Ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi, paytaxt Bakı və Abşeron yarımadasının sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulması baxımından yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə mühüm əhəmiyyət daşıyır. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas konturları müəyyənləşdirilib. Uzunmüddətli və kompleks yanaşmanı ehtiva edən bu sənəd urbanizasiya proseslərinin düzgün idarə olunmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Millixəbər.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bir sıra vacib məsələlər sırasında paytaxt Bakı və Abşeron yarımadasında uzun illərdir yığılıb qalmış içməli su problemləri xüsusi aktuallığı ilə seçilir: “Bu problemlər zaman-zaman müxtəlif tədbirlərlə aradan qaldırılmağa çalışılsa da, artan əhali sayı, intensiv şəhərsalma prosesi və mövcud infrastrukturun köhnəlməsi məsələyə daha sistemli yanaşma tələb etdiyini göstərir. Məhz bu reallıqlar fonunda dövlət başçısının məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün artıq aydın görünür ki, Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt şəhəri və Abşeron rayonunu əhatə edən vahid, genişmiqyaslı və əhatəli dövlət proqramının qəbulu zəruri xarakter alıb. Belə bir proqram region üzrə su təchizatının bütövlükdə yenidən qurulmasını, mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılmasını və gələcək onilliklər üçün dayanıqlı su təminatının yaradılmasını hədəfləməlidir. Bu yanaşma yalnız əhalinin gündəlik həyatına birbaşa təsir edən problemlərin həllinə xidmət etmir, həm də paytaxt regionunun sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulmasına imkan verir. Dövlət proqramı çərçivəsində həm mövcud su şəbəkələrinin modernləşdirilməsi, həm də yeni infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur ki, bu da regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

S.Salmanova bildirib ki, Dövlət proqramının icrası nəticəsində paytaxt Bakı və Abşeron yarımadasında su təchizatı sahəsində tarixi əhəmiyyətli infrastruktur layihələri həyata keçiriləcək: “Belə ki, proqram çərçivəsində tikiləcək yeni su anbarlarının sayı 30-a yaxın olacaq ki, bu da region üçün çox böyük, strateji əhəmiyyət daşıyan investisiyalardır. Hər bir anbar gələcək illərdə əhalinin fasiləsiz və keyfiyyətli içməli suya çıxışını təmin edəcək və su ehtiyatlarının daha səmərəli idarə olunmasına imkan yaradacaq. Layihə çərçivəsində sayğaclaşdırma sistemi də tam olaraq 100 faizə çatdırılacaq. Bu, həm əhalinin, həm də müəssisələrin istifadə etdiyi suyun dəqiq hesablanmasına, itkilərin qarşısının alınmasına və su resurslarının daha səmərəli istifadəsinə şərait yaradacaq. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhali təxminən 70 faiz təşkil edir. Dövlət Proqramının icrası nəticəsində bu göstərici 95 faizə yüksələcək ki, bu da əhalinin böyük əksəriyyətinin fasiləsiz və etibarlı su ilə təmin olunması deməkdir”.

Parlamentari onu da qeyd edib ki, Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatı sistemlərinin genişmiqyaslı yenidən qurulması da planlaşdırılır: “Təxminən 200 kilometrdən çox magistral kanal və eyni qədər paylayıcı şəbəkə yenidən qurulacaq və modernləşdiriləcək. Bu, regionda su təminatının müasir standartlara uyğunlaşdırılmasını, şəhər və qəsəbələrdə əhalinin gündəlik həyatının asanlaşdırılmasını təmin edəcək. Dövlət proqramı yalnız infrastrukturun yenilənməsini əhatə etmir. O, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, şəhər və qəsəbələrdə sosial-iqtisadi inkişafın davamlı əsaslar üzərində qurulmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Uzunmüddətli perspektivdə bu layihələr, həmçinin urbanizasiya proseslərinin daha səmərəli idarə olunmasına, su ehtiyatlarının qorunmasına və regionun dayanıqlı inkişafına təkan verəcək. Məlumdur ki, paytaxt Bakıda leysan yağışları yağan kimi şəhərdə həyat demək olar ki, dayanır. Küçələrdə nəqliyyat hərəkəti iflic olur, insanlar işə gecikir, gündəlik iş və fəaliyyət planları pozulur. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət çəkib və bildirib ki, “bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun”. Hazırda kanalizasiya xidməti yalnız əhalinin yarısına çatır, lakin Proqramın icrası ilə bu göstərici 95 faizə yüksələcək. Bundan başqa, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq. Bu isə şəhərin əksər hissəsində yağış sularının effektiv idarə olunmasını təmin edəcək və eyni zamanda gündəlik həyatın rahatlaşmasına xidmət edəcək, daşqınların qarşısını alacaq və nəqliyyatın fasiləsiz hərəkətinə imkan yaradacaq”.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

Bütün xəbərlər