Xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Kremlin Cənubi Qafqazda sülh prosesi üçün etibarlı tərəfdaş olmadığını, ən əsası isə Rusiyanın regionda geopolitik təşəbbüsü artıq böyük ölçüdə əldən verdiyini təsdiqlədi... "Musavat.cm bildirir ki, üstəlik, Paşinyan hakimiyyətinin Kremlə qarşı açıq şəkildə sayğısız davranması Rusiyaya təhqirdir, rəsmi İrəvan ənənəvi və əsas beynəlxalq himayədarını öz hərbi müttəfiqləri sırasından artıq sildiyini qətiyyən gizlətmir...

Cənubi Qafqazda ABŞ və Qərb Rusiyanı küncə sıxışdırmağa nail olub. Hazırda geopolitik təşəbbüs Kremlin əlindən sürüşüb, çıxmaqdadır. Hər halda, indi Rusiya bu regionda artıq şəriksiz geopolitik orbitr sayılmır. Və böyük ehtimalla Kreml Cənubi Qafqazı həmişəlik itirmək təhlükəsini intensivləşdirən tarixi mərhələyə qədəm qoyub.

Rusiya üçün olduqca uğursuz məzmun daşıyan bu prosesin geriyə dönüş variantının olub-olmadığını indidən müəyyən etmək bir qədər çətindir. Hər halda, Rusiyanın əlində olan əks təsir mexanizmləri hələlik öz aktuallığını tamamilə itirməyib. Ancaq Ukraynada "savaş bataqlığı"na salınmış Kremldə radikal alternativ addımların atılması baxımından müəyyən qədər tərəddüdlərin yaşandığı da nəzərə çarpır.
Ona görə də, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini vəziyyətin xilas edilməsinə yönəlik siyasi-diplomatik manevr də hesab etmək olar. Kreml rəsmi Bakı ilə ortaq şəkildə ABŞ və Qərbə qarşı müqavimət ehtimalının reallıq dərəcəsini müəyyən etməyə çalışır. Çünki Kremlin regional forpostu, hərbi müttəfiqi Ermənistan Rusiyaya tamamilə arxa çevirib. Rusiyanın düşmənlərini - ABŞ və Avropa Birliyini də Cənubi Qafqaza məhz Ermənistan yerləşdirib.

Lavrov Bakıdan əliboş göndərildi: İrəvan Kremli necə təhqir etdi


Təbii ki, hələlik real müqavimət imkanlarını hərəkətə gətirə bilməyən Rusiya Ermənistanın davranışlarından ciddi şəkildə qıcıqlanır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda Avropa Birliyi mülki missiyasının Cənubi Qafqaza gətirənlərin böyük səhv etdiklərini vurğulaması da bunun əlaməti sayıla bilər. Rusiya xarici işlər naziri bununla rəsmi İrəvana növbəti dəfə xəbərdarlıq mesajı göndərməyə çalışıb.

Digər tərəfdən, rus diplomatiyasının rəhbəri Avropa Birliyinə hücum etməyi də unutmayıb. Onun fikrincə, Avropa Birliyi Azərbaycan və Ermənistan ilə olan münasibətlərindən açıq şəkildə sui-istifadə edir. Sergey Lavrov hesab edir ki, Avropa Birliyinin öz mülki missiyasını Ermənistana yerləşdirilməsi mövcud şərtlər daxilində sülh prosesinə müsbət təsir göstərə bilməz.

Göründüyü kimi, Rusiya xarici işlər naziri eyni vaxtda həm Avropa Birliyini, həm də bu qurumu regiona gətirən Ermənistanı hədəfə almağa çalışır. Halbuki bunu edərkən, Rusiyanın Azərbaycanla ortaq maraqlar çərçivəsində davranmaq cəhdləri qətiyyən nəzərə çarpmır. Belə ki, rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsinə münasibətdə baş verənlərə xüsusi həssas olduğunu bildiyi halda, Rusiyanın xarici işlər naziri bu məsələdə yalnız özəl maraqlara dayaqlanır.

Məsələ ondadır ki, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq niyyətində olduğunu bəyan etsə də, Kreml buna müqavimət göstərməyə çalışır. Rusiya xarici işlər naziri də vurğulayıb ki, Laçın yolunun fəaliyyət rejimi və onun funksiyası ilk növbədə üçtərəfli bəyanata tam uyğun olmalıdır: "Laçın dəhlizindən istisnasız olaraq, mülki və humanitar yüklərin, mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var".

Belə anlaşılır ki, Kreml ABŞ və Qərbin Cənubi Qafqaza yerləşmək cəhdlərinə qarşı Azərbaycanla tərəfdaşlığa can atsa da, birmənalı şəkildə yalnız Rusiyanın maraqlarını ön plana çıxarır. Hər halda, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Rusiyanın Xankəndi və ətraf bölgədə mövqeyini ciddi şəkildə sarsıda bilər.



Ona görə də, Kreml üçtərəfli anlaşmalara istinadən buna müqavimət göstərir. Halbuki, həmin üçtərəfli anlaşmalara əsasən Ermənistanın icra etməli olduğu öhdəlikləri Rusiya ciddiyə almır. Əks halda, Ermənistan ordusunun qalıqlarının hələ də Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalmasına Rusiya göz yummazdı.

Deməli, buradan belə nəticə çıxarmaq olar ki, Kreml Cənubi Qafqazda sülh prosesinin inkişafına nail olmaq baxımından, qətiyyən etibarlı tərəfdaş deyil. Ona görə də, Rusiyanın sülh prosesinə vasitəçilik etmək istəyinə güvənmək olmaz. Ən əsası isə regional sülh prosesində Rusiya təşəbbüsü böyük ölçüdə artıq itirib.

Nə qədər qəribə də olsa, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu barədə açıqlaması da Kremlin sülh prosesinə vasitəçilik cəhdlərində aciz duruma düşdüyünü biruzə verir. Çünki o, bildirib ki, Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsi danışıqlarının təşkilinə kömək etməyə hazırdır: "Ancaq Rusiya bu məsələdə xüsusi israr da göstərmək niyyətində deyil".

Bu açıqlama ümumi vəziyyəti təxmin etməyə tamamilə imkan verir. Rusiya dəfələrlə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını təşkil etməyə təşəbbüs göstərib. Ancaq Ermənistan hər dəfə müxtəlif bəhanələrlə Kremlin bu təşəbbüslərini geri çevirib, boşa çıxarıb. İndi Sergey Lavrovun da israr edilməyəcəyini xüsusi vurğulaması, onsuz da regional sülhdə maraqlı olmayan Kremlin rəsmi İrəvanın etirazı ilə üzləşə biləcəyini əvvəlcədən nəzərə aldığını göstərir.

Əslində, S.Lavrov Rusiyanın vasitəçilik cəhdlərinə rəsmi İrəvanın neqativ münasibət göstərə biləcəyi ilə bağlı təxminində qətiyyən yanılmayıb. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda verdiyi açıqlamalar Paşinyan hakimiyyəti tərəfindən dərhal cavablandırılıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanı "əsəbi reaksiya"da qınayıb: "Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müzakirələrində iştirak edir. Lakin burada əsəbilik nümayiş etdirmək lazım deyil".



Maraqlıdır ki, erməni spiker regional sülh prosesinə digər vasitəçilərin müsbət təsir göstərmək cəhdlərinə Rusiyanın əsəbi reaksiya verməsini lazımsız davranış hesab edir: "Reaksiya lazım olduğundan daha emosionaldır. Məncə, onlar daha sakit və təmkinli olmalıdırlar. Onlar anlamalıdırlar ki, Ermənistanın öz maraqları var. Ermənistanın geosiyasi proseslərdən, kiminsə istəyindən, qısqanclığından asılı olmayaraq, həll edilməli olan təhlükəsizlik problemləri var”.

Erməni spiker dolayısı ilə demək istəyir ki, Rusiyanın vasitəçiliyi Ermənistanın maraqlarına cavab vermir. Rəsmi İrəvan hesab edir ki, Rusiya Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilmir. Ona görə də, rəsmi İrəvan Kremlin əsəbi reaksiyasına əhəmiyyət vermədən Ermənistanın təhlükəsizlik maraqlarını təmin etmək üçün Rusiyaya alternativ beynəlxalq güclərə sığınmaq niyyətində qətidir.

Göründüyü kimi, Ermənistan artıq Rusiyanı saya belə, salmır. Erməni spikerin Rusiya xarici işlər nazirinə belə hörmətsiz cavab verməsi əslində, Kreml üçün böyük təhqirdir. Belə anlaşılır ki, rəsmi İrəvan Rusiyanı öz hərbi müttəfiqləri sırasından artıq silib. Ona görə də indi Kreml Ermənistan üzərində nəzarəti sadəcə, siyasi-diplomatik manevrlərlə deyil, daha radikal addımlar vasitəsilə təmin etmək barədə düşünmək məcburiyyətindədir.

Ümumiyyətlə isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin uğurlu olduğunu düşünmək sadəlövhlük olardı. Onun Bakıdan Moskvaya əliboş dönməsi daha inandırıcı görünür. Və son baş verənlər Rusiyanın Cənubi Qafqazı böyük sürətlə itirməyə başladığını biruzə verir.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər