Sülhə maraqlı olmayan dairələr yeni reallıqla barışmaq istəmirlər


"Bakı qlobal siyasətin yeni aktoruna çevrildikcə, bu reallıqdan narahat olan dairələrin fəallaşması təəccüblü deyil. Çünki Azərbaycan artıq hadisələrin arxasınca gedən yox, gündəm müəyyən edən ölkədir. Cənubi Qafqazda təşəbbüs Bakının əlindədir və bu fakt illərlə bölgədə gərginlik üzərindən mövqe qazanan qüvvələrin planlarını alt-üst edir”.

Millixəbər.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Sülhdən qazanmayanlar niyə narahatdır?
Deputat bildirib ki, uzun illər regionda süni qarşıdurmalar, informasiya müharibələri və siyasi manipulyasiyalar vasitəsilə təsir mexanizmləri qurulmuşdu: “Gərginlik bəzi mərkəzlər üçün alət idi. Lakin bu gün vəziyyət dəyişib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxvektorlu, ardıcıl və qətiyyətli siyasəti nəticəsində Azərbaycan regional təşəbbüslərin müəllifinə çevrilib, sülh gündəliyi Bakının iradəsi ilə formalaşır, xarici güclərin prosesə birbaşa müdaxilə imkanları minimuma enib. Məhz bu səbəbdən də sülhə maraqlı olmayan dairələr yeni reallıqla barışmaq istəmirlər”.

Münxen və Vaşinqton: Təzyiqlərin fonunda güclənən mövqe
Deputatin fikrincə, Münxendə və Vaşinqtonda baş verən proseslər göstərdi ki, Azərbaycanın artan nüfuzu bəzi lobbi qruplarını hərəkətə gətirib: “Xüsusilə xaricdə fəaliyyət göstərən erməni lobbi şəbəkələrinin və onlara bağlı siyasi dairələrin informasiya kampaniyaları təsadüfi deyil. Onların məqsədi aydındır. Azərbaycanın artan beynəlxalq statusuna kölgə salmaq, sülh prosesini ləngitmək, regionda yenidən qeyri-müəyyənlik yaratmaq. Lakin fakt budur ki, indiyədək atılan addımlar nəticə verməyib.

Burada ən iyrənc məqam isə bu proseslərdə erməni lobbisinin əlində alətə çevrilən “sapı özümüzdən olanlar”dır. Həmin dairələr zaman-zaman bu antimilli ünsür olan “sapı özümüzdən olan baltalardan” həm beynəlxalq miqyasda Azərbaycanaın imicinə zərbə vurmaq, həm də ölkə daxilində sabitliyi pozmaq üçün bir alət kimi istifadə ediblər. Son vaxtlarda müxtəlif platformalarda, sosial şəbəkələrdə və bəzi media strukturlarında Azərbaycanın milli maraqlarına və əxlaqa sığmayan zidd mövqelərin tirajlanması da bu oyunun tərkib hissəsidir. Bu, Azərbaycan qarşı informasiya və hibrid savaşdır. Lakin bu cəhdlər dəfələrlə sınaqdan çıxıb və iflasa uğrayıb. Nə daxili sabitlik pozulub, nə də regional proseslər dayanıb.

Faktların dili ilə danışsaq deyə bilərik ki, yuxusu ərşə çəkilən qüvvələrin Azərbaycana təzyiqlə danışması qeyri-mümkündür. Hamı bu çirkin oyunların və bu oyunda alət vasitəsi kimi istifadə olunan antimilli biqələmunların kim olduğunu yaxşı tanıyır. Əksinə, hər təzyiq cəhdi Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Sonda uduzan tərəf yendə yuxusu ərşə çəkilənlər və onların əlində alət olanlar olacaq”.
O əlavə edib ki, bu gün region faktiki olaraq sülh mərhələsini yaşayır. Proses artıq birtərəfli diktə deyil, Azərbaycanın təşəbbüsü ilə formalaşan təhlükəsizlik və əməkdaşlıq modelidir.
İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan strateji üstünlüyünü qoruyur, danışıqlar masasında təşəbbüs sahibidir, regional arxitekturanın əsas qurucusudur. Bu reallıq dəyişməyəcək. Çünki artıq geosiyasi balans formalaşıb.

Azərbaycanı təxribatlarla yolundan döndərmək cəhdləri yenə də uğursuz olacaq. Tarix göstərib ki, xarici təzyiqlər və informasiya manipulyasiyaları strateji iradəni sarsıda bilmir.
Sülh prosesi davam edir və bu kurs qətiyyətlidir.
Nəticədə bu gün təzyiq edənlər sabah dialoq üçün növbəyə dayanacaqlar. Geosiyasi reallıq dəyişib və Bakı artıq həmin reallığın müəlliflərindən biridir”.

Son xəbərlər

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Bütün xəbərlər