Deputat: Ötən ili xarici siyasətimizin uğurları baxımından tarixi il kimi dəyərləndirə bilərik


Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil beynəlxalq müstəvidə də mühüm rol oynayır.

Millixəbər.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, 2025-ci ildə beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib. Belə ki, Azərbaycanın milli maraqlarının təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitdə çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli münasibətlərində əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq səviyyədə nüfuzunu və təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırıb. Tarixi Qələbəmizin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. Ötən il avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutan görüşdə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, habelə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılaşmalar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı dövlətimizin uğurlu xarici siyasətindən bəhs edib. Xüsusilə, ötən il Vaşinqton razılaşmalarını, o cümlədən Azərbaycan-ABŞ münasibətlərini yüksək qiymətləndirib. Dövlətimizin başçısı ötən il ərzində 20-yə yaxın xarici ölkəyə səfər etdiyini bildirib, eləcə də bir çox dövlət və hökumət başçılarının Azərbaycana səfəri baş tutub. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın D-8 təşkilatına üzvlüyünü böyük nailiyyət adlandırıb.

“Azərbaycan 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu quruma üzv seçilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ötən il D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən D-8 Həftəsi çərçivəsində komissarların qeyri-rəsmi iclası, iqlim və şəhərsalma üzrə nazirlər dialoqu, D-8 Media Forumu, eləcə də D-8 Gənclər Dialoqu təşkil olunub, təşkilatın strateji sənədlərində əks olunan prioritetlərə uyğun olaraq D-8 Enerji və İqlim Mərkəzi, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzi və D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması barədə razılıq əldə olunub. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfədir”, - deyə S.Fətəliyeva vurğulayıb.

Onun fikrincə, ötən il xarici siyasətimizdə əsas uğurlardan biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. “Dövlətimizin başçısı müsahibədə bu faktı nadir hadisə kimi dəyərləndirərək vurğulayıb: “Coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik”.

Deputat qeyd edib ki, həmçinin 2025-ci ildə Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) və Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) sammitlərinin keçirilməsi və digər hadisələr də xarici siyasətimizin nailiyyətləri sırasındadır. Bütövlükdə, 2025-ci ildə Azərbaycan dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunmasına öz müsbət töhfəsini verib və bu çərçivədə müvafiq müraciətlərə uyğun olaraq bir sıra ölkələr arasında diplomatik vasitəçilik missiyalarını həyata keçirib. Ötən il həm də ölkəmiz çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq və iqlim diplomatiyası istiqamətində də səmərəli fəaliyyətini davam etdirib. “Beləliklə, 2025-ci ili xarici siyasətimizin uğurları baxımından çox önəmli, hətta tarixi il kimi dəyərləndirə bilərik”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Son xəbərlər

Tarixi yaddaş, müasir quruculuq, gələcək hədəflər

Zəngilanın inkişaf yolu: tarixi Zəfərdən müasir gələcəyə

Tamaş Torma: Macarıstan Azərbaycan iqtisadiyyatına 2 milyard dollar investisiya yatırıb

Vüqar İskəndərov: Beynəlxalq qərarların icrası üçün təsirli mexanizmlər yaradılmalıdır

İmişlinin icra başçısı Elçin Rzayev yerlərdə mütəmadi olaraq görüşlər keçirir+ Fotolar

МУЗЫКА ТЮРКСКОГО МИРА: ИСТОРИЧЕСКОЕ НАСЛЕДИЕ, НАУЧНЫЕ СВЯЗИ И ОБЩИЕ КУЛЬТУРНЫЕ ЦЕННОСТИ

Azad Zəngilanda quruculuq və tərəqqi dövrü

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Qarabağda 10 mindən çox abonent təbii qazla təmin olunur

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək

Zəngilanın dirçəliş və qayıdış dövrü

20 oktyabr 2020-ci il tarixində şanlı Zəfərimizin Zəngilan səhifəsi yazıldı

Qazaxıstanda hakimiyyət çevrilişi üçün Japarovdan kömək istədilər

Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi

Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRH

Deputat: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcək

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb

Azərbaycan Ahmet Şanlı və daha 6 nəfəri beynəlxalq axtarışa verd

Leyla Əliyeva Türkmənistanda səfərdədir

Prezident onları təltif etdi - Siyahı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb - Foto

20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

Xəbər veriyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov yeni Səhiyyə naziri təyin edilib.

Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

Bütün xəbərlər