ABŞ Asiyadan Avropaya və əks istiqamətə uzanan tranzit yollarının inkişafında maraqlıdır - ŞƏRH


ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfəri pozitiv xarakter daşıyır.

Millixəbər.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

Onun sözlərinə görə, səfər formal və ya protokol xarakteri daşımır, ABŞ-ın Cənubi Qafqazın iki ölkəsi ilə münasibətlərində yeni bir mərhələnin başlanğıcının əsası ola bilər.

“Söhbət sadəcə siyasi mesajlardan və ya Vaşinqtonun regiona diqqət nümayiş etdirməsindən yox, ABŞ-ın Cənubi Qafqaza yanaşmasında keyfiyyət dəyişikliyini rəsmiləşdirmək cəhdindən gedir. Bununla yanaşı qeyd etmək lazımdır ki, ABŞ dünyanın müxtəlif bölgələrinə investisiya, iqtisadi əməkdaşlıq ilə müdaxilə edərək öz maraqlarını qorumağa çalışır. Vitse-prezident də ilk növbədə Zəngəzur dəhlizinin (Tramp yolu) fəaliyyəti, funksiyası, səmərəliliyi və digər bu kimi məsələlərlə maraqlanacaq. Həm Azərbaycan, həm də Ermənistan ABŞ-ın regiona nüfuz etməsindən narahat deyil.

Siyasi məqamlara toxunaraq isə bildirmək lazımdır ki, ABŞ Asiyadan Avropaya və əks istiqamətə uzanan tranzit yollarının inkişafında maraqlıdır. Bu geosiyasi üstünlük vəd edir ki, bu fürsəti də rəsmi Vaşinqton əldən vermək istəmir. ABŞ buna nail olmaq üçün Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin məntiqi nəticəyə çatmasına çalışır. TRIPP marşrutu üzrə əldə olunacaq razılaşmalarda ABŞ həlledici rol oynayır. Bu, postsovet məkanında Vaşinqtonun sadəcə iştirakçı deyil, faktiki olaraq əsas aparıcı olduğu ilk infrastruktur layihəsidir. Dünyada cərəyan edən gərgin geosiyasi proseslərin fonunda ABŞ vitse-prezidentinin regiona səfəri pozitiv xarakter daşıyır”, - deyə ekspert nəzərə çatdırıb.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər