə sahib, yaradıcı və məsuliyyətli insan. Bu, milli inkişafımızın əsas aparıcı qüvvəsidir və davamlı, rəqabətqabiliyyətli, təhlükəsiz inkişafın təminatıdır. Biz Ulu Öndərin tövsiyələrinə əsaslanan bu yeni strategiyanın həyata keçirilməsi üçün bütün səylərimizi, ilk növbədə, Azərbaycan dilinin inkişafına yönəltməliyik. Bunun üçün vətəndaş cəmiyyəti də dövlətimizə dəstək verməlidir”,-deyə Fuad Məmmədov əlavə edib.

Son xəbərlər

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

WUF: ŞƏHƏR İQTİSADİYYATI-Deputatdan MARAQLI TƏHLİL

Dilqəm Quliyev:"Şəhərsalmada İdman Akademiyasının fəaliyyəti”

"Laçının azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsidir”

Dilqəm Quliyev: Azərbaycanda Şəhərsalmanın Tarixi

Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib

Sumqayıt Dövlət Universitetində millət vəkili Tahir Mirkişili ilə tələbələrin görüşü keçirilib

Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

Avropa üçün seçim anı: Ya tərəfdaşlıq, ya dərinləşən böhran

“Neftdən günəşə: dünya iqtisadiyyatında yeni enerji erası başlayır”

Dllərin ən gözəli - Ana dilim

Yeni dünyada dövlətin iqtisadiyyatda rolu: bazardan tərəfdaşlığa keçid

Azərbaycan - Qazaxıstan idman əlaqələri

Professor Dilqəm Quliyev: Qərbi Azərbaycan idmançıları Olimpiya oyunlarında

Səxavət Tağlar Nərgiz Hüseynovanı TƏBRİK EDİB

İSRAİL və AVROPAYA QAZ İXRACI: resurs, marşrut və rəqabət

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

AVROPA BİRLİYİNDƏ İQTİSADİ SAHƏDƏ NƏ BAŞ VERİR?

Rizvan Nəbiyev: 31 Mart soyqırımı azərbaycanlılara qarşı törədilmiş misilsiz zorakılıqdır

Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır

31 Mart soyqırımı: tarixi yaddaş və siyasi qiymətləndirmə

Azərbaycan tarixinin hər bir səhifəsi hadisələrlə zəngindir

İtirmə qədirbilənliyi, itirmə dostluğu

Bütün xəbərlər