Bakıda anasınə və bacısını qətlə yetirməkdə təqsirli bilinən Murad Niftizadənin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəminində qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

İş üzrə dindirilmiş Murad Niftizadə ifadəsində göstərib ki, 1997-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Yetkinlik yaşına çatanda böyük bacısı və qardaşının danışıqlarından bilib ki, anası hələ atasının sağlığında ona xəyanət edib. Uşaqlarına əhəmiyyət vermədən kənd sakinlərindən utanıb çəkinmədən Beydinli kəndində yaşayan ailəli bir kişi ilə görüşüb. Atası bunu bilib daim xəcalətlə yaşayıb və qəflətən 37 yaşında vəfat edib.

Təxminən 11-12 yaşı olanda anası 4 uşağını qoyub həmin adama qoşulub çıxıb gedib. Böyük bacısı Gülşən özü uşaq olmasına baxmayaraq onlara analıq, qardaşı Cavid isə atalıq edib. Birtəhər bibilərinin himayəsində yaşayıblar.

Uşaq olanda anasının hərəkətlərini tam dərk etməyib, amma böyüdükcə daxilən xəcalət cəkib. Həmyaşıdları içərisində həmişə başı ağaşı olub.

Bacısı Gülşənin ərizəsi əsasında Biləsuvar rayon məhkəməsinin qərarı ilə Fatma Həmzəyeva rəsmi analıqdan məhrum edilib. İki bacı və iki qardaş analarını həyatlarından silib yaşayıblar.
Murad Niftizadə bildirib ki, 2012-ci ildə Bakı şəhərinə gəlib bir müddət bibilərinin evində qalıb. Sonralar müxtəlif ünvanlarda kirayədə yaşayıb. Rusiyada yaşayan əmisi vaxtaşırı ona maddi köməklik edib.

2014-2015-ci illərdə eşitdiyinə görə anası Fatma Həmzəyeva kənddə yaşayan bəzi tanışlarının vasitəsi ilə bacısı Elgünlə əlaqə saxlayıb görüşüb. Böyük bacısı və qardaşı həmçinin əmiləri, bibiləri buna mane olmağa çalışsalar da, anası Elgünü yoldan çıxarıb, öz yanına Bakıya aparıb.
Əvvəl zənn ediblər ki, yəqin Fatma Elgünə analıq etmək istəyir. Amma sonradan hər ikisinin əxlaqsız həyat tərzi keçirməsi, kafelərdə və çay evlərində günəmuzd xidmət göstərdiklərini öyrəniblər.

Murad Niftizadə 2015-2016-cı illərdə hərbi xidmətdə olub. Əmisinin təklifi ilə 2017-ci ildə işləmək üçün Rusiyanın Saratov şəhərinə gedib. 2018-ci ildə orada əslən Biləsuvar rayonundan olan bir qızla evlənib. Bacısı ilə tez-tez əlaqə saxlayıb. Bacısından Elgün haqqında soruşanda, Gülşən onun nə işlə məğul olması ilə maraqlanmadığını deyib. Danışığından anlayıb ki, bacısı Elgün anasının təsiri altındadı və naməlum şəxslərlə görüşür, internetdə açıq-saçıq şəkilər paylaşır.

Şəxsən özü də instaqramda Niftizadə adlı profildə bacısının hamam xalatında oğlanlarla bir yerdə əxlaqsız şəkillərini görüb. Bir neçə dəfə xəbər göndərib ki, bacısı həmin şəkilləri silsin, amma faydası olmayıb. Uşaq vaxtı bir yerdə böyüdüklərindən bacısının yaşadığı həyatı qətiyyən qəbul edə bilməyib. İstənilən yolla bacısını anasının yanından ayırıb, öz yanına Rusiyaya aparmağı düşünüb və bunu bacı qardaşlarına deyib. Onlar onun bu fikri ilə razılaşıblar.

2019-cu ilin dekabr ayında bilib ki, böyük bacısı xəstəliyi ilə əlaqədar əməliyyat olunmalıdır. Buna görə təxminən 3 min manata yaxın pul düzəldib Bakıya gəlib. Bakıda bacısı Gülşəndən anası Fatmanın telefon nömrəsini öyrənib və ona zəng edərək görüşmək istədiyini bildirib.
Dekabrın 12-də axşam Bakıxanov qəsəbəsinə yollanıb. Binanın həyətində anası Fatma onu qarşılayandan sonra birlikdə mənzilə qalxıblar. Onu çox soyuq qarşılayan Fatma niyə gəldiyini soruşub. Bacısının yanına gəldiyini söyləyəndə, anası "Elgün işdədir, 1 saata gələcək" deyib. Murad keçib mətbəxdə oturub. Anası onunla acıqlı danışıb: "Elgün indi yadına düşüb, neyləyirsən onu? İşləyir, özü özünü dolandırır, heç kimə ehtiyacı yoxdur", bildirəndə əsəbiləşib "internetdə olan şəkillərindən necə işləyib dolandığı bəllidir", deyib. Cavab olaraq anası qızın yaxşı etdiyini söyləyəndə, başa düşüb ki, artıq bu adam üçün əxlaq, abır, ismət deyilən heç nə qalmayıb.

Murad bacısını özü ilə aparmağa gəldiyini deyəndə, Fatma qışqıraraq Elgünün heç yerə getməyəcəyini bildirib və onun mənzildən çıxmasını tələb edib.

Murad Niftizadə ifadəsinin davamında bildirib ki, mübahisələrinin gərgin vaxtında bacısı evə gəlib. Bacısı ilə söhbət edərkən hiss edib ki, gəlişi onunvda ürəyincə deyil. Ondan internetdə oğlanlarla şəkillərini niyə paylaşdığını soruşanda basıcı "hesabat verməli deyiləm, həyatımı yaşayıram, heç kim mənim işimə qarışa bilməz", deyib. Ona qardaşı olduğunu və uşaq vaxtı birgə anasız böyüdüklərini xatırlatmağa çalışsa da, artıq anlayıb ki, anası Fatma bacısının da həyatını məhv edib. Qonşu otaqdan mətbəxə keçən anası onu söyməyə başlayıb.

"Mənə dedi ki, sən kimsən onu aparasan? Dedim, mən qardaşıyam, gəlmişəm özümlə onu aparım. Dedi, sən onun qardaşı deyilsən, o başqa kişidəndir. Dedim, atam sağ olanda pozğunluq etmisən, bizi biabır eləmisən. Dedi, yaxşı eləmişəm, rəhmətlik atamı söydü".

Bu zaman Murad anasının baş nahiyyəsinə yumruqla vuraraq onu yerə yıxıb. Ayağa qalxıb bıçaq götürən anası onun sağ çiyninə xəsarət yetirib. Yenə də vurmağa cəhd edəndə kəsici aləti onun əlindən alıb, ona çoxsaylı zərbələr vurub. Vurduğu zərbələrin sayını xatırlamır. Bacısı qapını açıb içəri girəndə sanki ayılıb. Onun qan içərisində olduğunu görüb üzərinə gəlib. Qışqıra-qışqıra əlləri ilə onu vurmağa başlayanda, bıçaqla bacısına da zərbələr endirib.

Müayinə zamanı Fatmanın bədənində 39, bacısı Elgündə isə 23 ədəd bıçaq yarası aşkar edilib.

Zərbələrin təsirindən anası qonaq otağının qarşısında, bacısı isə mətbəxdə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıblar.

Bundan sonra mənzildən çıxaraq ətrafda bir az gəzişib. Fikirləşib ki, Elgünə görə geri qayıtsın, bəlkə hələlik sağdı. Amma sonra fikrindən daşınıb. Taksi ilə "Qırmızı Körpü" sərhəd keçid məntəqəsinə, oradan isə Rusiyaya gedib.

Murad Niftiyev əlavə edib ki, eşitdiyinə görə hadisədən sonra doğmaları Fatmanın və Elgünün meyitlərini qəbul etməyiblər. Onların kənddə dəfn edilməsi və mərasim keçirilməsinə razılıq verməyiblər. Hər ikisi Bakıda kimsəsizlər qəbiristanlığında dəfn olunublar.

Məhkəmə iclasında Murad Niftizadə ittima üzrə özünü təqsiri bilib.

Sonda məhkəmənin hökmü ilə Murad Niftizadə ittiham olunduğu maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.

4 uşağını atıb getdi, qızını əxlaqsıqlığa cəlb etdi, oğlu isə... - Bakıda qətllər

Son xəbərlər

Əli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirilib

Qaradağda “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib+FOTOLAR

Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR

Beyləqanda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib

Daşınmaz əmlak hüquqlarının tanınması sahəsində növbəti hüquqi addım

Deputat Şahin Seyidzadə Heydər zirvəsində

İmişlidə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib+FOTOLAR

Həbib Cəfərov: Mediamız bütün dövrlərdə öz prinsiplərinə sadiq olub

Mediamız daha da təkmilləşir, yeniləşir

Millət vəkili Şahin Seyidzadənin Azərbaycan mediasına HESABATI

“Əkinçi” qəzeti -150 yaşın mübarək!

Ulu Öndərin keşməkeşli və şərəfli ömür yolu müstəqil Azərbaycanın tarixində müstəsna yer tutur

Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir və onun keçdiyi həyat yolu gələcək nəsillərə əvəzsiz nümunədir

Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu

Cahid Şahbazova cinayət işi açıldı

Elçin Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb-MÜSAHİBƏ

"Ayı" və "Əjdaha"nın ittifaqı: Qərbin qorxusu...

Xankəndində keçirilən 17-ci Zirvə görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi tarixə düşdü

Anar Bağırov:Keçirilən imtahanlar nəticəsində vəkillərin sayı artır-AÇIQLAMA

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verir

Ukrayna Rusiya ordusunun topunu 25 km məsafədən məhv edib

Sadə pəhriz beyin fəaliyyətini əhəmiyyətli dərəcədə artırır...

Xameneidən 25 gündür xəbər YOXDUR

Məleykə Abbaszadə: Valideynlər uşaqlarının ixtisas seçimində nəzərə almalıdırlar ki,..

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

Spirtin kişi və qadınlarda qərar qəbul etmə prosesinə fərqli təsiri

Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib

İlham Əliyev Xankəndidə Ərdoğanla görüşdü

Pərvanə Vəliyeva: Bu ölkələr ortaq türk köklərinə, İslam dininə və bənzər adət-ənənələrə malikdir

Ərdoğan Azərbaycana gəlib

Pakistanın Baş naziri Xankəndiyə gəlib

İmişlidəki hadisələrə görə həbs olunan 19 nəfərə hökm oxundu

ABŞ-da milyardlarla milçək təyyarələrdən atılacaq

Bütün xəbərlər