Abşeronda "Qərbi Azərbaycana qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib

Abşeron İcra Hakimiyyətinin dəstəyi, Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyi "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış prosesində informasiya cəmiyyətinin rolu"mövzusunda tədbir keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Millət vəkili Müşfiq Məmmədli, Qərbi Azərbaycan İcmasının Abşeron rayon üzrə nümayəndəsi Bilman Vəliyev,
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Qərbi Azərbaycan İcmasının gənclər şurasının üzvü Heydər Vəliyev fəal iştirak edərək çıxış ediblər.

Tədbirdə çıxış edənlər Qərbi Azərbaycan İcmasının fəaliyyətinə diqqət çəkərək qeyd ediblər ki, Qalib Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yaradılan Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdış kosepsiyasına uyğun olaraq fəaliyyətini uğurla davam etdirir.

Natiqlər onu da deyiblər ki, Qərbi Azərbaycan Azərbaycanın tarixi, əzəli torpağıdır. Tarixən xalqımıza məxsus olan Qərbi Azərbaycanın tarixi, adət və ənənələri və orada yaşayan soydaşlarımız erməni vandalizminə məruz qalıblar. Yaxşı olar ki, bu yöndə tarix faktlara əsaslanan həqiqətləri Beynəlxalaq ictimaiyyətin diqqətinə çatdırılmasında informasiya cəmiyyəti təmsilçilərinin milli ruhlu gənclərlə həmrəylik ruhunda çalışaraq sosial media platformalarında aktiv şəkildə fəaliyyət göstərmələri olduqca vacibdir.

Tədbirdə "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal geniş məzmunlu çıxışında qeyd edib ki, tarixi faklara əsaslanaraq deyə bilərik ki, Ermənilər zaman-zaman Qərbi Azərbaycanda
soydaşlarımıza qarşı etnik təmizləmə siyasətini planlı şəkildə aparıblar. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə bu proses xüsusilə amansızlıqla həyata keçirilib. Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələr indiki Ermənistana verilib.
Təssüflə qeyd etməliyik ki, bədnam ermənilərin həyata keçirdiyi etnik təmizləmə nəticəsində qərbi Azərbaycanlılar öz doğma ata-baba torpaqlarından zorla köçürülüblər.Qərbi Azərbaycan ərazisində yerləşən tarixi keçmişimizə, abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib: “Tarixi Azərbaycan torpaqlarında yerləşən bu mədəni abidələrə qarşı aparılan vandal hərəkətlər isə beynəlxalq hüquq müstəvisində araşdırılmalı, müvafiq qiymətini almalıdır. Azərbaycanın mədəni irsinə qarşı soyqırımı həyata keçirən Ermənistan törətdiyi bu cinayətlərə görə də cavab verməlidir.

MİRİİB sədri Zamin Zeynal onuda xüsusi olaraq bildirib ki, Prezident Cənab İlham Əliyevin müəyyənləşdiyi strateji hədəf Qərbi Azərbaycanlı soydaşlarımızın qayıdışına nail olmaqdır. Qərbi Azərbaycana qayıdış konsepsiyasından irəli gələn ictimai - siyasi kursu əsas götürərək informasiya cəmiyyətinin fəal iştirakçıları olaraq hər birimiz Qərbi Azərbaycan həqiqətlərini tarixi faktların və rəqəmlərin dili ilə yerli və Beynəlxalq ictimaiyyətə təbliğ etməliyik. Birsözlə, informasiya cəbhəsində milli, vətənpərvər gənclərlə birlik əzmində daha çox çalışaraq Qərbi Azərbaycana qayıdış prosesinə ictimai-siyasi təkan olmalıyıq.








Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər