Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların yerində öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Millixeber.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə səfər etməsi normal diplomatik fəaliyyət çərçivəsində qiymətləndirilməlidir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və burada həyata keçirilən bütün fəaliyyət ölkənin suverenliyi və qanunvericiliyi əsasında reallaşdırılır. Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkənin müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfərlərinin mübahisələndirilməsi suverenliyə və daxili işlərə hörmət prinsipi baxımından qəbuledilməz yanaşmadır.

Deputat vurğulayıb ki, belə səfərlər diplomatlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə birbaşa tanış olmaq imkanı yaradır. Diplomatlar bölgədə yeni infrastruktur layihələrini, yaşayış məntəqələrinin bərpasını, sosial obyektlərin yaradılmasını və keçmiş məcburi köçkünlərin qayıdışı istiqamətində görülən işləri yerində müşahidə edə bilirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biridir.

O, diplomatik səfərlərlə bağlı reaksiyaların tarixi və mədəni irs məsələləri ilə də əlaqələndirildiyini bildirib. Qeyd edib ki, Qarabağdakı bir sıra tarixi və dini abidələrin mənşəyi və aidiyyəti ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. Gəncəsər və Xudavəng kimi abidələr ətrafında müzakirələrə siyasi ritorikadan daha çox tarixi mənbələr, elmi araşdırmalar və beynəlxalq irsin qorunması prinsipləri əsasında yanaşmaq məqsədəuyğundur. Qafqaz Albaniyasının tarixi və mədəni irsi Azərbaycan tarixinin mühüm istiqamətlərindən biridir. Azərbaycanın Qarabağ və digər bölgələrində bu irslə əlaqələndirilən çoxsaylı tarixi abidələr mövcuddur.

Deputatın fikrincə, həmin abidələrin qorunması və tədqiqi tarixi faktların gələcək nəsillərə obyektiv şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri bu siyasətin praktiki ifadəsidir. Yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun yaradılması, nəqliyyat və enerji imkanlarının genişləndirilməsi, iqtisadi layihələrin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıtması uzunmüddətli dövlət strategiyasının əsas istiqamətlərindəndir.

“Azərbaycanın əsas məqsədi keçmiş münaqişənin nəticələrini uzatmaq deyil, azad edilmiş ərazilərdə təhlükəsiz və firavan yaşayışı təmin etmək, dayanıqlı inkişaf üçün şərait yaratmaqdır. Qarabağ və Şərqi Zəngəzurun müasir, təhlükəsiz və iqtisadi baxımdan fəal yaşayış məkanlarına çevrilməsi həm Azərbaycanın iqtisadi potensialının genişlənməsinə, həm də regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər. Regionun gələcəyi keçmişin mübahisələrindən daha çox yeni reallıqların qəbulundan, qarşılıqlı hörmətdən, suverenliyə ehtiramdan, sülhdən və iqtisadi əməkdaşlıqdan asılıdır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq siyasəti də məhz bu istiqamətdə konkret və uzunmüddətli nəticələr yaratmağa hesablanıb”, – deyə T.Mirkişili əlavə edib.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər