“Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı adətən dövlət və hökumət başçılarının mövqelərini təqdim etdiyi platforma kimi çıxış edir. Lakin Prezident İlham Əliyevin Davosda apardığı müzakirələr, verdiyi mesajlar və liderlərlə interaktiv dialoqu bu çərçivəni aşaraq liderlik üzrə tam formatlı siyasi master-klass təsiri bağışladı. Bu səbəbdən artıq söhbət təkcə çıxışdan deyil, beynəlxalq ekspert dairələrində formalaşan “Davosda Əliyev fenomeni”ndən gedir”.

Millixəbər.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.


O bildirib ki, Prezident İlham Əliyevin Davosdakı mövqeyi bir əsas tezis üzərində qurulurdu: “Qlobal qeyri-müəyyənlik şəraitində dövlətlərin xilas yolu milli maraqlara söykənən praqmatik siyasətdən keçir. Onun çıxışları göstərdi ki, milli maraqlar qapanma deyil, düzgün idarə olunduqda qlobal əməkdaşlıq üçün açar mexanizmə çevrilir.

Bu yanaşma Davos auditoriyası üçün klassik liberal tezislərdən fərqli olaraq realist, nəticəyönümlü və praktik liderlik modeli kimi qəbul edildi. Məhz bu məqam “Əliyev fenomeni”nin əsasını təşkil edir.

Prezident İlham Əliyevin Davosdakı çıxışlarının yaratdığı təsir digər dövlət başçılarının açıq mövqelərində də aydın görünür. Serbiya Prezidenti Aleksandr Vuçiç bunu belə ifadə etdi:
“Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük.”

Bu qiymətləndirmə Davosda keçirilən siyasi master-klassın yalnız nəzəri deyil, real təsir gücünə malik olduğunu göstərir.

“Davosda Əliyev fenomeni”nin ən diqqətçəkən tərəflərindən biri Ermənistan tərəfinin ritorikasında müşahidə olunan dəyişiklikdir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın açıq etirafı bu dönüşün bariz nümunəsidir:

“Əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir. Çünki Prezidentin söylədiklərini təkrar etməliyəm. Prezident İlham Əliyevin söylədiyi fikirlər bizim fikirlərimizlə, prinsiplərimizlə üst-üstə düşür.”

Bu sitat Bakı–İrəvan münasibətlərində yaranmış yeni siyasi-psixoloji reallığın və faktiki sülh mühitinin mövcudluğunu təsdiqləyən mühüm indikator kimi qiymətləndirilir”.

İ.Yusifov əlavə edib ki, beynəlxalq analitik mərkəzlərin yanaşmasına görə, Prezident İlham Əliyevin siyasəti Cənubi Qafqazı maraqların toqquşduğu bölgədən maraqların uzlaşdığı məkana çevirib. “Bu transformasiya üç əsas sütun üzərində qurulub: Uzunmüddətli strateji səbr; güc və diplomatiyanın balanslaşdırılmış tətbiqi; regional inteqrasiyanı təşviq edən iqtisadi və nəqliyyat layihələri.

Bu kontekstdə Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərqi birləşdirən əsas nəqliyyat və enerji xətlərinin Cənubi Qafqazdan keçməsi artıq alternativsiz reallıq kimi qəbul olunur”, - o vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyevin Davosda nümayiş etdirdiyi liderlik modeli “think tank” mühitində “Bakı modeli” kimi xarakterizə olunur. “Bu modelin əsas mahiyyəti böhranları idarə etmək deyil, onları strateji üstünlüyə çevirmək bacarığıdır.

Məhz bu yanaşma nəticəsində Bakı bu gün Avrasiyada sülh, sabitlik və əməkdaşlıq üçün etibarlı ünvan kimi çıxış edir. Qarşıdurma xətti əməkdaşlıq xətti ilə əvəzlənib.

“Davosda Əliyev fenomeni” sübut edir ki, Prezident İlham Əliyev qlobal siyasi auditoriya qarşısında təkcə mövqe ifadə etmədi, liderliyin necə qurulmasına dair dərs keçdi. Bu master-klassın əsas mesajı aydındır: milli maraqlara əsaslanan, uzaqgörən və prinsipial siyasət müasir dünyanın ən dayanıqlı idarəetmə modelidir.

Bu baxımdan Davos çıxışları sadəcə diplomatik hadisə deyil, beynəlxalq münasibətlər tarixində praktiki liderlik nümunəsi kimi yadda qalır”, - o qeyd edib.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər