Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq


Bu layihə bizə imkan verəcək ki, Dünyada baş verən qlobal iqlim dəyişiklikləri, onun nəticəsində yaranan su qıtlıqları bu sahəyə diqqətin artırılmasını tələb edir. O cümlədən şəhərləşmə mühitində yağış sularının idarə olunması, axıdılması və təkrar istifadəsi kimi məsələləri gündəmə gətirir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirənin keçirilməsinin çox böyük əhəmiyyət kəsb edir. Müşavirədə dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və onların əhəmiyyəti barəsində ətraflı danışıb və qeyd edib ki, ölkəmizdə həyata keçirilən çoxsaylı proqramların nəticəsində əsas infrastruktur məsələləri həll olunub. İlk növbədə bütün ölkə elektrik enerjisi ilə təchizat edilib. Hətta elektrik enerjisini ixrac edən dövlətə çevrilmişik. O cümlədən respublikamızda qazlaşma 96 faizə çatdırılıb. Hazırda respublika əhalisinin 96 faizi təbii qazla təchiz edilir. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Qeyd olunmalıdır ki, vaxtilə qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi və qazı da xaricdən idxal edirdik. Lakin bu gün dünyanın 10-dan çox ölkəsi Azərbaycan qazı ilə öz enerji təhlükəsizliyini gücləndirir. Müşavirədə digər icra olunan infrastruktur layihələr barəsində də məlumat verilərkən qeyd olunub ki, ölkəmizdə avtomobil yollarının inşası geniş vüsət alıb. Bu gün respublikamızın hər yerində, o cümlədən işğaldan azad olunan torpaqlarımızda da magistral, kənd və şəhərlərarası yollar salınır, generasiya gücləri, ötürücü xətlər, körpülər, tunellər çəkilir, su təchizatı, qazlaşma yaxşılaşdırılır, yenidən qurulur.

Müşavirədə Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə içməli su və suvarma layihələri də həmişə hökümətin diqqət mərkəzində olub. “Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Onlar da tədricən öz həllini tapmışdır” – deyən dövlətimizin başçısının sözlərinə görə, bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və bu proses hazırda da davam etdirilir.

Belə ki, ölkəmizdə son 20 il ərzində dörd böyük su anbarı inşa edilib. Onların potensialı 500 milyon kubmetrdən çoxdur. Xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verir ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yılsın və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuş və yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Dövlətimizin başçısı müşavirədə Ermənistan tərəfindən törədilən su terroruna da toxunub. Cənab Prezident bildirib ki, hazırda azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir olunub. “Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.

Qeyd etməliyik ki, iqlim dəyişiklikləri yaşanan dünyada su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Məlumat üçün bildirək ki, bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, onların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır. Ona görə də qeyd olunmalıdır ki, bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Əgər vaxtında bu addımlar hökumət tərəfindən atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər çox ciddi problemlər yarada bilərdi. Cənab Prezidentdin də bildirdiyi kimi, burada əsas məqsəd əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, uçotu tam yaratmaq və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edəkdir.

Müşavirədə vurğulanıb ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri uzun illər ciddi problem kimi mövcud olub. Bu istiqamətdə müəyyən işlər görülsə də məsələ tam həll olunmayıb və genişmiqyaslı və müfəssəl dövlət proqramının qəbul olunmasına böyük ehtiyac yaranıb. Ona görə də cənab Prezidentin göstərişi ilə hazırlanan proqramın əsas məqsədi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır. Artıq proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən - həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına maliyyələşəcək.
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır.

Tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır” – deyən cənab Prezidentin vurğuladığı kimi, sözügedən proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcək. Ölkə üzrə sayğaclaşdırma 100 faizə çatdırılacaq. O cümlədən əhalinin 95 faizi fasiləsiz içməli su ilə təmin olunacaq. Layihənin nəticəsi olaraq Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

Müşavirə toxunulan vacib məsələlərdən biri də yağış sularının idarə olunmasıdır. Çünki yağışlı havalarda bir çox küçə və prospektlərdə fəsadlar yaradır. Nəzərə alınmalıdır ki, hazırda kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir.

Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq. O cümlədən Xəzər dənizinə axıdılan suların təmizlənməsi də olduqca vacibdir. Çünki yeganə dənizimizin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.

Ölkəmizdə içməli su məsələsinə töhvə verəcək layihələrdən biri də duzsuzlaşdırma zavodunun inşa edilməsi məsələsidir. Belə ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Artıq bu prosesə start verilib. Bu layihə imkan verəcək ki, Bakıya və Abşeron yarımadasına gələn suların həcmi artırılsın.

Xatirə İsmayılova
Abşeron RİH yanında İctimai Şuranın sədri,
şəhid Elçin Həsənlinin anası

Son xəbərlər

Azərbaycan-Serbiya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıqdan praktik inteqrasiyaya - ŞƏRH

Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə

Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir

DTX dövlət hakimiyyəti əleyhinə cinayət əməlləri törətmiş şəxslərlə bağlı məlumat yaydı

Tahir Mirkişili: Rəqəmsallaşma pərakəndə deyil, vahid mərkəzdən idarə olunmalıdır

Abşeronda Azərbaycan Televiziyasının ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib

Ekologiya və təbii sərvətlər naziri o oldu

Yeni sədr Saleh Məmmədovun qudasını işdən çıxarıb? - AÇIQLAMA

Roma Papası Azərbaycana dəvət olunub

ABŞ Asiyadan Avropaya və əks istiqamətə uzanan tranzit yollarının inkişafında maraqlıdır - ŞƏRH

ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib

Nəsimi rayonunun yeni icra başçısı - Tərcümeyi-hal

Fəzail Ağamalı Ankarada vəfat etdi

Prezident Vüsal Nəsirlini AAYDA sədr təyin etdi - DOSYE

Qafar Əliyev vəzifəsindən azad olundu

Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər... YENİLƏNİB

Əbu-Dabidən dünyaya sülh mesajı: etimada gedən yol

"İdrak"ımız niyə çatmadı - Uşaq nə bilsin hansı avtomatdır?!

"İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş

Arayik ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLDİ

Bu məktəblərə yeni direktorlar təyin olundu

“Gələcək Bizik” layihəsi çərçivəsində Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüş keçirilib

Zamin Zeynal: Prezident İlham Əliyevin gənclər siyasətində informasiya cəmiyyətinin rolu

“Şanlı Zəfər Azərbaycan gənclərinin Vətənə sədaqətinin parlaq nümunəsidir”

Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir

Professor, Dilqəm Quliyev "Qərbi Azərbaycanın idman tarixi” monoqrafiyası ilə bağlı Prezident İlham Əliyevə məktub yazıb

Nazir Niyammədin Musayevin qızını İŞDƏN ÇIXARDI

Cəlil Xəlilov: “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir”

Narkotik tranziti və kiber cinayətlər: Bakıda saxlanılan rusların işi...

Rizvan Nəbiyev: Azərbaycanın Avropa və Asiya institutları ilə fəal əməkdaşlığı daha da möhkəmlənib

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı MEDİA-dan AÇIQLAMA

Pediatrik onkoloji xidmətlər də icbari tibbi sığortaya daxil ediləcək

Nəcəf Həsənova vəzifə verildi

Bütün xəbərlər